Birgə müsabiqənin qalibləri mükafatlandırılıb - WWW.KIVDF.GOV.AZ
XƏBƏRLƏR04.12.2018

Birgə müsabiqənin qalibləri mükafatlandırılıb



image

Dekabrın 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirdiyi "Əlilliyi olan şəxslər: fiziki məhdudiyyətdən sosial inteqrasiyaya mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.



Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Fondun icraçı direktoru Vüqar Səfərli, nazirliyin rəhbər vəzifəli şəxsləri, habelə ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak ediblər.

Nazir Sahil Babayev qonaqları salamlayaraq nazirliyin son aylarda həyata keçirdiyi layihələrin vətəndaş məmnunluğunun təmin edilməsi məqsədinə xidmət etdiyini bildirib. Əmək və əhalinin sosial müdafiəsi naziri fiziki məhdudiyyətli insanların sosial müdafiəsinin gücləndirilməsinin, onların cəmiyyətə fəal inteqrasiyasına şərait yaradılmasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasətində başlıca istiqamətlərdən olduğunu vurğulayıb. Nazir bildirib ki, Fondla birgə təşkil olunan "Əlilliyi olan şəxslər: fiziki məhdudiyyətdən sosial inteqrasiyaya” mövzusunda müsabiqə də bu istiqamətdə aparılan işlər barədə geniş ictimai məlumatlandırmanın həyata keçirilməsində, eyni zamanda, əlilliyi olan şəxslərin ictimai həyatda bərabərhüquqlu iştirakının təmin olunması, onların bacarıqlarının, məşğulluq imkanlarının dəstəklənməsi məsələsinə cəmiyyətin diqqətinin artırılması işlərində peşəkar jurnalist əməyinin stimullaşdırılması məqsədi daşıyır. O qeyd edib ki, media nümayəndələrinin müsabiqədə fəal iştirakı, müvafiq mövzularda araşdırmalar aparılmaları daha məzmunlu, əhatəli və oxunaqlı materiallar dərc etdirməyə səy göstərmələri müsbət haldır.

S.Babayev diqqətə çatdırıb ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq hazırda nazirliyin fəaliyyət sahələrində mühüm islahatlar aparılır. Əsas məqsəd dövlət sosial xidmətlərinin innovativ həllərin tətbiqi şəraitində vahid platformadan - DOST (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzlərindən operativ və tam şəffaf, eyni zamanda keyfiyyətli şəkildə təşkili, sosial təminat sisteminin mütərəqqi və ədalətli yanaşmalar əsasında təkmilləşdirilməsi, aktiv əmək bazarı proqramlarının səmərəli təşkili və genişləndirilməsi, əmək bazarında, ümumən sosial rifahda rolunun artırılması, qeyri-rəsmi məşğulluğun qarşısının alınmasıdır. Nazirlik bu islahatlar, fəaliyyət sahələrində görülən işlər barədə cəmiyyətin ətraflı məlumatlandırılmasında KİV-in roluna və media ilə əməkdaşlığa xüsusi önəm verir. Bu əməkdaşlıq, eyni zamanda görülən işlər və aparılan islahatlar barədə ictimai rəyin, vətəndaş mövqeyinin, bir sıra hallarda cəmiyyətdən gələn təşəbbüslərin öyrənilməsində çox faydalıdır. Ona görə də nazirlik jurnalistləri həmişə ictimaiyyətlə fəal əlaqələrin təşkilində, cəmiyyətlə münasibətlərdə yaxın köməkçi hesab edir.

Nazir Fondla ilə birgə təşkil olunan ikinci, yəni "Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah" mövzusunda müsabiqəyə də bu ay yekun vurulacağını deyib. S.Babayev qarşıdakı dövrdə Fondla birgə belə müsabiqələrin təşkilinin davam etdiriləcəyini, mətbuatla əməkdaşlığın daha da gücləndirilməsinin diqqətdə saxlanacağını bildirib. O, müsabiqənin qaliblərini təbrik edib, həmçinin nəticələr barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib.

