Fond növbəti fərdi jurnalist yazıları müsabiqəsini elan edib - WWW.KIVDF.GOV.AZ
XƏBƏRLƏR30.05.2017

Fond növbəti fərdi jurnalist yazıları müsabiqəsini elan edib



image

Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının iclası keçirilib. Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası giriş sözü ilə açaraq gündəlikdəki məsələlər barədə məlumat verib:

1. Fondun 22 iyul - Azərbaycan Milli Mətbuatının yaranmasının 142-ci ildönümü münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin elanının müzakirəsi və təsdiqi;

2. Cari məsələlər.

Müşahidə Şurasının sədri gündəlikdə olan birinci məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. İcraçı direktor Azərbaycan Milli Mətbuatının yaranmasının 142-ci ildönümü münasibətilə təşkil olunacaq növbəti ənənəvi müsabiqənin KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 19 istiqaməti əhatə edəcəyini bildirib. Vüqar Səfərli müsabiqənin şərtlərinin olduğu kimi saxlanılmasını, hər istiqamət üzrə I yer üçün 500 manat olmaqla 1, II yer üçün 400 manat olmaqla 2, III yer üçün 300 manat olmaqla 3 mükafatın verilməsini təklif edib. İcraçı direktor bildirib ki, ümumilikdə 19 istiqamət üzrə 114 nəfər jurnalistin mükafatlandırılması nəzərdə tutulur.

Sonra birinci məsələ ətrafında müzakirələr aparılıb. Müşahidə Şurasının sədr müavini Vüqar Rəhimzadə, üzvlərdən - Bəxtiyar Sadıqov, Faiq Qurbanov və Müşfiq Ələsgərli təklifi müsbət dəyərləndirərək belə müsabiqələrin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və sosial müdafiəsinin yaxşılaşdırılması baxımından əhəmiyyətini diqqətə çəkiblər. Müzakirələrin sonunda müsabiqənin 2017-ci il may ayının 31-dən iyul ayının 11-dək 19 istiqamət üzrə keçirilməsi barədə qərar qəbul olunub.

Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor Vüqar Səfərli Fondun yaxın dövr üçün fəaliyyət istiqamətləri barədə məlumat verib.



Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul - Azərbaycan Milli Mətbuatının yaranmasının 142-ci ildönümü ilə əlaqədar keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin

E L A N I

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" ilə müəyyən edilmiş dövlət dəstəyinin prioritet sahələrinə uyğun olaraq aşağıdakı istiqamətlər üzrə jurnalist yazılarının müsabiqəsini elan edir:

İstiqamətin adı

1.

Vətəndaş cəmiyyəti,hüquqi dövlət quruculuğu

2.

Fikir,söz vəməlumat azadlığının,plüralizmin inkişaf etdirilməsi

3.

İnsan hüquq vəazadlıqlarının müdafiəsi,vətəndaşların hüquqi,siyasi

mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması

4.

İctimai vədövlət maraqlarının müdafiəsi

5.

Ermənistan-Azərbaycan,DağlıqQarabağmünaqişəsihaqqındahəqiqətlərindünyaictimaiyyətinə çatdırılması,Azərbaycanınədalətlimövqeyininmüdafiəedilməsi

6.

Azərbaycan Respublikasının dünya birliyinəinteqrasiyası,regionölkələri və

digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

7.

Qaçqın vəməcburi köçkünlərin, əhalininsosialcəhətdənqayğıyaehtiyacı

olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

8.

Azərbaycanındövlətçilik tarixinin,milliadətnənələrinin,elmvəmədəniyyətinintəbliği

9.

Azərbaycançılıq ideyasının təbliği

10.

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

11.

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

12.

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

13.

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

14.

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

15.

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

16.

Ekologiya və ətraf mühitin mühafizəsi

17.

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

18.

Elm və təhsilin inkişaf etdirilməsi

19.

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

Müsabiqədə iştirak

Müsabiqə elan olunan günədək ən azı 1 (bir) ilmüddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan yazılara aid tələblər

1. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.

2. Yazı Fond tərəfindən elan edilmiş istiqamətlərə uyğun olmalıdır.

3. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi"qara siyahı”ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.

4. Qəzetdə dərc olunmuş yazıda"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”qeydi göstərilməlidir.

5. Aşağıdakı redaksiyaların yazıları müsabiqəyə qəbul edilmir:

5.1.Azərbaycan jurnalistlərinin l qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılan;

a) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşən;

b) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi"qara siyahı"dan çıxarılan (1 il müddətində);

c) Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış KİV(6 ay müddətində).

QEYD: İnformasiya agentliklərində çalışan jurnalistlər istisna olmaqla, digər jurnalistlər öz yazılarını yalnız işlədikləri mətbuat orqanlarında dərc etdirməlidirlər.

Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazılar müsabiqəyə buraxılmır.


Yazıların qəbul qaydaları

1. Yazının dərc olunduğu mətbuat orqanı(qəzet, jurnal) - 1 nüsxə

2. Yazının Elektron variantı(Arial (12) şriftində -CD diskdə) - 1 nüsxə

3. Yazının A4 formatda çap olunmuş variantı(müəllifin imzası göstərilməməlidir) - 3 nüsxə

4. Yazıların həcmi: 1 səhifə (A3) olmalıdır (9-11 min işarə).

Tələb olunan sənədlər

1.Əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq edilmiş surəti (möhür və baş redaktorun imzası ilə),

2.İştirakçı haqqında məlumat cədvəli (möhür, müəllif və baş redaktorun imzası ilə),

3. Şəxsiyyət vəsiqəsi və surəti,

4.Şəxsi VÖEN və surəti,

5. Şəxsi bank rekvizitləri (şəxsi VÖEN əsasında açılmış bank hesabı və hesabın aktiv olması barədə bank tərəfindən təsdiq edilmiş sənəd).

Fonda təqdim edilmiş yazılar və sənədlər geri qaytarılmır.

Yazıların qəbulu 31 may 2017-ci il tarixdə başlayır, 11 iyul 2017-ci il tarixdə başa çatır (11 iyul 2017-ci il yazıları təqdim etmək üçün sonuncu tarixdir).

Yazılar rəsmi iş günləri saat10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunaşəxsəntəqdim olunmalıdır.

Qiymətləndirmə meyarları:

- mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;

- materialın oxucu üçün informasiyalılıq səviyyəsi;

- yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;

- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;

- ictimai maraqların müdafiəsi.

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması

Hər istiqamət üzrə 6 qalib müəyyən edilir

I yer üçün bir nəfər (500 AZN)

II yer üçün iki nəfər (400 AZN)

III yer üçün üç nəfər (300 AZN)

Yazılar 10 ballıq sistem üzrə qiymətləndirilir, maksimum 50 bal müəyyən olunur.

İştirakçı haqqında məlumat cədvəli (müəllif tərəfindən doldurulur):

Yazının istiqaməti

Yazının adı

Müəllifin adı, soyadı, atasının adı

Mətbuatda təxəllüsü (əgərvarsa)

İşlədiyi KİV

Vəzifəsi

Yazının dərc olunduğu mətbuat orqanı

-Ünvanı və poçt indeksi

-iş telefonu

-ev telefonu

-mobil telefonu

-elektron poçt ünvanı

Şəxsin imzası ________________Baş redaktorun imzası________________

M.Y.

Sənədlərin təqdim olunma tarixi: "____"__________ 2017-ci il

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə.

Əlaqə telefonları: (012) 537 19 45; (012) 537 19 41;

Elektron ünvan: info@kivdf.gov.az

Sayt: www.kivdf.gov.az




Bu yazı 2 dəfə oxunmuşdur.