Azərbaycan KİV rəhbərləri Türkiyə Xarici İşlər Nazirliyində olublar - WWW.KIVDF.GOV.AZ
XƏBƏRLƏR15.12.2016

Azərbaycan KİV rəhbərləri Türkiyə Xarici İşlər Nazirliyində olublar



image

Azərbaycan KİV təmsilçiləri Ankaraya səfər proqramı çərçivəsində dekabrın 15-də Türkiyə Xarici İşlər Nazirliyində görüşlər keçiriblər. Orta Asiya və Cənubi Qafqaz Departamentində keçirilən görüşdə Gökhan Turan qurumun fəaliyyəti, həmçinin, Türkiyə və Azərbaycan dövlətlərinin müştərək maraq dairəsində olan məsələlər barədə məlumat verib.

KİVDF-nin icraçı direktoru, nümayəndə heyətinin rəhbəri Vüqar Səfərli KİV təmsilçilərinin Ankaraya səfərinin məqsədi, həmçinin, Azərbaycanda KİV-in durumu və rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib.

Gökhan Turan Azərbaycan KİV təmsilçilərini maraqlandıran sualları cavablandırıb.

Bununla da nümayəndə heyətinin Ankaraya bir həftə davam edən səfər proqramı başa çatıb.

Məlumat üçün bildirək ki, KİV təmsilçilərinin səfər proqramı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə həyata keçirilir. Heyətin tərkibinə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Məmmədov, "Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, Fondun Müşahidə Şurasının sədr müavini, "İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, Fondunun Müşahidə Şurasının üzvü, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, "Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev, "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, "Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, Fondun Müşahidə Şurasının üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, "Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz, "Mediainfo.az” İnformasiya Agentliyinin baş redaktoru Emin Axundov, "Şərq qapısı” qəzetinin baş redaktoru Tural Səfərov və Fondun aparıcı məsləhətçisi Ramin Kərimli daxildirlər.

Səfər proqramı dekabrın 10-dan 16-dək davam edib. Səfər çərçivəsində Türkiyənin rəsmi dövlət qurumları, informasiya məsələlərinə məsul olan təşkilatları, həmçinin aparıcı KİV-ləri ilə görüşlər keçirilib.