Birgə yazı müsabiqəsinin nəticələri açıqlanıb - WWW.KIVDF.GOV.AZ
XƏBƏRLƏR19.07.2018

Birgə yazı müsabiqəsinin nəticələri açıqlanıb



image

İyulun 19-da Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə elan etdikləri "Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: görülmüş işlər, real vəziyyət və perspektivlər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Fondun icraçı direktoru Vüqar Səfərli, Milli Məclisin deputatı Ağacan Abıyev, rayonun idarə, müəssisə və təşkilatlarının, habelə 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, qalib jurnalistlər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad ediblər. Daha sonra qonaqlar Heydər Əliyev muzeyində ulu öndərin dövlət idarəçliyi fəaliyyətinin müxtəlif mərhələlərini əks etdirən fotolarla tanış olublar.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tədbir iştirakçılarını salamlayaraq Azərbaycan Milli Mətbuatının yaranmasının 143-cü ildönümünü respublikanın ictimai-siyasi həyatında əlamətdar hadisələrdən biri kimi dəyərləndirib. Əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən qoyulmuş milli mətbuatın zəngin tarixi inkişaf yolu keçdiyini Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı ölkəmizdə əldə olunan uğurların ictimaiyyətə çatdırılmasında, dövlətçilik maraqlarının müdafiəsində müasir medianın xidmətlərini yüksək dəyərləndirib.

Ölkəmizdə azad medianın inkişafı üçün hər cür şəraitin yaradıldığını, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, hüquqlarının qorunması istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdıran Suraxanı RİH başçısı həyata keçirilən tədbirlər nəticəsində KİV-lərin ölkənin ictimai-siyasi həyatına təsir imkanlarının artdığını diqqətə çatdırıb.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov son illər rayon icra hakimiyyəti ilə jurnalistlər arasında sıx və məhsuldar əlaqələrin qurulduğunu bildirib. Bu baxımdan keçirilən fərdi jurnalist yazıları müsabiqələrinin əhəmiyyətini xüsusilə qeyd edən rayon icra hakimiyyətinin başçısı müsabiqənin yekun nəticələri barədə danışmaq üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib.

Fondun icraçı direktoru qonaqları salamlayaraq Azərbaycan Milli Mətbuatının yaranmasının 143-cü ildönümü münasibətilə media nümayəndələrini təbrik edib və onlara fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan Milli Mətbuatının 3 mərhələdə dinamik inkişaf yolu keçdiyini bildirən icraçı direktor birinci mərhələnin "Əkinçi" qəzetinin yaranmasından Azərbaycanda sovet hakimiyyətinin qurulmasına qədər, ikinci mərhələnin sovet dövrünü, üçüncü mərhələnin isə Azərbaycanın müstəqilliyi dövrünü əhatə etdiyini vurğulayıb.

Azərbaycan mətbuatının müstəqilliyin ilk illərində ciddi problemlərlə üzləşdiyini, müxtəlif təzyiqlərə, senzuraya məruz qaldığını xatırladan Fondun icraçı direktoru ümummilli lider Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra cəmiyyət həyatının digər sahələri kimi, KİV-lərin inkişafında da keyfiyyətcə yeni mərhələnin başlandığını bildirib. Vüqar Səfərli ümummilli liderin siyasi iradəsi ilə 1998-ci il avqustun 6-da KİV üzərində senzuranın ləğv edildiyini, sonrakı mərhələdə söz və mətbuat azadlıqlarının etibarlı təminatına xidmət edən mükəmməl qanunvericilik bazasının formalaşdırıldığını, qəzetlərin "Azərbaycan” nəşriyyatına olan borclarının dondurulduğunu, Mətbuat və İnformasiya Nazirliyinin ləğv edildiyini və digər mütərəqqi islahatları diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ulu öndərin formalaşdırdığı mütərəqqi ənənələri son 15 ildə uğurla davam etdirdiyini deyən icraçı direktor ötən dövrdə ölkə mətbuatının 130, 135 və 140 illik yubileylərinin yüksək səviyyədə qeyd edildiyini, onlarla jurnalistin fəxri adlara layiq görüldüyünü, qəzetlərin "Azərbaycan” nəşriyyatına olan borclarının dövlət büdcəsi hesabına silindiyini, KİV əməkdaşları üçün 2 yaşayış binasının inşa edilərək istifadəyə verildiyini, daha bir binanın tikintisinin davam etdirildiyini vurğulayıb.

