"Azərbaycan kinosu 120: tarixi, bu günü və gələcək inkişaf perspektivləri" mövzusunda birgə müsabiqənin nəticələri açıqlanıb - WWW.KIVDF.GOV.AZ
XƏBƏRLƏR25.07.2018

"Azərbaycan kinosu 120: tarixi, bu günü və gələcək inkişaf perspektivləri" mövzusunda birgə müsabiqənin nəticələri açıqlanıb



image

İyulun 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkil etdikləri "Azərbaycan kinosu 120: tarixi, bu günü və gələcək inkişaf perspektivləri" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında keçirilən tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, Fondun icraçı direktoru Vüqar Səfərli, nazirliyin məsul vəzifəli əməkdaşları, ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan mədəniyyət naziri Əbülfəs Qarayev media nümayəndələrini Milli Mətbuatın yaranmasının 143-cü ildönümü münasibətilə təbrik edib, onlara yaradıcı fəaliyyətlərində uğurlar arzulayıb. Milli mətbuatın zəngin tarixi inkişaf yolu keçdiyini deyən Əbülfəs Qarayev şərti olaraq "dördüncü hakimiyyət" adlandırılan medianın hazırda ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynadığını, milli maraq və mənafelərin qorunmasında, azərbaycançılıq məfkurəsinin inkişafında mühüm xidmətlərinin olduğunu vurğulayıb. Nazir respublikamızın hazırkı sürətli inkişaf mərhələsində ölkə jurnalistlərinin üzərlərinə düşən şərəfli missiyanın öhdəsindən layiqincə gəldiklərini, müxtəlif sahələrdə əldə olunmuş uğurların və mövcud problemlərin ictimaiyyətə çatdırılmasında vətəndaş mövqeyi nümayiş etdirdiklərini vurğulayıb.

Son illər respublikamızda mədəni sahədə müasirləşməyə xidmət edən kompleks islahatların həyata keçirildiyini deyən Əbülfəs Qarayev Azərbaycan Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə kino sənayesinin də inkişaf yolunda olduğunu vurğulayıb. Mədəniyyət naziri Azərbaycan kinosunun 120 illiyinin qeyd olunması ilə bağlı dövlətimizin başçısı cənab İlham Əliyevin imzaladığı sərəncamı xatırladaraq deyib: "Azərbaycan kinosu böyük tarixə malikdir. Bu illər ərzində ölkəmizin, xalqımızın həyatının müxtəlif sahələrinə aid filmlər çəkilib. Təxminən son on ildə dövlət büdcəsindən ayrılmış vəsait hesabına 46 tammetrajlı bədii, 50 qısametrajlı bədii, 212 sənədli, habelə 23 cizgi filmi çəkilib. Bu gün gənclərimiz Türkiyə, Kanada, Rusiya kimi ölkələrdə kino sahəsi üzrə təhsil alırlar. Eyni zamanda Azərbaycan müxtəlif ölkələrdə keçirilən film festivallarında iştirak edir. 2014-2017-ci illər ərzində 26 filmimiz 48 ölkədə keçirilən 128 festivalda 219 dəfə iştirak edərək 49 mükafat qazanıb".

Nazir Azərbaycan kinosunun 120-ci ildönümü ərəfəsində kino sənətinin dünəni, bu günü və gələcək inkişaf perspektivlərinin obyektiv araşdırılması və ictimaiyyətə dolğun şəkildə çatdırılması baxımından Fondla birgə keçirilən əhəmiyyətindən söz açaraq yekun nəticələr barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib.

Tədbir iştirakçılarını salamlayan Vüqar Səfərli son illər Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın mədəni həyatının bütün sahələrində müasirləşmə və inkişafın qabarıq duyulduğunu vurğulayıb. Azərbaycan kino sənətinin ötən 120 ildə zəngin tarixi inkişaf yolu keçdiyini deyən icraçı direktor bu sahəyə göstərilən dövlət qayğısının uğurlu nəticələr verdiyini vurğulayıb.

