Fondun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirdiyi müsabiqənin nəticələri açıqlandı - WWW.KIVDF.GOV.AZ
XƏBƏRLƏR14.07.2017

Fondun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirdiyi müsabiqənin nəticələri açıqlandı



image

İyulun 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirdiyi "Özünüməşğulluq - öz məşğulluğunu qur və ailə biznesinə yiyələn" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.




Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Fondun icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, habelə ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak ediblər.



Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbir iştirakçılarını salamlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" 7 aprel 2016-cı il tarixli sərəncamı əsasında həyata keçirilən özünüməşğulluq proqramının sosial-iqtisadi əhəmiyyətindən söz açıb. Nazir bildirib ki, Fondla birgə keçirilən müsabiqənin məqsədi proqramın icrası nəticəsində işsiz və işaxtaran şəxslərin ailə əməyinə əsaslanan fərdi təsərrüfatlarını quraraq özünüməşğulluq imkanlarına yiyələnmələri istiqamətində aparılan işlərin ictimaiyyətə dolğun və obyektiv şəkildə çatdırılmasıdır: "Ölkədə iqtisadi şaxələndirmənin sürətləndirilməsi, yeni sənaye zonalarının yaradılması, ənənəvi kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi nəticəsində yeni iş yerlərinin yaradılmasının daimi prosesə çevrilməsi əmək bazarında sabitliyə, işsizliyin aşağı səviyyədə saxlanmasına şərait yaradıb. Eyni zamanda dövlət başçısının sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsü çərçivəsində həyata keçirilən aktiv məşğulluq tədbirləri əhalinin məşğulluq imkanlarının artırılmasında mühüm rol oynayır".

S.Müslümov əmək resurslarının səmərəli məşğulluğunun təminatında dövlət başçısının "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" 7 aprel 2016-cı il tarixli Sərəncamının yeni imkanlar açdığını diqqətə çatdırıb. Nazir bildirib ki, sərəncama əsasən icra olunan özünüməşğulluq proqramı yerli və beynəlxalq praktikada həm sosial, həm iqtisadi baxımdan özünü uğurla doğruldan özünüməşğulluq amili əsasında dövlət məşğulluq siyasətinin daha da güclənməsinə səbəb olub. Səlim Müslümov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu proqramı yenilik və yeni təşəbbüs kimi qiymətləndirib.

S.Müslümov hazırda işsiz və işaxtaran vətəndaşlar tərəfindən özünüməşğulluq proqramına böyük maraq olduğunu və işsizlikdən sığorta sisteminin tətbiqinin bu proqramı gələcəkdə daha geniş müstəvidə tətbiq etməyə imkan verəcəyini bildirib. Nazir qeyd edib ki, sərəncamın icrasına hazırlıq işləri Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq çərçivəsində mərhələli şəkildə həyata keçirilib: "Proqramda iştirak üçün müvafiq təlim kurslarını bitirmiş və biznes-planları uğurlu hesab edilən 1400 nəfər müəyyən olunub. Onlardan 322 nəfəri qadınlar, 303 nəfəri gənclərdir. Bu proqramdan əvvəl özünüməşğulluq üzrə icra olunmuş və uğurla nəticələnmiş iki pilot layihədən biri məhz əlilliyi olan şəxsləri əhatə etmişdi. Müsbət haldır ki, hazırkı özünüməşğulluq proqramında iştirak hüququ qazananlar sırasında da 51 nəfər əlilliyi olan şəxs var. Beləliklə, cari ilin fevralından uğurlu biznes-planlara malik işsiz və işaxtaran şəxslərin aktivlərlə təminatına başlanılıb. Artıq 810 nəfərə aktivlər verilib. Onlar bu aktivlər hesabına ailə əməyinə əsaslanan fərdi təsərrüfatlarını qurublar. Aktivlərin verilməsi prosesinin gələn ay yekunlaşdırılması planlaşdırılır".

