Fondun Müşahidə Şurasının növbəti iclası keçirilib

Fondun Müşahidə Şurasının növbəti iclası keçirilib

30.12.2020

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilmişdir. İclasda Fondun 2020-ci il ərzindəki fəaliyyəti müzakirə olunmuş, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəsaitindən istifadə edilməsi ilə bağlı illik hesabata baxılmış və rəy verilmişdir. Müşahidə Şurasının iclasında Fondun 2021-ci il üçün fəaliyyət istiqamətləri barədə də fikir mübadiləsi aparılmışdır.