Vüqar Səfərli bununla üçüncü dəfədir ki, Fondun Mədəniyyət Nazirliyi ilə birgə yazı müsabiqəsi təşkil etdiyini, bu müsabiqələrin jurnalistlərin peşəkarlığının yüksəldilməsi, sosial vəziyyətinin yaxşılaşdırılması və yaradıcı əməyinin stimullaşdırılması baxımından əhəmiyyətini diqqətə çəkib. İcraçı direktor Azərbaycan kinosunun 120 illiyi ərəfəsinə təsadüf edən "Azərbaycan kinosu 120: tarixi, bu günü və gələcək inkişaf perspektivləri" mövzusunda birgə müsabiqəyə 31 kütləvi informasiya vasitəsindən 44 yazının təqdim edildiyini diqqətə çatdırıb. İcraçı direktor bildirib ki, müsabiqənin ekspertlər tərəfindən qiymətləndirilmiş yekun nəticələrinə əsasən 6 nəfər əsas, 6 nəfər həvəsləndirici mükafatlara layiq görülüb: "Müsabiqənin şərtlərinə əsasən, I yer üçün 1 nəfər olmaqla 1000, II yer üçün 2 nəfər olmaqla 800, III yer üçün 3 nəfər olmaqla 600 manat mükafatın verilməsi nəzərdə tutulur. Bundan əlavə, 6 nəfər yazı müəllifinə 300 manat məbləğində pul mükafatı veriləcək".

Tədbirdə çıxış edən "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Məmmədov, "Teleqraf" Media Qrupunun rəhbəri Aynur Camal, "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz birgə müsabiqənin Azərbaycanın kinosunun tarixinin və hazırkı inkişaf meyillərinin təbliği baxımından əhəmiyyətini vurğulayıb, habelə mövcud əməkdaşlığın genişləndirilməsi zəruriliyini qeyd ediblər.

Vüqar Səfərli fərdi jurnalist yazıları müsabiqəsinin təşkilinə verdiyi dəstəyə, habelə media və mərkəzi icra hakimiyyəti orqanları arasında əməkdaşlığın genişləndirilməsində fəal roluna görə nazirliyin rəhbərliyinə təşəkkürünü bildirib.

Tədbiri yekunlaşdıran mədəniyyət naziri Əbülfəs Qarayev birgə müsabiqənin təşkilinə və KİV-lərlə əməkdaşlığın genişləndirilməsindəki xidmətlərinə görə Fondun rəhbərliyinə minnətdarlığını bildirərək belə müştərək layihələrin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.


"Azərbaycan kinosu 120:
tarixi, bu günü və gələcək inkişaf perspektivləri”