S.Müslümov bildirib ki, özünüməşğulluğun təminatı ilə bərabər, ailə biznesinin genişlənməsinə, kiçik və orta sahibkarlığın inkişafına, qeyri-neft sahələrində istehsalın artımına və s. kimi mühüm hədəflərə doğru aparılan siyasətə əlavə dəstək olan bu proqram barədə ictimai məlumatlandırma da diqqətdə saxlanılır. Nazir milli mətbuatımızın yaranmasının 142-ci ildönümü ərəfəsində keçirilən birgə müsabiqənin mətbuatımızın inkişafına dəstək xarakteri daşıdığını qeyd edərək qarşıdan gələn Milli Mətbuat Günü münasibətilə jurnalistlərə təbrikini və xoş arzularını çatdırıb. Nazir Fondla birgə keçirilən müsabiqəni özünüməşğulluq proqramının icrası sahəsində aparılan işlərin təbliği baxımından yüksək dəyərləndirərək nəticələr barədə məlumat vermək üçün sözü icraçı direktor Vüqar Səfərliyə verib.

Vüqar Səfərli tədbir iştirakçılarını salamlayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə ikinci dəfədir ki, müsabiqənin keçirildiyini diqqətə çatdırıb. İcraçı direktor belə təşəbbüslərin media ilə qarşılıqlı faydalı əlaqələrin daha da genişləndirilməsi baxımından əhəmiyyətini xüsusi qeyd edib. V.Səfərli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaşlara xidmətlərin müasir və şəffaf iş üsulları üzərində qurulması üçün aparılan islahatların, aktiv məşğulluq proqramları çərçivəsində görülən işlərin KİV tərəfindən maraqla qarşılandığını və geniş işıqlandırıldığını vurğulayıb.

İcraçı direktor "Özünüməşğulluq - öz məşğulluğunu qur və ailə biznesinə yiyələn” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinə 35 kütləvi informasiya vasitəsindən ümumilikdə 47 yazının təqdim edildiyini, yazıların elan edilmiş şərtlərə uyğun obyektiv qiymətləndirildiyini bildirib. V.Səfərli müsabiqədə paytaxt Bakı şəhəri ilə yanaşı, bölgələrdə fəaliyyət göstərən KİV-lərin də nümayəndələrinin fəal iştirak etdiyini, onlardan 4 nəfərinin qalib olduğunu diqqətə çatdırıb: "Yazılar Fondun 3 nəfər eksperti, o cümlədən nazirliyi təmsil edən ekspert tərəfindən qiymətləndirilib. Müsabiqənin elanında göstərilmiş şərtlərə əsasən, 6 nəfər jurnalistə əsas, 10 nəfərə isə həvəsləndirici mükafatların verilməsi qərara alınmışdı. Lakin müsabiqəyə təqdim olunan yazıların çoxluğu, habelə jurnalistlərin zəhməti nəzərə alınaraq, nazir Səlim Müslümovla əldə olunmuş razılığa əsasən, həvəsləndirici mükafatların sayı 15-ə qaldırıldı. Bugünki tədbirdə ümumilikdə 21 nəfər media nümayəndəsi mükafatlandırılacaq".

Çıxışını davam etdirən Vüqar Səfərli jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə fərdi yaşayış binalarının tikilərək istifadəyə verilməsini Azərbaycan dövlətinin mediaya yüksək qayğısı və dünyada analoqu olmayan addım kimi dəyərləndirib. İcraçı direktor iyulun 21-də daha 255 nəfər jurnalistin ədalətli və şəffaf seçim əsasında mənzillə təmin olunacaqlarını və növbəti binanın təməlinin qoyulacağını bildirib.

V.Səfərli mənzillə bağlı sənəd təqdim etmiş jurnalistlərin əmək müqavilələrinin və iş stajlarının həqiqiliyinin yoxlanılması prosesində fəal dəstəyə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirib. O, müvafiq sorğuların cavablandırılması zamanı bəzi KİV-lərin əmək qanunvericiliyinə riayət etmədiklərinin aşkarlandığını bildirib. V.Səfərli jurnalistləri əmək münasibətlərinin rəsmiləşdirilməsi məsələsinə öz gələcək təminatları baxımından daha ciddi yanaşmağa çağırıb.