Fondun icraçı direktoru KİV-ə dövlət qayğısının sistemli və ardıcıl şəkildə həyata keçirilməsi məqsədilə ölkə başçısının 2008-ci ildə imzaladığı müvafiq sərəncamla Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyasının təsdiq edildiyini xatırladıb. Vüqar Səfərli, həmçinin Konsepsiyadan irəli gələn vəzifələrin gerçəkləşdirilməsi üçün 2009-cu il aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradıldığını qeyd edib. İcraçı direktor ötən illərdə Fondun KİV-in maddi-texniki bazasının təkmilləşdirilməsi, ölkə jurnalitslərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, sosial vəziyyətlərinin yaxşılaşdırılması və digər proritet istiqamətlərdə gerçəkləşdirdiyi layihələr barədə də ətraflı məlumat verib.

Vüqar Səfərli bildirib ki, Fondun əsas fəaliyyət istiqamətlərindən biri də mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə əməkdaşlığın inkişaf etdirilməsidir. Fondun indiyədək Suraxanı RİH-lə 3 dəfə fərdi jurnalist müsabiqəsi keçirdiyini xatırladan Vüqar Səfərli icra hakimiyyətinin rəhbərliyinin mediaya açıq olmasını yüksək dəyərləndirib. V.Səfərli, həmçinin birgə müsabiqənin təşkilinə verdiyi dəstəyə görə Suraxanı RİH rəhbərliyinə təşəkkürünü bildirib.

İcraçı direktor Fondun Suraxanı RİH-lə birgə keçirdiyi "Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: görülmüş işlər, real vəziyyət və perspektivlər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin martın 14-dən aprelin 30-dək davam etdiyini, müsabiqəyə 22 KİV-dən 35 yazının təqdim edildiyini bildirib: "Müsabiqənin ilkin şərtlərinə əsasən 6 nəfər jurnalistin əsas, 10 nəfər jurnalistin həvəsləndirici mükafata layiq görülməsi nəzərdə tutulmuşdu. Lakin sonradan yazıların çoxluğu nəzərə alınaraq, Suraxanı RİH rəhbərliyi ilə həvəsləndirici mükafatların sayının 15-ə qaldırılması barədə razılıq əldə olundu".

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Ağacan Abıyev, "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov, "Palitra" qəzetinin baş redaktoru Namiq Əliyev, "Təzadlar qəzetinin baş redaktoru Asif Məmmədov, "Teleqraf" Media Qrupunun rəhbəri Aynur Camal media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik edib, eləcə də keçirilən birgə müsabiqənin əhəmiyyətindən söz açıblar.

Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib.

İclasa yekun vuran Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov jurnalistlərlə səmərəli əməkdaşlığa və birgə müsabiqələrin təşkilinə görə Fondun rəhbərliyinə təşəkkürünü bildirib, belə layihələrin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.


"Suraxanı rayonunun sosial-iqtisadi inkişafı:
 görülmüş işlər, real vəziyyət və perspektivlər"

Yerlər

Müəllifin adı

Müəllifin işlədiyi KİV

Orta bal

1.

I yer

Tağıyev Tural Rasim oğlu

"Palitra" qəzetinin müxbiri

20

2.

II yer

Əliyeva Qaliya Sosialovna

"Kaspiy" qəzetinin şöbə müdiri

19,6

3.

II yer

Tağıbəyli Vüsal Vaqif oğlu

"Həftə içi" qəzetinin müxbiri

19,3

4.

III yer

Namazov Elçin Sabir oğlu

"İki Sahil" qəzetinin bölmə müdiri

19

5.

III yer

Bayramova Yeganə Sahib qızı

"Şərq" qəzetinin müxbiri

18,6

6.

