Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu açıq tender elan edir (təkrar) - WWW.KIVDF.GOV.AZ
XƏBƏRLƏR23.05.2017

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu açıq tender elan edir (təkrar)



image

Tender iki LOT üzrə keçirilir:

lot 1. - 22 iyul Milli Mətbuat Günü münasibətilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması və bayram tədbirinin təşkili xidmətlərinin satınalması.

lot 2. -Xaçmazşəhərində"İslam həmrəyliyinin təbliği və təşviqində medianın rolu"mövzusunda regional konfransın təşkilixidmətlərinin satınalması.

Maraqlananlar tenderin əsas şərtlər toplusunuAzərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun ofisindən ala bilərlər:

Bakı şəhəri, Yasamal rayonu, Mətbuat Prospekti 529-cu məhəllə, Beynəlxalq Mətbuat Evi.

Tenderdə iştirak haqqı:

Lot 1. - 85 manat

Lot 2. - 20 manat

İştrak haqqı aşağıdakı hesaba köçürülməlidir:

Bakı şəhəri, Yasamal rayonu, Mətbuat Prospekti 529-cu məhəllə,Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu.

Hesab: AZ08CTRE00000000000005547601

VÖEN 1001667391

Bank: Dövlət Xəzinədarlıq Agentliyi

Kodu: 210005

VÖEN: 1401555071

M/H: AZ41NABZ01360100000000003944

S.W.İ.F.T: CTREAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Malgöndərənlər (podratçılar) iddiaçı statusu qazanmaq üçün aşağıdakı sənədləri rəsmi blankda və möhürlə təsdiq olunmuş qaydada təqdim etməlidirlər:

1.tenderdə iştirak üçün yazılı müraciət;

2.tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

3.iddiaçının tam rəsmi adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

4.tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);

5.tender təklifi qiymətinin 1 faizi həcmində bank zəmanəti (təklifin təminatı) (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);

6.vergilərə və digər icbarı ödənişlərə dair yerinə yetiriləsi və vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq orqandan arayış;

7.iddiaçıların son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

8.iddiaçıların son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

9.iddiaçıların son bir ildə analoji işlər üzrə təcrübəsi və potensial imkanı haqqında məlumat.

10.Digər sənədlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

- Müqaviləni yerinə yetirmək üçün tender içtirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Malgöndərən (podratçılar) tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 12 iyun 2017-ci il tarixədək Tender Komissiyasına təqdim etməlidir.

İddiaçılar tender təklifini və təklifin bank zəmanətini Azərbaycan dilində, 2 nüsxədə, imzanlanmış, möhürlənmiş, ikiqat bağlanmış zərfdə 22 iyun 2017-ci il saat 1700-dək Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun ofisinə (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 529-cu məhəllə, Beynəlxalq Mətbuat Evi) təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri 23 iyun 2017-ci il saat 1100-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda açılacaqdır.

Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. Tender proseduru "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun keçiriləcəkdir.

Tenderlə əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar əlaqələndirici şəxs Elşad Həmdulla oğlu Tağıyevə (Bakı şəhəri, Yasamal rayonu, Mətbuat Prospekti 529-cu məhəllə,Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, telefonlar: 012 538 40 48, 012 537 19 41) müraciət edə bilərlər.

Tender Komissiyası




Bu yazı 2 dəfə oxunmuşdur.