Fondun "Azərişıq" ASC ilə birgə keçirdiyi birgə yazı müsabiqəsinin nəticələri açıqlanıb - WWW.KIVDF.GOV.AZ
XƏBƏRLƏR17.10.2018

Fondun "Azərişıq" ASC ilə birgə keçirdiyi birgə yazı müsabiqəsinin nəticələri açıqlanıb



image

Oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və "Azərişıq" ASC-nin birgə təşkil etdikləri "İstehlakçıların keyfiyyətli enerji təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.

Mükafatlandırma mərasimi "Azərişıq" ASC-nin Tədris Mərkəzində keçirilib. Tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, "Azərişıq" ASC-nin sədr müavini Ramil Yusifov, habelə ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak ediblər. Tədbir iştirakçılarına əvvəlcə Tədris Mərkəzinin fəaliyyəti, habelə burada nümayiş olunan texnoloji avadanlıqlarla tanışlıq imkanı yaradılıb.

Tədbiri giriş sözü ilə açan "Azərişıq" ASC-nin sədr müavini Ramil Yusifov qonaqları salamlayaraq 2015-ci il fevralın 10-da "Bakıelektrikşəbəkə"nin bazasında "Azərişıq" ASC-nin yaradılmasından sonra istehlakçıların keyfiyyətli enerji təminatı sahəsində kompleks tədbirlərin həyata keçirildiyini, infrastrukturun müasirləşdirildiyini, qabaqcıl texnologiyaların tətbiq edildiyini diqqətə çatdırıb. "Azərişıq" ASC-nin sədr müavini ölkə rəhbərliyi tərəfindən müəyyənləşdirilmiş strateji vəzifələrə müvafiq olaraq "Azərişıq" ASC-nin istehlakçıların etibarlı və dayanıqlı elektrik enerji ilə təchizatı istiqamətində sistemli iş apardığını xüsusi vurğulayıb. R.Yusifov qeyd edib ki, qısa müddətdə 34 ədəd 110 kV-luq müasir tipli yeni yarımstansiya tikilib və tam yenidən qurulub. Yarımstansiyalar elektron tipli rele mühafizəsi və avtomatik sistemlərlə təchiz edilərək məsafədən idarə olunan "SCADA" dispetçer idarəetmə sisteminə qoşulublar. Bundan əlavə, 96 ədəd 35 kV-luq yeni yarımstansiya tikilib və ya yenidən qurulub, nəticədə respublika üzrə ümumi qoyuluş gücü 2015-ci ilin əvvəlində 9500 MVA-dan 12820 MVA-ya qədər yüksəldilib.

"Azərişıq" ASC-nin sədr müavini, həmçinin qeyd edib ki, ötən illərdə infrastrukturun müasirləşdirilməsi istiqamətində də sistemli tədbirlər həyata keçirilib: "2015-2018-ci illərdə "Azərişıq” ASC tərəfindən 3490 ədəd 106 kV-luq yeni TM və KTM qurlaşdırılıb və dəyişdirilib. 125 000 km müxtəlif gərginlikli elektrik veriliş xətləri çəkilib və yenidən qurulub. 700 000 ədədə yaxın dayaq basdırılıb. Silsilə və kompleks tədbirlər hesabına "Azərişıq" ASC-nin regional elektrik şəbəkələrində texniki itkilər 15,6 faizdən 9,8 faizə endirilib. Faydalı elektrik enerjisinə görə yığım respublika üzrə 93 faiz, Bakı şəhəri üzrə 99 faizə qaldırılıb.

ASAN xidmət və ASAN kommunal vasitəsi ilə təkcə 2018-ci ilin arxada qalan 9 ayı ərzində 13 xidmət üzrə 120 000 artıq müraciət edilib ki, onlardan 15 000-dən çoxu əhali, 2 500-dən çoxu qeyri-əhali abonentlərin elektrik şəbəkəsinə qoşulması ilə bağlı olub. 150 kVt-a qədər sahibkarlıq obyektlərinin mövcud 0,4 kV-luq elektrik şəbəkəsinə qoşulması üçün vahid tarif tətbiq edilib, prosedurlar 7-dən 3-ə, qoşulma müddəti 69 gündən 24 günə endirilib".

Ramil Yusifov bildirib ki, islahatlar nəticəsində "Azərişıq" ASC-nin elektron xəritəsi "ASAN xidmət"in işinə inteqrasiya edilib, elektron xəritə vasitəsilə abonentlərin elektrik şəbəkəsinə qoşulması prosesi daha da asanlaşıb.