III yer

İsmayılbəyli Süleyman Nəbi oğlu

"Olaylar" qəzetinin müxbiri

18,3

7.

Həvəsləndirici

Rəhimov Təbriz Kamal oğlu

"Həftə içi" qəzetinin redaktoru

18

8.

Həvəsləndirici

Rəsulova İlhamə Loğman qızı

"Bizim Yol " qəzetinin müxbiri

18

9.

Həvəsləndirici

Məmmədov Əsəd Fehruz oğlu

"AZƏRTAC" İnformasiya Agentliyinin redaksiya müdiri

17,6

10.

Həvəsləndirici

Musayeva Zeynəb Əli qızı

"Kaspi" qəzetinin müxbiri

17,3

11.

Həvəsləndirici

Şükürlü Müşfiq Asif oğlu

"525-ci qəzet"in müxbiri

17,3

12.

Həvəsləndirici

Sultan Rüfət Nadir oğlu

"Mövqe" qəzetinin müxbiri

17,3

13.

Həvəsləndirici

Sarıyeva İradə Murad qızı

"Bakı-Xəbər" qəzetinin müxbiri

17,3

14.

Həvəsləndirici

Qiyasova İradə Qurban qızı

"The Business Times" qəzetinin müxbiri

17

15.

Həvəsləndirici

Bayramov Vaqif Binyat oğlu

"Xalq qəzeti"nin müxbiri

17

16.

Həvəsləndirici

Məmmədov Asif Millət oğlu

"Təzadlar" qəzetinin baş redaktoru

16,6

17.

Həvəsləndirici

Bayramov Nardar Məmməd oğlu

"Yeni Azərbaycan" qəzetinin müxbiri

16,6

18.

Həvəsləndirici

Mustafayeva Xəyalə Süleyman qızı

"Fakt-Araşdırma Təhlil" İnformasiya Agentliyinin baş redaktoru

16,6

19.

Həvəsləndirici

Quluyeva Zülfiyyə Telman qızı

"Mövqe.az" saytının müxbiri

16,6

20.

Həvəsləndirici

Bayramova Zümrüd Aləddin qızı

"Səs" qəzetinin şöbə müdiri

16,6

21.

Həvəsləndirici

Güləliyev Samir İntiqam oğlu

"Trend" İnformasiya Agentliyinin müxbiri

16,6

22.

Əliyev Azad Akif oğlu

"Həftə içi" qəzetinin redaktoru

16,3

23.

Bayramov Mübariz Ramiz oğlu

"Mövqe" qəzetinin müxbiri

16,3

24.

Hüseynova Pərvanə Rafiq qızı

"The Business Times" qəzetinin müxbiri

16,3

25.

Əhmədov Xanoğlan Əlüseyn oğlu

"İlkxeber.org" saytının baş redaktoru

16

26.

Abdullayev Ayyət Əhməd oğlu

"Şərq" qəzetinin redaktoru

16

27.

Cəlilova Günel İsa qızı

"Bakı-Xəbər" qəzetinin müxbiri

15,6

28.

Səfərova Samirə Məmmədhənifə qızı

"Bakı-Xəbər" qəzetinin baş redaktor müavini

15,6

29.

Qocayev İsmayıl Arif oğlu

"Şərq" qəzetinin müxbiri

15,6

30.

Hüseyinova Cəmilə Aslan qızı

"Həftə içi" qəzetinin müxbiri

15,6

31.

İbrahimov Əli Zülfüqar oğlu

"Xalq Cəbhəsi" qəzetinin müxbiri

15,6

32.

Cəfərov Zahid İlham oğlu

"Yeni Azərbaycan" qəzetinin məsul redaktoru

15,6

33.

Baxşalıyev Sabir Məhiş oğlu

"Həftə içi" qəzetinin müxbiri

15

34.

Şahverdiyev Cavid Nadir oğlu

"Xalq Cəbhəsi" qəzetinin müxbiri

14,6

35.

Quliyev Namiq Abbasqulu oğlu

"Bakı-Xəbər" qəzetinin müxbiri

14,3