Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri açıqlanıb - WWW.KIVDF.GOV.AZ
XƏBƏRLƏR26.07.2018

Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri açıqlanıb



image

İyulun 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və "Azərenerji" ASC-nin birgə təşkil etdikləri "Azərenerji ASC: tarixi inkişaf yolu və strateji hədəflərə doğru" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.

Tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, "Azərenerji" ASC-nin prezidentinin müşaviri, AMEA-nın akademiki Arif Həşimov, Səhmdar Cəmiyyətin məsul vəzifəli şəxsləri, habelə ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan icraçı direktor Vüqar Səfərli Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2009-cu ilin aprelində ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı ilə yaradıldığını xatırladıb. İcraçı direktor Fondun ötən 9 ildə ölkədə fikir, söz və məlumat azadlıqlarının inkişaf etdirilməsinə, çap mediasının maddi-texniki bazasının möhkəmləndirilməsinə, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılmasına, eləcə də sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən çoxsaylı layihələr həyata keçirdiyini bildirib.

Vüqar Səfərli mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə əməkdaşlığın genişləndirilməsi məqsədinə xidmət edən tədbirlərin, eləcə də birgə fərdi yazı müsabiqələrinin təşkilinin Fondun fəaliyyətində prioritet istiqamətlərdən biri olduğunu qeyd edib. İcraçı direktor, həmçinin, bildirib ki, "Azərenerji" ASC ilə birgə keçirilən müsabiqənin məqsədi Azərbaycan Respublikasının enerji təhlükəsizliyinin davamlı olaraq təmin edilməsi, mövcud resurslardan səmərəli istifadə olunması və elektrik enerjisinə artan tələbatın ödənilməsi, bu sahədə yeni texnologiyaların tətbiqi ilə əlaqədar reallaşdırılan tədbirlərin, habelə ölkənin sosial-iqtisadi inkişafında elektrik enerjisinin yeri və rolunun ictimaiyyətə obyektiv şəkildə çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır.

İcraçı direktor, yekun nəticələrə əsasən, yazı müəlliflərindən 6 nəfərinin əsas, 10 nəfərinin həvəsləndirici mükafatlara layiq görüldüyünü diqqətə çatdırıb. İcraçı direktor müsabiqəyə sənəd verən, lakin qaliblər sırasına düşməyən müsabiqə iştirakçılarının da diqqətdən kənarda qalmadığını, "Azərenerji" ASC-nin rəhbərliyi ilə əldə olunmuş razılığa əsasən, onların mükafatlandırılacağını bildirib.

Tədbirdə çıxış edən "Azərenerji" ASC-nin prezidentinin müşaviri akademik Arif Həşimov media nümayəndələrini salamlayaraq onlara yaradıcı fəaliyyətlərində uğurlar arzulayıb. O, Fondla birgə keçirilən müsabiqənin kütləvi informasiya vasitələri ilə "Azərenerji" ASC arasında qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Çıxışını davam etdirən Arif Həşimov Azərbaycanda energetika sisteminin tarixi, sovetlər birliyi dövründəki inkişaf yolu və müstəqillik illərində əldə etdiyi uğurlu nəticələrdən söz açıb. O, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə müstəqil enerji siyasətinin formalaşdırılması istiqamətində bütün zəruri tədbirləri həyata keçirildiyini, bu sahənin inkişafının daim diqqət mərkəzində olduğunu vurğulayıb.

Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib (Qaliblərin siyahısı aşağıdakı cədvəldə təqdim olunur).

Tədbiri yekunlaşdıran icraçı direktor Vüqar Səfərli media ilə səmərəli əməkdaşlığa görə "Azərenerji" ASC-nin rəhbərliyinə təşəkkürünü bildirib və belə müştərək layihələrin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.


"Azərenerji” ASC: tarixi inkişaf yolu və strateji hədəflərə doğru"

Yerlər

Müəllifin adı

Müəllifin işlədiyi KİV

Orta bal

1.

I yer

Abdullayev Mübariz Əhməd oğlu

"Yeni Azərbaycan" qəzetinin müxbiri

20

2.

II yer

Əliyev Anar Əliheybət oğlu

"Xalq qəzeti"nin müxbiri

19,6

3.