Fondun icraçı direktoru Vüqar Səfərli qonaqları salamlayaraq S.Babayevə nazir vəzifəsində uğurlar arzulayıb. O, son aylarda nazirliyin apardığı islahatların əhalinin, o cümlədən əlilliyi olan vətəndaşların sosial rifah halının yüksəldilməsi məqsədinə xidmət etdiyini bildirib. V.Səfərli xatırladıb ki, BMT Baş Məclisi 1992-ci il oktyabrın 14-də dekabrın 3-ü tarixinin "Beynəlxalq Əlillər Günü" kimi qeyd olunması haqqında Bəyannamə qəbul edib. İcraçı direktor bildirib ki, bunda məqsəd cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan insanların hüquqlarını qorumaqdır. V.Səfərli respublikamızın BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş "Əlillərin hüquqları haqqında" Konvensiyaya qoşulduğunu, son illər əlillərin sosial rifahının yüksəldilməsi üçün dövlət səviyyəsində kompleks tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Çıxışını davam etdirən icraçı direktor həmçinin bildirib ki, Fondun fəaliyyətində başlıca istiqamətlərdən biri də mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı faydalı əməkdaşlığı gücləndirməkdir. V.Səfərli qeyd edib ki, Beynəlxalq Əlillər Günü ilə əlaqədar müsabiqənin təşkilində məqsəd jurnalistlərin peşəkarlığını və sosial rifah halını yüksəltmək, habelə ictimaiyyəti nazirliyin bu sahədə keçirdiyi genişmiqyaslı islahatlarla dolğun və obyektiv şəkildə tanış etməkdir.

V.Səfərli noyabrın 2-dən 27-dək davam edən fərdi jurnalist yazıları müsabiqəsinə 32 KİV-dən 49 yazının təqdim olunduğunu, yazıların 3 ekspert tərəfindən qiymətləndirildiyini bildirib. İcraçı direktor müsabiqənin yekunlarına əsasən, 6 nəfərin əsas, 5 nəfərin həvəsləndirici mükafatlara layiq görüldüyünü diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Umud Mirzəyev, "Səs" Media Qrupunun rəhbəri Bəhruz Quliyev, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli nazirliklə media arasında əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir və təkliflərini bölüşüblər.

Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim olunub. Qalibləri təbrik edən icraçı direktor Vüqar Səfərli media ilə səmərəli əməkdaşlığa görə nazir S.Babayevə təşəkkürünü bildirib.

Tədbiri yekunlaşdıran nazir S.Babayev media ilə əlaqələrinin inkişafına verdiyi töhfəyə görə Fondun rəhbərliyinə, eləcə də müsabiqədə iştirak edən jurnalistlərə təşəkkürünü bildirərək belə müştərək layihələrin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.






























"Əlilliyi olan şəxslər:
fiziki məhdudiyyətdən sosial inteqrasiyaya”

Yerlər

Müəllifin adı

Müəllifin işlədiyi KİV

Orta bal

1.

I yer

İsmayılov Rufik Afis oğlu

"Kaspi" qəzetinin müxbiri

20

2.

II yer

Şahverdiyev Cavid Nadir oğlu

"Xalq Cəbhəsi" qəzetinin müxbiri

19

3.

II yer

Quluyeva Zülfiyyə Telman qızı

"Mövqe.az" saytının müxbiri

19

4.

III yer

Niftəliyeva Ülviyyə Vahid qızı

"Xalq qəzeti"nin müxbiri

18,3

5.

III yer

Abasov Ceyhun Abas oğlu

"525-ci qəzet"in müxbiri

18,3

6.

III yer

Məmmədov Cabir Rza oğlu

"Səs" İnformasiya Agentliyinin redaktoru

18

7.

Həvəsləndirici

Salmanova Nərgiz Allahverən qızı

"Yeni Müsavat" qəzetinin müxbiri

17,6

8.

Həvəsləndirici

Xankişiyeva İlhamə Əbülfət qızı

"Oxu.az" saytının müxbiri

17,6

9.

Həvəsləndirici

Əliyev Seymur Telman oğlu

"Moderator.az" saytının müxbiri

17,6

10.

Həvəsləndirici

Hüseyinova Cəmilə Aslan qızı

"Həftə içi" qəzetinin müxbiri

17,6

11.

Həvəsləndirici

Nəsibova Xanım Hopal qızı

"Kür" qəzetinin müxbiri

17,3

12.

Məmmədova Xəyalə Rəis qızı

"Kaspi" qəzetinin müxbiri

17

13.

Nəsirli Akif Sovet oğlu

"Paralel" qəzetinin baş redaktor müavini

17

14.