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrində KİV-lə mütəmadi əməkdaşlığının təqdirəlayiq olduğunu qeyd edib. Ə.Amaşov hazırda nəticələri elan olunan bu müsabiqənin mövzusunun cəmiyyət üçün maraq kəsb edən bir mövzuya - həm sosial, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyan özünüməşğulluq proqramına həsr olunduğunu bildirib. O, müsabiqənin jurnalistlərin bu mövzuda bilik və peşəkarlıq səviyyələrinin artırılmasında önəmli rol oynadığını vurğulayıb. Şura sədri bildirib ki, bu il jurnalistlərin bayramı daha yüksək əhval-ruhiyədə keçəcək: "Jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə inşa olunan mənzillərsahiblərinə veriləcək. Mən indidən onların hər birini təbrik edirəm".

Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib (Qaliblərin siyahısı aşağıdakı cədvəldə təqdim olunur).

Tədbiri yekunlaşdıran əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirliyin media ilə əlaqələrinin inkişafına verdiyi töhfəyə görə Fondun rəhbərliyinə, eləcə də müsabiqədə iştirak edən jurnalistlərə təşəkkürünü bildirib, belə müştərək layihələrin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.


"Özünüməşğulluq - öz məşğulluğunu qur
və ailə biznesinə yiyələn”

Yerlər

Müəllifin adı

Müəllifin işlədiyi KİV

Orta bal

1.

I yer

Quluyeva Zülfiyyə Telman qızı

"Mövqe.az" saytının müxbiri

22

2.

II yer

Məhərrəmova Təranə Sərdar qızı

"Kaspi" qəzetinin müxbiri

20,6

3.

II yer

Məmmədli Səxavət Musa oğlu

"Həftə içi" qəzetinin müxbiri

20

4.

III yer

Salahov Elxan İsa oğlu

"İki sahil" qəzetinin müxbiri

19,6

5.

III yer

Allahyarov Mahir Cəlal oğlu

"Dönüş" qəzetinin baş redaktoru

(Saatlı rayonu)

19,3

6.

III yer

Tağıyev Tural Rasim oğlu

"Palitra" qəzetinin müxbiri

19,3

7.

Həvəsləndirici

Məmmədov Elbrus Şamil oğlu

"Bərdə" qəzetinin redaktoru

18,6

8.

Həvəsləndirici

Məlikov Rüstəm Sadıq oğlu

"Qələbə" qəzetinin baş redaktoru (Salyan)

18,6

9.

Həvəsləndirici

Rəsulova İlhamə Loğman qızı

"Bizim Yol" qəzetinin müxbiri

18,3

10.

Həvəsləndirici

Bağırova Svetlana Bilal qızı

"Yeni Tərtər" qəzetinin baş redaktor müavini

18,3

11.

Həvəsləndirici

Cürənov Ramiz Mikayıl oğlu

"Azəri-Press" İnformasiya Agentliyinin müxbiri

18,3

12.

Həvəsləndirici

Qasımova Gülşən Rayub qızı

"Modern.az" İnformasiya Agentliyinin müxbiri

18

13.

Həvəsləndirici

Səfərova Samirə Məmmədhənifə qızı

"Bakı-Xəbər" qəzetinin baş redaktor müavini

18

14.

Həvəsləndirici

Abbaslı Tahir Tapdıq oğlu

"Paralel" qəzetinin müxbiri

17,6

15.

Həvəsləndirici

Hüseynova Səidə Bahadur qızı

"Media və Təhsil İnnovasiyaları" jurnalının redaktoru

17,6

16.

Həvəsləndirici

Şükürlü Müşfiq Asif oğlu

"525-ci qəzet"in müxbiri

17,6

17.

