FƏRDİ JURNALİST YAZILARI MÜSABİQƏSİNƏ DAİR ELAN

FƏRDİ JURNALİST YAZILARI MÜSABİQƏSİNƏ DAİR ELAN

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Azərbaycan Milli Mətbuatının 145 illiyinə həsr olunmuş fərdi jurnalist yazıları müsabiqəsini elan edir.

Müsabiqə çərçivəsində aşağıdakı mövzulardan biri üzrə yazılar təqdim etmiş və qalib elan olunmuş jurnalistlər mükafatlandırılır:

MÖVZUNUN ADI

1. vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu: Azərbaycanda dövlət quruculuğu istiqamətində intensiv islahatlar;

2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi: Azərbaycan mətbuatı – 145, mətbuat tarixi, jurnalistikanın inkişaf perspektivləri;

3. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi;

4. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;

5. Azərbaycan dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği;

6. azərbaycançılıq ideyasının təbliği;

7. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;

8. azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;

9. informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi;

10. diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi;

11. Ermənistanın Azərbaycana qarşı informasiya müharibəsində tarixi faktların saxtalaşdırılması cəhdləri və həqiqətlər;

12. elmi-kütləvi, mədəni-maarif, təhsil sahəsində yeniliklərin təşviqi;

13. Dövlətin koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri və bu tədbirlərin beynəlxalq təcrübə ilə müqayisəsi, post-pandemiya dövründə dövlət siyasəti;

14. Yuxarıda qeyd olunan 13 (on üç) mövzudan birini əhatə edən xarici dilli yazılar (ingilis və ya rus dilində).

Müsabiqəyə hər jurnalist tərəfindən yalnız bir yazı təqdim edilir.

Müsabiqədə iştirak edə bilər:

Müsabiqədə kütləvi informasiya vasitələrində (dövri mətbu nəşrlərdə, teleradio proqramlarında, informasiya agentliklərində, internet informasiya ehtiyatlarında, kinoxronika proqramlarında) işləyən və “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 49-cu maddəsinə əsasən jurnalistin bu Qanunla müəyyən edilmiş statusunun şamil olunduğu şəxslər (kütləvi informasiya vasitəsinin məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etməklə məşğul olan ştatlı müxbirləri və kütləvi informasiya vasitəsinin məlumat toplanması, hazırlanması və redaktəsi ilə bağlı tapşırıqlarını müntəzəm yerinə yetirən ştatdankənar müxbirləri) iştirak edə bilərlər.

Müsabiqənin ümumi şərtləri:

1. Müsabiqədə iştirak etmək üçün jurnalist.musabiqe@gmail.com elektron poçt ünvanına aşağıdakı sənədlər göndərilməlidir:

- Müraciət formasının skan edilmiş surəti (“*jpg” formatında) (Əlavə 1);

- şəxsiyyət vəsiqəsinin skan edilmiş surəti (“*jpg” formatında);

- ştatlı müxbirlər tərəfindən etibarlı olan xidməti vəsiqənin, ştatdankənar müxbirlər tərəfindən isə iş yerindən arayışın skan edilmiş surəti (“*jpg” formatında);

- aşağıdakı tələblərə cavab verən yazı (2 nüsxədə):

• Elanda göstərilən ilk 13 (on üç) mövzu üzrə Azərbaycan dilində, 14-cü mövzu üzrə isə ingilis və ya rus dilində təqdim edilməlidir.

• Müsabiqənin nəticəsi elan olunanadək heç bir yerdə dərc edilməməli, yayımlanmamalı və paylaşılmamalıdır.

• Mətnin həcmi 900-1000 söz aralığında olmalı, A4 kağızına uyğun formatda, səhifədə soldan – 25 mm, sağdan – 15 mm, yuxarı və aşağıdan – 20 mm boş sahə saxlanılmaqla tam düzləndirmə (Ctrl+J) nizamında “Times New Roman” şriftində, ölçüsü 12 və sətirarası intervalı 1 vahid olmaqla tərtib olunmalıdır.

• Elanda göstərilən mövzulardan hansına aid olduğu (mövzunun sıra nömrəsi və adı) yazının sərlövhəsindən əvvəl qeyd edilməlidir.

• İki nüsxədə hazırlanmalı, birinci nüsxəsi müəllifin şəxsi məlumatları (soyadı, adı, atasının adı, təxəllüsü (əgər varsa), hazırda işlədiyi kütləvi informasiya vasitəsi), tarix və imza göstərilməklə skan edilmiş şəkildə “*jpg” formatında, ikinci nüsxəsi isə yalnız tarix göstərilməklə “*doc” formatında tərtib edilməlidir.

