Fondun Mədəniyyət və Turizm Nazirliyi ilə birgə keçirdiyi müsabiqənin nəticələri açıqlandı - WWW.KIVDF.GOV.AZ
XƏBƏRLƏR19.12.2016

Fondun Mədəniyyət və Turizm Nazirliyi ilə birgə keçirdiyi müsabiqənin nəticələri açıqlandı



image

Dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Mədəniyyət və Turizm Nazirliyinin birgə keçirdikləri "BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu: Azərbaycan Multikulturalizmi dünyada mütərəqqi model kimi qəbul olunur" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında keçirilən tədbirdə mədəniyyət və turizm nazirinin I müavini Vaqif Əliyev, Fondun icraçı direktoru Vüqar Səfərli, nazirliyin məsul vəzifəli əməkdaşları, ölkənin 10-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm nazirinin I müavini Vaqif Əliyev qonaqları salamlayaraq respublikamızın müxtəlif azsaylı xalqların yaşadığı tolerant və multikultural məkan kimi tanındığını, bu sahədə əldə etdiyimiz uğurların beynəlxalq səviyyədə yüksək dəyərləndirildiyini diqqətə çatdırıb. Azərbaycanın milli-dini tolerantlıq sahəsində böyük təcrübəyə malik olduğunu bildirən Vaqif Əliyev ölkə rəhbərliyinin "Multikulturalizm ili" çərçivəsində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Mədəniyyət və turizm nazirinin I müavini son illər ölkəmizdə qlobal miqyaslı tədbirlərin keçirilməsini Azərbaycanın multikulturalizm sahəsində əldə etdiyi nailiyyətlərlə əlaqələndirib.

Vaqif Əliyev həmçinin qeyd edib ki, BMT Baş Assambleyasının qərarı ilə təşkilatın Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun əyani göstəricisidir. Vaqif Əliyev Forum ərəfəsində və sonra Fondla birgə iki fərdi jurnalist yazıları müsabiqəsinin keçirilməsinin tədbirin əhəmiyyətinin yerli və beynəlxalq ictimaiyyətə çatdırılması baxımından əhəmiyyətini xüsusu vurğulayıb. Mədəniyyət və turizm nazirinin I müavini sonuncu müsabiqənin nəticələri barədə danışmaq üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib.

Tədbir iştirakçılarını salamlayan Vüqar Səfərli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 yanvar 2016-cı il tarixli sərəncamı ilə 2016-cı il Azərbaycanda "Multikulturalizm ili" elan edilməsini mühüm tarixi hadisə kimi dəyərləndirib. İcraçı direktor bildirib ki, "Multikulturalizm ili" çərçivəsində həyata keçirilən müxtəlif tədbirlər respublikamızın beynəlxalq nüfuzunun artmasına və bu sahədə tarixən qazanılmış uğurlu təcrübənin dünya miqyasında təbliğinə geniş imkanlar açıb.

İcraçı direktor "Mültikulturalizm ili" çərçivəsində Fondun təşkilatçılığı ilə 2016-cı ilin avqust ayında Xaçmaz, dekabr ayında isə İsmayıllı rayonlarında etnik-dini icmaların və KİV nümayəndələrinin iştirakı ilə "Azərbaycanda multikultural dəyərlər: mədəni müxtəliflik və sivil birgəyaşayış məkanı" mövzusunda regional konfransların keçirildiyini bildirib.

Fondun icraçı direktoru Mədəniyyət və Turizm Nazirliyi ilə bağlı birinci fərdi jurnalist yazıları müsabiqəsinin BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ərəfəsində keçirildiyini xatırladıb. İcraçı direktor ilk müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimində Forumun yekunlarına həsr olunmuş daha bir fərdi jurnalist yazıları müsabiqəsinin keçiriləcəyi barədə qərarın elan edildiyini diqqətə çatdırıb.

Vüqar Səfərli həmçinin bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi və Fondun birgə təşkil etdikləri hər iki fərdi jurnalist yazıları müsabiqələrinin əsas məqsədi respublikamızın multikulturalizm sahəsində çoxəsrlik uğurlu təcrübəsinin araşdırılması, habelə Forumun ölkəmiz üçün əhəmiyyətinin yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasında peşəkar jurnalist əməyinin stimullaşdırılması olub.

Vüqar Səfərli 2016-cı il iyunun 1-dən oktyabrın 31-dək davam edən son müsabiqəyə 28 kütləvi informasiya vasitəsindən 42 yazının təqdim edildiyini diqqətə çatdırıb. İcraçı direktor Fondun və nazirliyin ekspertlərinin yekun qərarına əsasən, 6 nəfər jurnalistin əsas, 10 nəfər jurnalistin həvəsləndirici mükafata layiq görüldüyünü, ümumilikdə 16 nəfərin mükafatlandırılacağını bildirib.

Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib (Qaliblərin siyahısı ayrıca siyahıda təqdim olunur).

Çıxışını davam etdirən Vüqar Səfərli il ərzində iki fərdi jurnalist yazıları müsabiqəsinin təşkilinə verdiyi dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirib. İcraçı direktor media və mərkəzi icra hakimiyyəti orqanları arasında əməkdaşlığın genişləndirilməsində fəal roluna görə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Fondun xüsusi diplomuna layiq görüldüyünü dittəqə çatdıraraq diplomu nazirin birinci müavini Vaqif Əliyevə təqdim edib.

Tədbiri yekunlaşdıran mədəniyyət və turizm nazirinin I müavini Vaqif Əliyev birgə müsabiqənin təşkilinə və KİV-lərlə əməkdaşlığın genişləndirilməsindəki xidmətlərinə görə Fondun rəhbərliyinə təşəkkürünü bildirərək belə müştərək layihələrin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb. 