II yer

Sultan Rüfət Nadir oğlu

"Mövqe" qəzetinin müxbiri

19,3

4.

III yer

Cəfərova Samirə Tahir qızı

"Səs"İnformasiya Agentliyinin müxbiri

19

5.

III yer

Əsədli Röyal Telman oğlu

"Paralel" qəzetinin şöbə müdiri

18,6

6.

III yer

Məmmədova Aynurə Kamil qızı

"Ekspress" qəzetinin müxbiri

18,6

7.

Həvəsləndirici

İsmayılov Rufik Afis oğlu

"Kaspi" qəzetinin müxbiri

18,3

8.

Həvəsləndirici

Tağıyev Tural Rasim oğlu

"Palitra" qəzetinin müxbiri

18,3

9.

Həvəsləndirici

Sarıyeva İradə Murad qızı

"Bakı-Xəbər" qəzetinin müxbiri

18,3

10.

Həvəsləndirici

Rəhimov Təbriz Kamal oğlu

"Həftə içi" qəzetinin redaktoru

18,3

11.

Həvəsləndirici

Hüseynli Alim Ziyadxan oğlu

"Olaylar" İnformasiya Agentliyinin müxbiri

18

12.

Həvəsləndirici

Quluyeva Zülfiyyə Telman qızı

"Mövqe.az" saytının müxbiri

18

13.

Həvəsləndirici

Salah Şəfayət Fərrux oğlu

"Kaspiy" qəzetinin müxbiri

18

14.

Həvəsləndirici

Rəsulova İlhamə Loğman qızı

"Bizim Yol" qəzetinin müxbiri

18

15.

Həvəsləndirici

Hüseynova Pərvanə Rafiq qızı

"The Business Times" qəzetinin müxbiri

17,6

16.

Həvəsləndirici

Xankişiyeva İlhamə Əbülfət qızı

"Oxu.az" saytının müxbiri

17,3

17.

Əliyeva Qaliya Sosialovna

"Kaspiy" qəzetinin şöbə müdiri

17

18.

Rüstəmov İlqar Gülağa oğlu

"Xalq qəzeti"nin məsul katibi

16,6

19.

Bağırov Mamed Abbas oğlu

"Səs" İnformasiya Agentliyinin müxbiri

16,6

20.

Əliyev Seymur Telman oğlu

"Moderator.az" saytının müxbiri

16,6

21.

Rzayev Nizam Abdulbağı oğlu

"Lent.az" xəbər portalının müxbiri

16,6

22.

Xəlilov Ruslan Qaçay oğlu

"Teleqraf.com" saytının redaktoru

16,6

23.

Bəşirova Şahnaz Saleh qızı

"Paralel" qəzetinin müxbiri

16,6

24.

Ağakərimova Gülyanə Gülbala qızı

"Səs" qəzetinin müxbiri

16,6

25.

Cəlilova Günel İsa qızı

"Bakı-Xəbər" qəzetinin müxbiri

16,6

26.

Hüseynov Habil Malik oğlu

"Xalq Cəbhəsi" qəzetinin müxbiri

16,3

27.

Bayramov Mübariz Ramiz oğlu

"Mövqe" qəzetinin müxbiri

16,3

28.

İsmayılbəyli Süleyman Nəbi oğlu

"Olaylar" qəzetinin müxbiri

16

29.

Nəsirli Akif Sovet oğlu

"Paralel" qəzetinin baş redaktor müavini

16

30.

Əliyev Azad Akif oğlu

"Həftə içi" qəzetinin redaktoru

16

31.

Ədilzadə Ədil Tahir oğlu

"Ədalət" qəzetinin şöbə müdiri

15,6

32.

Hüseynzadə Fuad Abı oğlu

"Palitra" qəzetinin müxbiri

15,6

33.

Əfəndiyev Pünhan Şövkət oğlu

"Üç nöqtə" qəzetinin redaktoru

15,3

34.

Əlizadə Azər İsmayıl oğlu

"Olimpiya dünyası" qəzetinin şöbə müdiri

15,3

35.

Məmmədova Könül Tarix qızı

"Şirvan" qəzetinin baş redaktor müavini

14,3