Bayramov Nardar Məmməd oğlu

"Yeni Azərbyacan" qəzetinin müxbiri

17

15.

Abdullayev Ayyət Əhməd oğlu

"Şərq" qəzetinin redaktoru

17

16.

Səfərova Samirə Məmmədhənifə qızı

"Bakı-Xəbər" qəzetinin baş redaktor müavini

17

17.

Umudlu Gülcahan Mirqədir qızı

"Mədəniyyət" qəzetinin müxbiri

17

18.

Əhmədova Aygün Asim qızı

"Kaspi" qəzetinin müxbiri

17

19.

Bağırov Rəşad Bağır oğlu

"İki sahil" qəzetinin baş redaktor müavini

17

20.

Tağıyev Tural Rasim oğlu

"Palitra" qəzetinin müxbiri

17

21.

Bəşirova Şahnaz Saleh qızı

"Paralel" qəzetinin müxbiri

17

22.

Bayramov Mübariz Ramiz oğlu

"Mövqe" qəzetinin müxbiri

17

23.

Sarıyeva İradə Murad qızı

"Bakı-Xəbər" qəzetinin müxbiri

17

24.

Aşırova Aynurə Pənah qızı

"İdman" qəzetinin müxbiri

17

25.

Əliyeva Qaliya Sosialovna

"Kaspiy" qəzetinin şöbə müdiri

17

26.

Rəhimov Təbriz Kamal oğlu

"Fakt-Araşdırma Təhlil" Analitik İnformasiya Agentliyinin bölgə müxbiri

17

27.

Həmidli Səxavət Nazim oğlu

"Teleqraf.com" saytının müxbiri

17

28.

Əsədli Röyal Telman oğlu

"Paralel" qəzetinin şöbə müdiri

16,6

29.

Abdullayeva Günel Rəfail qızı

"Kaspi" qəzetinin müxbiri

16,6

30.

İsmayılova Tünzalə Eldar qızı

"Səs" qəzetinin müxbiri

16,6

31.

Hakıyeva Səadət Zifi qızı

"Olimpiya dünyası" qəzetinin şöbə müdiri

16,6

32.

Məmmədova Aynurə Kamil qızı

"Ekspress" qəzetinin müxbiri

16,3

33.

Sultan Rüfət Nadir oğlu

"Mövqe" qəzetinin müxbiri

16,3

34.

Cəlilova Günel İsa qızı

"Bakı-Xəbər" qəzetinin müxbiri

16,3

35.

Mehtiyeva Səkinə Nizaməddin qızı

"Paralel" qəzetinin müxbiri

16,3

36.

Bağırova Svetlana Bilal qızı

"Yeni Tərtər" qəzetinin baş redaktor müavini

16

37.

Baxşalıyev Sabir Məhiş oğlu

"Həftə içi" qəzetinin müxbiri

16

38.

Tağıbəyli Vüsal Vaqif oğlu

"Həftə içi" qəzetinin müxbiri

16

39.

Abbaszadə Mahir Tapdıq oğlu

"Paralel" qəzetinin şöbə müdiri

15,6

40.

Hüseynova Pərvanə Rafiq qızı

"The Business Times" qəzetinin müxbiri

15,6

41.

Qasımova Gülşən Rayub qızı

"Modern.az" İnformasiya Agentliyinin müxbiri

15,6

42.

Əliyev Azad Akif oğlu

"Həftə içi" qəzetinin redaktoru

15,6

43.

Mehdiyeva Elmira Mehdi qızı

"Zaqatala" qəzetinin redaktor müavini

15,6

44.

Əsədli Züleyxa Ələkbər qızı

"Paralel" qəzetinin müxbiri

15,6

45.

Mustafayeva Xəyalə Süleyman qızı

"Fakt-Araşdırma Təhlil" Analitik İnformasiya Agentliyinin baş redaktoru

15,3

46.

Oğuz Aysel Yunus qızı

"Olaylar" qəzetinin şöbə müdiri

15,3

47.

Əhmədov Anar Məsub oğlu

"Olimpiya dünyası" qəzetinin şöbə müdiri

15

48.

Cəfərov Vasif Məmməd oğlu

"Ekspress" qəzetinin müxbiri

15

49.

Əhmədova Könül Asim qızı

"Üç nöqtə" qəzetinin müxbiri

14,3