E-mailin “Mövzu” (subject) bölməsində “Fərdi müsabiqə” sözü və mövzunun sıra nömrəsi qeyd edilməlidir (məs: “Fərdi müsabiqə - 12”).

2. Elanda göstərilən mövzuların hər biri üzrə 3 (üç) əsas mükafatçı müəyyən edilir və aşağıdakı qaydada birdəfəlik pul mükafatı ilə mükafatlandırılır:

- birinci yer - 1000 (bir min) manat məbləğində;

- ikinci yer - 700 (yeddi yüz) manat məbləğində;

- üçüncü yer - 500 (beş yüz) manat məbləğində.

3. Fond ekspertlər tərəfindən yazılara verilən fərdi qiymətləri və yazılı rəyləri ümumiləşdirməklə Elanda göstərilən mövzuların hər biri üzrə mükafatının məbləği 300 (üç yüz) manat olan 3 (üç) əlavə həvəsləndirici yer nəzərdə tuta bilər.
Sənəd qəbulu 23 iyun 2020-ci il tarixindən başlanır və 06 iyul 2020-ci il tarixində saat 18:00-da bitir.

Qaydaların tam mətni ilə tanış olmaq üçün keçid

Əlavə 1

Müraciət forması

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən təşkil edilən fərdi jurnalist yazıları müsabiqəsinə dair Qaydaların 2.4.1-ci bəndinə müvafiq olaraq aşağıdakı məlumatları bildirirəm:

Müsabiqəyə təqdim edilən yazının aid olduğu mövzunun Elanda göstərilən sıra nömrəsi və adı:

 

Müəllif tərəfindən yazıya verilən ad:

 

Müsabiqədə iştirak üçün müraciət etmiş jurnalistin soyadı, adı, atasının adı, təxəllüsü (əgər varsa):

 

Müsabiqədə iştirak üçün müraciət etmiş jurnalistin şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və verilmə tarixi:

 

Müsabiqədə iştirak üçün müraciət etmiş jurnalistin qeydiyyatda olduğu ünvan:

Müsabiqədə iştirak üçün müraciət etmiş jurnalistin yaşadığı ünvan (əgər fərqlidirsə):

 

Müsabiqədə iştirak üçün müraciət etmiş jurnalistin əlaqə nömrələri:

 

Müsabiqədə iştirak üçün müraciət etmiş jurnalistin elektron poçt ünvanı (müraciətlə bağlı sənədlərin göndərildiyi elektron poçt ünvanı ilə eynilik təşkil etməlidir):

 

Müsabiqədə iştirak etmək üçün müraciət etdiyi dövrdə işlədiyi kütləvi informasiya vasitəsinin adı:

 

Ştatlı/Ştatdankənar müxbir:

 

Müsabiqədə iştirak üçün müraciət etmiş jurnalistin bank hesabının rekvizitləri (əgər varsa):

 

Müraciət formasındakı bütün bəndlərin doldurulması zəruridir.

Bu müraciət forması və müvafiq sənədlərlə birlikdə təqdim etdiyim yazını Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən təşkil edilən fərdi jurnalist yazıları müsabiqəsi çərçivəsində qiymətləndirilməsi üçün qəbul etməyinizi xahiş edirəm.

Təqdim etdiyim yazını şəxsən hazırladığımı təsdiq edirəm.

Müsabiqə qaydaları ilə tanış olduğumu və həmin Qaydalarda əks olunmuş şərtləri qəbul etdiyimi təsdiq edirəm.

Təqdim etdiyim yazının əvvəllər heç bir yerdə dərc edilmədiyini, yayımlanmadığını və paylaşılmadığını təsdiq edir, həmçinin müsabiqənin nəticələri elan olunanadək heç bir yerdə dərc etməmək, yayımlamamaq və paylaşmamaq öhdəliyini qəbul edirəm.

Təqdim etdiyim yazının müvafiq nüsxəsində və bu formada göstərilən şəxsi məlumatların tamlığını və doğruluğunu təsdiq edirəm.

Müsabiqə Qaydalarının 2.5.5-ci yarımbəndində nəzərdə tutulmuş nüsxələrin eyniliyinə (müəllifin şəxsi məlumatları və imzası istisna olmaqla) görə məsuliyyət daşıyıram.

 

İmza: ______________ Tarix: “____” ____________2020-ci il