R.Yusifov Fondla birgə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin ölkənin elektrik enerjisi təsərrüfatının müasirləşdirilməsi və əhalinin enerjiyə tələbatının ödənilməsi istiqamətində görülən işlərin ictimaiyyətə dolğun şəkildə çatdırılması baxımından əhəmiyyətini vurğulayıb. Sədr müavini müsabiqənin nəticələri barədə ətraflı danışmaq üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib.

Tədbir iştirakçılarını salamlayan Vüqar Səfərli bununla ikinci dəfədir ki, "Azərişıq" ASC ilə birgə fərdi jurnalist yazıları müsabiqəsinin keçirildiyini diqqətə çatdırıb. İcraçı direktor bütün sahələrdə dinamik inkişaf edən Azərbaycanda enerji təsərrüfatının təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində ardıcıl islahatların həyata keçirildiyini, nəticədə ötən əsrin 90-cı illərində bu sahədə mövcud olan problemlərin tamamilə aradan qalxdığını diqqətə çatdırıb. V.Səfərli, həmçinin bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə aparılan islahatlar nəticəsində hazırda Azərbaycanın bütün bölgələrinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchizatı mümkün olub.

Çıxışını davam etdirən Vüqar Səfərli bildirib ki, Fondun əsas fəaliyyət istiqamətlərindən biri də mərkəzi və yerli icra hakimiyyəti orqanları arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsidir. Bu məqsədlə Fond müxtəlif dövlət qurumlarında görüşlər, habelə birgə fərdi jurnalist yazıları müsabiqələri təşkil edir. İcraçı direktor qeyd edib ki, "Azərişıq" ASC ilə birgə keçirilmiş müsabiqənin məqsədi Azərbaycanda enerji təsərrüfatının inkişafı və infrastrukturun yenidənqurulması sahəsində həyata keçirilən tədbirlərin ictimaiyyətə çatdırılmasında peşəkar jurnalist əməyini stimullaşdırmaq, jurnalistlərin peşəkarlıq səviyyəsini yüksəltmək və sosial vəziyyətlərini yaxşılaşdırmaq olub.

Vüqar Səfərli sentyabrın 11-dən oktyabrın 12-dək davam edən müsabiqəyə 25 KİV-dən 42 yazının təqdim edildiyini, yazıların 3 ekspert tərəfindən qiymətləndirildiyini bildirib.

Tədbirdə çıxış edən "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas elektrik enerjisi təsərrüfatının Azərbaycanın dinamik inkişafı ilə uzlaşdığını, bu sahədə mühüm layihələrin həyata keçirildiyini vurğulayıblar. Natiqlər regionların və Bakı şəhərinin elektrik enerjisi ilə təchizatı sahəsindəki yenilikləri yüksək qiymətləndirərək əldə olunan uğurlarda "Azərişıq" ASC-nin kollektivinin gərgin əməyini xüsusi diqqətə çatdırıblar.

Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib (Qaliblərin siyahısı aşağıdakı cədvəldə təqdim olunur).

Qalibləri təbrik edən icraçı direktor Vüqar Səfərli media ilə səmərəli əməkdaşlığa görə "Azərişıq" ASC-nin rəhbərliyinə təşəkkürünü bildirib.

Tədbiri yekunlaşdıran "Azərişıq" ASC-nin sədr müavini Ramil Yusifov qurumun media ilə əlaqələrinin inkişafına verdiyi töhfəyə görə Fondun rəhbərliyinə, eləcə də müsabiqədə iştirak edən jurnalistlərə təşəkkürünü bildirərək belə müştərək layihələrin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.


"Əhalinin keyfiyyətli enerji təminatı:
görülmüş işlər, real vəziyyət və perspektivlər”

Yerlər

Müəllifin adı

Müəllifin işlədiyi KİV

Orta bal

1.

I yer

Həmidli Səxavət Nazim oğlu

"Teleqraf.com" saytının müxbiri

21

2.

II yer

Bayramov Mübariz Ramiz oğlu

"Mövqe" qəzetinin müxbiri

20

3.

II yer

Qasımova Gülşən Rayub qızı

"Modern.az" saytının müxbiri

19,6

4.

III yer

İsmayılov Pərviz Saday oğlu

"Yeni Azərbaycan" qəzetinin müxbiri

19,3

5.

III yer

Mehtiyeva Səkinə Nizaməddin qızı

"Paralel" qəzetinin müxbiri

19,3

6.

III yer

Sarıyeva İradə Murad qızı

"Bakı Xəbər" qəzetinin müxbiri

19

7.