Həvəsləndirici

Həsənov Nəriman Rüstəm oğlu

"AZƏRTAC" İnformasiya Agentliyinin müxbiri

17,6

18.

Həvəsləndirici

Ədilzadə Ədil Tahir oğlu

"Ədalət" qəzetinin şöbə müdiri

17,3

19.

Həvəsləndirici

Bayramova Yeganə Sahib qızı

"Şərq" qəzetinin müxbiri

17,3

20.

Həvəsləndirici

İsmayılov Pərviz Saday oğlu

"Yeni Azərbaycan" qəzetinin müxbiri

17,3

21.

Həvəsləndirici

Əliyeva Qaliya Sosialovna

"Kaspiy" qəzetinin şəbə müdiri

17,3

22.

Sultan Rüfət Nadir oğlu

"Mövqe" qəzetinin müxbiri

17

23.

Şahbazov Surxay Qəhrəman oğlu

"Region press" qəzetinin baş redaktoru

16,6

24.

Əliyev Seymur Telman oğlu

"Modern.az" İnformasiya Agentliyinin redaktoru

16,3

25.

Bayramov Mübariz Ramiz oğlu

"Mövqe" qəzetinin müxbiri

16,3

26.

Yusifova Dilşad Xaqani qızı

"Təhsil Problemləri" qəzetinin müxbiri

16,3

27.

Əliyev Azad Akif oğlu

"Həftə içi" qəzetinin redaktoru

16,3

28.

Sarıyeva İradə Murad qızı

"Bakı-Xəbər" qəzetinin müxbiri

16

29.

Hüseynov Habil Malik oğlu

"Xalq Cəbhəsi" qəzetinin müxbiri

16

30.

Eyvazov Şöhrət Qulam oğlu

"Hərbi and" qəzetinin baş redaktor müavini

15,6

31.

Hüseynli Alim Ziyadxan oğlu

"Olaylar" qəzetinin müxbiri

15,3

32.

İsrafilov Orxan Vahid oğlu

"İki sahil" qəzetinin bölmə müdiri

15,3

33.

Ağayarov Anar Ağayar oğlu

"Azərfaks" İnformasiya Agentliyinin bölgə müxbiri

(Şirvan şəhəri)

15,3

34.

Nəsirli Akif Sovet oğlu

"Paralel" qəzetinin baş redaktor müavini

15

35.

Rəhimov Təbriz Kamal oğlu

"Həftə içi" qəzetinin redaktoru

15

36.

Umudlu Gülcahan Mirqədir qızı

"Mədəniyyət" qəzetinin müxbiri

15

37.

Bayramova Zümrüd Aləddin qızı

"Səs" qəzetinin şöbə müdiri

15

38.

Namazov Elçin Sabir oğlu

"İki sahil" qəzetinin bölmə müdiri

14,6

39.

Camalbəyli İdrak İslam oğlu

"Missiya.az" saytının baş redaktoru

14,6

40.

İbrahimov Ramid Ələsgər oğlu

"Bizim Yol" qəzetinin müxbiri

14,3

41.

Canbaxışlı Nahid Baxşəli oğlu

"Vətəninfo.az" İnformasiya Agentliyinin baş redaktoru

14

42.

Cəfərov Müşfiq Mirzə oğlu

"Respublika" qəzetinin müxbiri

13,6

43.

Məmmədov Nüsrət Həsən oğlu

"İki sahil" qəzetinin müxbiri

13,3

44.

Əliyev Məhərrəm Ağalar oğlu

"İki sahil" qəzetinin müxbiri

13,3

45.

Cəlilova Günel İsa qızı

"Bakı-Xəbər" qəzetinin müxbiri

12,6

46.

İlyasov Zülfü İbrahim oğlu

"İqtisadiyyat" qəzetinin bölgə müxbiri

11,6

47.

Qocayev İsmayıl Arif oğlu

"Şərq" qəzetinin müxbiri

9,6