Müəllifin adı

Müəllifin işlədiyi KİV

və vəzifəsi

Orta bal

1

I yer

Alışov Ceyhun Balabəy oğlu

"AZƏRTAC" İnformasiya Agentliyinin müxbiri

20,6

2

II yer

Bağırov Rəşad Bağır oğlu

"İki Sahil" qəzetinin baş redaktor müavini

20

3

II yer

Quluyeva Zülfiyyə Telman qızı

"Mövqe.az" saytının müxbiri

20

4

III yer

Rzayeva Məlahət Əli qızı

"Şərq" qəzetinin müxbiri

19,3

5

III yer

Əliyeva Məhbarə Vəli qızı

"Respublika" qəzetinin müxbiri

19,3

6

III yer

İsmayılov Nadir Nəbi oğlu

"Yeni Azərbaycan" qəzetinin şöbə redaktoru

19

7

Həvəsləndirici

Cəfərova Aygün Əzizağa qızı

"Kaspi" qəzetinin müxbiri

18,3

8

Həvəsləndirici

Bayramova Nəzakət Ələddin qızı

"Səs" qəzetinin müxbiri

18,3

9

Həvəsləndirici

Əliyev Vüqar Mükafat oğlu

"Mədəniyyət" qəzetinin redaktoru

18,3

10

Həvəsləndirici

Cürənov Ramiz Mikayıl oğlu

"Azəri-Press" Agentliyinin müxbiri

18

11

Həvəsləndirici

İsmayılbəyli Süleyman Nəbi oğlu

"Olaylar" qəzetinin müxbiri

18

12

Həvəsləndirici

Hüseynzadə Fuad Abı oğlu

"Palitra" qəzetinin müxbiri

17,6

13

Həvəsləndirici

İbrahimov Ramid Ələsgər oğlu

"Bizim Yol" qəzetinin müxbiri

17,6

14

Həvəsləndirici

Səfərova Samirə Məmmədhənifə qızı

"Bakı-Xəbər" qəzetinin baş redaktor müavini

17,6


15

Həvəsləndirici

İsgəndərov Araz Qurban oğlu

"The Business Times" qəzetinin müxbiri

17,3

16

Həvəsləndirici

İbrahimov Əli Zülfüqar oğlu

"Xalq Cəbhəsi" qəzetinin müxbiri

17,3

17

Dadaşov Maqsud Adil oğlu

"AZƏRTAC" İnformasiya Agentliyinin müxbiri

17

18

Məmmədova Xəyalə Rəis qızı

"Kaspi" qəzetinin müxbiri

17

19

Abasov Ceyhun Abas oğlu

"525-ci qəzet"in müxbiri

17

20

Bayramov Mübariz Ramiz oğlu

"Mövqe" qəzetinin müxbiri

17

21

Xəlilov Ruslan Qaçay oğlu

"Teleqraf.com" İnformasiya Agentliyinin redaktoru

17

22

Tağıbəyli Vüsal Vaqif oğlu

"Həftə içi" qəzetinin müxbiri

16,6

23

Salahov Elxan İsa oğlu

"İki sahil" qəzetinin müxbiri

16,6

24

Əliyev Seymur Telman oğlu

"Hürriyyət" qəzetinin müxbiri

16,6

25

Vəliyev Fariz Əhməd oğlu

"Mövqe" qəzetinin şöbə müdiri

16,6

26

Kərəmov Ramiz Əli oğlu

"Təhsil Problemləri" qəzetinin müxbiri

16,3

27

Nəsirov Rauf Yədulla oğlu

"Bakinskiy raboçiy" qəzetinin şöbə müdiri

16,3

28

Güləliyev Samir İntiqam oğlu

"Trend" İnformasiya Agentliyinin müxbiri

16,3

29

İsmayılov Pərviz Saday oğlu

"Yeni Azərbaycan" qəzetinin müxbiri

16,3

30

Həsənov Nəriman Rüstəm oğlu

"AZƏRTAC" İnformasiya Agentliyinin müxbiri

16

31

Lətifov Aqil Məmmədhüseyn oğlu

"Publika.az" İnformasiya Agentliyinin redaktoru

16

32

Sarıyeva İradə Murad qızı

"Bakı-Xəbər" qəzetinin müxbiri

16

33

Zülfüqarova Hüsniyyə Zülfüqar qızı

"Təhsil Problemləri" qəzetinin şöbə müdiri

15,6

34

İsbəndərov Amid Əyyub oğlu

"Unikal" qəzetinin müxbiri

15,6

35

Abdullayev Hürrü Hüseynalı oğlu

"Olimpiya dünyası" qəzetinin məsul katibi

15,6

36

Quliyev Namiq Abbasqulu oğlu

"Bakı-Xəbər" qəzetinin müxbiri

15,6

37

Şükürov Cavid Qədir oğlu

"525-ci qəzet"in müxbiri

15,3

38

Rəsulova İlhamə Loğman qızı

"Bizim yol" qəzetinin müxbiri

15,3

39

Əhmədov Anar Məsub oğlu

"Olimpiya dünyası" qəzetinin şöbə müdiri

15,3

40

Şükürlü Müşfiq Asif oğlu

"525-ci qəzet"in müxbiri

15

41

Abdullayev Ayyət Əhməd oğlu

"Şərq" qəzetinin müxbiri

14,6

42

Abbaslı Tahir Tapdıq oğlu

"Paralel" qəzetini müxbiri

11,3