Jurnalistlər üçün onlayn formatda ikinci təlim keçirilmişdir

Jurnalistlər üçün onlayn formatda ikinci təlim keçirilmişdir

12.09.2020

    Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən jurnalistlər üçün xarici təlimçilərin iştirakı ilə onlayn formatda təlimlərin ikincisi baş tutmuşdur.

“Rəqabətli xəbər istehsalı: xəbərin oxunaqlılığının artırılması” mövzusunda reallaşan onlayn təlim Türkiyənin tanınmış media təlimçisi – Marmara Üniversitetinin müəllimi, rəqəmsal media araşdırmaları, PR və kommunikasiya üzrə ekspert Dr. Ali Murat Kırık tərəfindən təqdim olunmuşdur.

    Təlimdə rəqabətli xəbər istehsalının hazırlanmasından bəhs olunmuş, xəbərin oxunaqlılığının artırılması üsulları nümayiş etdirilmiş, xəbər yazarkən və ya reportaj hazırlayarkən texnoloji vasitələrdən düzgün istifadə qaydaları barədə məlumat verilmişdir. Daha sonra adıçəkilən mövzu üzrə media nümayəndələrinin sualları cavablandırılmışdır.

    Qeyd edək ki, KİVDF tərəfindən təşkil olunan təlimdə televiziya, radio, onlayn media, qəzet və jurnalları təmsil edən 25-dən çox jurnalist iştirak etmişdir.