Fondun Müşahidə Şurasının iclası keçirilib - WWW.KIVDF.GOV.AZ
XƏBƏRLƏR28.12.2018

Fondun Müşahidə Şurasının iclası keçirilib



image

Dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Fondun Müşahidə Şurasının sədr müavini İlqar Hüseynov iclası açıq elan edərək gündəlikdəki məsələlər barədə məlumat verib.

1. Fondun 2019-cu ilin I rübündə KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqəyə təqdim edilmiş layihə təkliflərinin müzakirəsi və təsdiqi;

2. Cari məsələlər.

Fondun Müşahidə Şurasının sədr müavini İlqar Hüseynov gündəlikdəki birinci məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. Müzakirəyə çıxarılan məsələ barədə ətraflı məlumat verən V.Səfərli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na müvafiq olaraq 32 qəzetin müsabiqəyə sənəd təqdim etdiklərini diqqətə çatdırıb. Həmin qəzetlərin layihələrinin 2018-ci ilin II yarısında da Fond tərəfindən maliyyələşdirildiyini deyən icraçı direktor müsabiqədə yeni iştirak edən KİV-lərin olmadığını bildirib. İcraçı direktor qeyd edib ki, müvafiq araşdırmalardan sonra sənəd təqdim etmiş 32 qəzetin layihə təkliflərinin müsabiqənin şərtlərinə cavab verdiyi müəyyən edilib.

Sonra qəzetlərdən daxil olmuş sənədlər Müşahidə Şurasının üzvlərinə paylanılıb və məsələ ətrafında müzakirələr başlayıb. Fondun Müşahidə Şurasının sədr müavini İlqar Hüseynov, üzvlərdən Ramiz Əskər, Bəhruz Quliyev, Rasim Həsənov, İntiqam Hümbətov və Ayaz Mirzəyev Fondun maliyyə yardımlarının qəzetlərin maddi-texniki bazasının möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd ediblər.

Müzakirələrin sonunda 32 qəzetin sənədlərinin müsabiqənin şərtlərinə cavab verdiyi nəzərə alınaraq, onlara 2019-cu ilin birinci rübü üzrə maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib (Maliyyə yardımı ayrılmış qəzetlərin siyahısı aşağıdakı cədvəldə təqdim olunur).

Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor V.Səfərli Fondun yaxın dövr üçün fəaliyyət istiqamətləri barədə məlumat verib.

2019-cu ilin I rübü üzrə layihələri maliyyələşdirilən qəzetlər və ayrılmış maliyyə vəsaiti

Qəzetlər

Təklif olunan məbləğ

1.

"Kaspi” qəzeti

30 000

2.

"Yeni Azərbaycan” qəzeti

30 000

3.

"Səs” qəzeti

30 000

4.

"Mövqe” qəzeti

30 000

5.

"Ədalət” qəzeti

30 000

6.

"525-ci qəzet”

30 000

7.

"Bakı-Xəbər” qəzeti

30 000

8.

"Yeni Müsavat” qəzeti

30 000

9.

"Kaspiy" qəzeti

30 000

10.

"Ekspress” qəzeti

30 000

11.

"Palitra” qəzeti

30 000

12.

"Paralel” qəzeti

20 000

13.

"Həftə içi” qəzeti

20 000

14.

"Azad Azərbaycan” qəzeti

20 000

15.

"Şərq” qəzeti

20 000

16.

"Xalq Cəbhəsi” qəzeti

20 000

17.

"Futbol+Qol” qəzeti

20 000

18.

"Bizim Yol” qəzeti

20 000

19.

"Olaylar” qəzeti

20 000

20.

"Novoye Vremya” qəzeti

15 000

21.

"Futbol+” qəzeti

15 000

22.

"Üç Nöqtə” qəzeti

15 000

23.

"Azernews” qəzeti

15 000

24.

"Unikal” qəzeti

10 000

25.

"Olimpiya Dünyası”qəzeti

10 000

26.

"Oxu məni” qəzeti

10 000

27.

"Hürriyyət" qəzeti

10 000

28.

"Reytinq" qəzeti

4500

29.

"The Business Times" qəzeti

4500

30.

"Hərbi And" qəzeti

4500

31.

"Türküstan" qəzeti

4500

32.

"İqtisadiyyat" qəzeti

4500

CƏMİ

32 Redaksiya

612500