Müəllifin adı

Müəllifin işlədiyi KİV

və vəzifəsi

Orta bal

1

I yer

Məmmədova Xəyalə Rəis qızı

"Kaspi" qəzetinin müxbiri

20,6

2

II yer

İbrahimov Əli Zülfüqar oğlu

"Xalq Cəbhəsi" qəzetinin müxbiri

20

3

II yer

Quluyeva Zülfiyyə Telman qızı

"Mövqe.az" saytının müxbiri

20

4

III yer

Zeynalov Cavid Aşur oğlu

"APA" İnformasiya Agentliyinin müxbiri

19,6

5

III yer

Mahmudzadə Şəhanə Müşfiq qızı

"525-ci qəzet"in müxbiri

19,6

6

III yer

Məmmədov Nüsrət Həsən oğlu

"İki sahil" qəzetinin məsul katibi

19,3

7

Həvəsləndirici

Bəşirova Şahnaz Saleh qızı

"Paralel" qəzetinin müxbiri

18,6

8

Həvəsləndirici

İmaməliyeva Tahirə Məmməd qızı

"Şərq" qəzetinin müxbiri

18,6

9

Həvəsləndirici

Tağıyev Tural Rasim oğlu

"Palitra" qəzetinin müxbiri

18,6

10

Həvəsləndirici

Kərimova Namidə Samid qızı

"Modern.az" saytının müxbiri

18,6

11

Həvəsləndirici

Cəlilova Günel İsa qızı

"Bakı-Xəbər" qəzetinin müxbiri

18,3

12

Həvəsləndirici

Nurullayeva Nəzirə Rafiq qızı

"The Business Times" qəzetinin baş redaktoru

18,3

13

Əliyeva Qaliya Sosialovna

"Kaspiy" qəzetinin şöbə müdiri

18

14

Cəfərov Müşfiq Mirzə oğlu

"Respublika" qəzetinin məsul katib

18


15

İbadov Suvar İnayət oğlu

"AZƏRTAC" İnformasiya Agentliyinin redaksiya müdiri

18

16

Cəfərov Zahid İlham oğlu

"Yeni Azərbaycan" qəzetinin məsul redaktoru

18

17

Hacıyeva Minarə İsa qızı

"Səs" İnformasiya Agentliyinin şöbə müdiri

18

18

Həmzəyeva Nigar Adil qızı

"Olaylar" İnformasiya Agentliyinin müxbiri

18

19

İmaməliyev Elçin Qalib oğlu

"Xalq Cəbhəsi" qəzetinin müxbiri

18

20

Sarıyeva İradə Murad qızı

"Bakı-Xəbər" qəzetinin müxbiri

17,6

21

Əliyev Məhərrəm Ağalar oğlu

"İki sahil" qəzetinin müxbiri

17,6

22

Rzayeva Məlahət Əli qızı

"Şərq" qəzetinin müxbiri

17,6

23

İsmayılova Tünzalə Eldar qızı

"Səs" qəzetinin redaktoru

17,6

24

Niftəliyeva Ülviyyə Vahid qızı

"Xalq qəzeti"nin müxbiri

17,6

25

Məmmədli Rövşən Ulduz oğlu

"Ekspress" qəzetinin müxbiri

17,6

26

Bayramov Mübariz Ramiz oğlu

"Mövqe" qəzetinin müxbiri

17,3

27

Məmmədova Aynurə Kamil qızı

"Ekspress" qəzetinin müxbiri

17,3

28

Muradova Nərmin Eldar qızı

"Teleqraf.com" İnformasiya Agentliyinin müxbiri

17,3

29

Rəsulova İlhamə Loğman qızı

"Bizim Yol" qəzetinin müxbiri

17,3

30

İsrafilov Orxan Vahid oğlu

"İki sahil" qəzetinin bölmə müdiri

17,3

31

Sultan Rüfət Nadir oğlu

"Mövqe" qəzetinin müxbiri

17,3

32

Ələkbərova Lalə İmamverdi qızı

"Mədəniyyət" qəzetinin müxbiri

17,3

33

Əsədli Röyal Telman oğlu

"Paralel" qəzetinin şöbə müdiri

17,3

34

Bayramova Yeganə Sahib qızı

"Şərq" qəzetinin müxbiri

17

35

İbrahimov Ramid Ələsgər oğlu

"Bizim Yol" qəzetinin müxbiri

17

36

Əliyev Seymur Telman oğlu

"Moderator.az" saytının müxbiri

17

37

Şahverdiyev Cavid Nadir oğlu

"Xalq Cəbhəsi" qəzetinin müxbiri

17

38

Məmmədova Yeganə Ağa qızı

"İqtisadiyyat" qəzetinin baş redaktor müavini

16,6

39

Məmmədova Könül Tarix qızı

"Şirvan" qəzetinin baş redaktoru

16,6

40

Mehdiyeva Ramilə Qardaşxan qızı

"Hərbi And" qəzetinin müxbiri

16,6

41

Məmmədov Namiq Məmməd oğlu

"Ekspress" qəzetinin müxbiri

16,3

42

Mustafayeva Xəyalə Süleyman qızı

"Fakt-Araşdırma Təhlil" Analatik İnformasiya Agentliyinin baş redaktoru

16,3

43

Əhmədov Anar Məsub oğlu

"Olimpiya dünyası" qəzetinin şöbə müdiri

15,6

44

Hüseynova Pərvanə Rafiq qızı

"The Business Times" qəzetinin müxbiri

15,6