Həvəsləndirici

Əliyev Məhərrəm Ağalar oğlu

"İki sahil" qəzetinin müxbiri

18,6

8.

Həvəsləndirici

İsmayılov Rufik Afis oğlu

"Kaspi" qəzetinin müxbiri

18,6

9.

Həvəsləndirici

Salahov Mətləbəli Bayraməli oğlu

"Səs" qəzetinin məsul katibi

18,3

10.

Həvəsləndirici

Hüseyinova Cəmilə Aslan qızı

"Həftə içi" qəzetinin müxbiri

18,3

11.

Həvəsləndirici

Şahverdiyev Cavid Nadir oğlu

"Xalq Cəbhəsi" qəzetinin müxbiri

18,3

12.

Həvəsləndirici

Allahyarov Mahir Cəlal oğlu

"Dönüş" qəzetinin baş redaktoru (Saatlı)

18,3

13.

Həvəsləndirici

Əhmədova Könül Asim qızı

"Üç nöqtə" qəzetinin müxbiri

18,3

14.

Həvəsləndirici

Əliyev Seymur Telman oğlu

"Moderator.az" saytının müxbiri

18,3

15.

Həvəsləndirici

Qocayev İsmayıl Arif oğlu

"Şərq" qəzetinin müxbiri

18

16.

Həvəsləndirici

Rəhimov Təbriz Kamal oğlu

"Fakt-Araşdırma Təhlil"Analitik İnformasiya Agentliyinin bölgə müxbiri

18

17.

Əliyeva Qaliya Sosialovna

"Kaspiy" qəzetinin şöbə müdiri

17,6

18.

Tağıyev Tural Rasim oğlu

"Palitra" qəzetinin müxbiri

17,6

19.

Aslanov Qədir Təyyar oğlu

"Respublika" qəzetinin şöbə müdiri

17,6

20.

İlyasov Vəli Yusif oğlu

"İki sahil" qəzetinin müxbiri

17,6

21.

Əsədli Züleyxa Ələkbər qızı

"Paralel" qəzetinin müxbiri

17,3

22.

Məmmədov Nüsrət Həsən oğlu

"İki sahil" qəzetinin məsul katibi

17,3

23.

Nərimanlı Asif Cəlal oğlu

"Publika.az" xəbər portalının müxbiri

17,3

24.

Cəlilova Günel İsa qızı

"Bakı Xəbər" qəzetinin müxbiri

17,3

25.

Hüseynov Habil Malik oğlu

"Xalq Cəbhəsi" qəzetinin müxbiri

17,3

26.

Namazov Elçin Sabir oğlu

"İki sahil" qəzetinin bölmə müdiri

17,3

27.

Bəşirova Şahnaz Saleh qızı

"Paralel" qəzetinin müxbiri

17,3

28.

Sultan Rüfət Nadir oğlu

"Mövqe" qəzetinin müxbiri

17

29.

Hüseynli Alim Ziyadxan oğlu

"Olaylar" İnformasiya Agentliyinin müxbiri

17

30.

Tağıbəyli Vüsal Vaqif oğlu

"Həftə içi" qəzetinin müxbiri

16,6

31.

Nəsirli Akif Sovet oğlu

"Paralel" qəzetinin baş redaktor müavini

16,6

32.

Novruzov Novruz İbrahim oğlu

"Mövqe" qəzetinin müxbiri

16,6

33.

Səfərova Samirə Məmmədhənifə qızı

"Bakı Xəbər" qəzetinin baş redaktor müavini

16,6

34.

Soltanova Könül Tarix qızı

"Publika.az" xəbər portalının müxbiri

16,6

35.

Əliyev Azad Akif oğlu

"Həftə içi" qəzetinin redaktoru

16,6

36.

Mustafayeva Xəyalə Süleyman qızı

"Fakt-Araşdırma Təhlil"Analitik İnformasiya Agentliyinin baş redaktoru

16,6

37.

Əsədli Röyal Telman oğlu

"Paralel" qəzetinin şöbə müdiri

16,3

38.

İsgəndərov Hüseyn Şahbaz oğlu

"Unikal" qəzetinin redaktoru

16,3

39.

Həsənov İsgəndər Aqil oğlu

"525-ci qəzet"in redaktoru

16,3

40.

Baxşalıyev Sabir Məhiş oğlu

"Həftə içi" qəzetinin müxbiri

16,3

41.

Əhmədov Anar Məsub oğlu

"Olimpiya dünyası" qəzetinin şöbə müdiri

15,6

42.

Hüseynova Pərvanə Rafiq qızı

"The Business Times" qəzetinin müxbiri

15,6