Fondun Müşahidə Şurasının iclası keçirilib - WWW.KIVDF.GOV.AZ
XƏBƏRLƏR25.07.2016

Fondun Müşahidə Şurasının iclası keçirilib



image

İyulun 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının xüsusi iclası keçirilib. Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası açıq elan edərək gündəlikdəki məsələ barədə məlumat verib:




1. Az­ərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında" 2016-cı il 21 iyul tarixli Sərəncamına əsasən qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması məsələsinin müzakirəsi.

Müşahidə Şurasının sədri Umud Mirzəyev gündəlikdəki məsələ ilə bağlı sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib.

İcraçı direktor Vüqar Səfərli Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında" 2016-cı il 21 iyul tarixli Sərəncamını ölkədə söz və məlumat azadlığının inkişaf etdirilməsi, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb və KİV-lər adından ölkə başçısına dərin minnətdarlığını bildirib. İcraçı direktor sərəncama əsasən birdəfəlik maliyyə yardımı ayrılacaq mətbuat orqanlarının müəyyənləşdirilməsi məsələsini Müşahidə Şurası üzvlərinin müzakirəsinə təqdim edib.

Sonra məsələ ətrafında müzakirələr başlayıb. Fondun Müşahidə Şurasının sədr müavini Vüqar Rəhimzadə, üzvlərdən - Vüqar Əliyev, Əflatun Amaşov, Bəxtiyar Sadıqov, Müşfiq Ələsgərli, Rəşad Məcid və İntiqam Hümbətov çıxış edərək ölkə başçısının sərəncamı ilə ayrılmış birdəfəlik maliyyə yardımının gündəlik ictimai-siyasi qəzetlərin üzləşdiyi problemlərin həlli baxımından xüsusi əhəmiyyətini qeyd ediblər. Aparılmış müzakirələr nəticəsində respublikada uzun illər ərzində sabit fəaliyyət göstərərək ictimaiyyət arasında nüfuz qazanmış, yüksək tirajı və dövriyyəsi olan, Azərbaycan qanunvericiliyinə və Jurnalistlərin Peşə Davranışı Qaydalarına ardıcıl şəkildə riayət edən gündəlik ictimai-siyasi qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib (Müşahidə Şurasının 25 iyul 2016-cı il tarixli iclasının qərarı və həmin qərar əsasında birdəfəlik maliyyə yardımı ayrılmış qəzetlərin siyahısı aşağıda təqdim olunur).


Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının

2016-cı il 25 iyul tarixli qərarı

XX əsrin sonlarında müstəqillik qazandıqdan sonra demokratik dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikasında söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinin təmin edilməsi əsas vəzifələrdən biri kimi müəyyənləşdirilmişdir. Ümummilli lider Heydər Əliyevin siyasi iradəsinə uyğun olaraq həyata keçirilmiş çoxsaylı tədbirlər nəticəsində Azərbaycan milli mətbuatı özünün yeni inkişaf mərhələsinə yüksəlmiş, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələr formalaşmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu media siyasətini davam etdirərək kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin konseptual əsaslarını müəyyənləşdirmiş, onların iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi, jurnalistlərin sərbəst fəaliyyətinin təmin edilməsi üçün reallaşdırılan tədbirlərin miqyasını daha da genişləndirmişdir.

Ötən dövrdə kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə çoxsaylı sənədlərin imzalanması, milli mətbuatın yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, yüzlərlə jurnalistin yüksək fəxri adlara və dövlət mükafatlarına layiq görülməsi, onların mənzil-məişət problemlərinin həlli və digər çoxsaylı tədbirlər ölkə rəhbərinin mediaya diqqət və qayğısının bariz təcəssümüdür. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycanda onlarla KİV vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynayırlar.

KİV əməkdaşları Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlikmaliyyə yardımı ayrılması haqqında” 2016-cı il 21 iyul tarixli Sərəncamını cənab İlham Əliyevin milli mətbuata diqqət və qayğısının növbəti təzahürü hesab edirlər.

Sərəncamda nəzərdə tutulan maliyyə vəsaitinin mətbuat orqanlarına ayrılması meyarlarının müəyyənləşdirilməsi üçün 2016-cı il iyulun 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının xüsusi iclası keçirilmişdir. Aparılmış müzakirələr nəticəsində respublikada uzun illər ərzində sabit fəaliyyət göstərərək ictimaiyyət arasında nüfuz qazanmış, yüksək tirajı və dövriyyəsi olan, Azərbaycan qanunvericiliyinə və Jurnalistlərin Peşə Davranışı Qaydalarına ardıcıl şəkildə riayət edən aşağıdakı gündəlik ictimai-siyasi qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması barədə qərar qəbul edilmişdir:


Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında" 2016-cı il 21 iyul tarixli Sərəncamına əsasən maliyyə yardımı ayrılmış qəzetlərin siyahısı

Nəşrin adı

Ayrılmış məbləğ

1.

"Azərbaycan” qəzeti

40.000 AZN

2.

"Bakinski raboçi” qəzeti

40.000 AZN

3.

"Bakı Xəbər” qəzeti

40.000 AZN

4.

"525-ci qəzet”

40.000 AZN

5.

"Ekspress” qəzeti

40.000 AZN

6.

"Ədalət” qəzeti

40.000 AZN

7.

"Xalq qəzeti”

40.000 AZN

8.

"İki sahil” qəzeti

40.000 AZN

9.

"Kaspi” qəzeti

40.000 AZN

10.

"Kaspiy” qəzeti

40.000 AZN

11.

"Mövqe” qəzeti

40.000 AZN

12.

"Olaylar” qəzeti

40.000 AZN

13.

"Palitra” qəzeti

40.000 AZN

14.

"Respublika” qəzeti

40.000 AZN

15.

"Səs” qəzeti

40.000 AZN

16.

"Şərq” qəzeti

40.000 AZN

17.

"Şərq qapısı” qəzeti

40.000 AZN

18.

"Yeni Azərbaycan” qəzeti

40.000 AZN

19.

"Yeni Müsavat” qəzeti

40.000 AZN

20.

"Azad Azərbaycan” qəzeti

30.000 AZN

21.

"Bizim yol” qəzeti

30.000 AZN

22.

"Exo” qəzeti

30.000 AZN

23.

"Həftə içi” qəzeti

30.000 AZN

24.

"Xalq Cəbhəsi” qəzeti

30.000 AZN

25.

"Novoye vremya” qəzeti

30.000 AZN

26.

"Paralel” qəzeti

30.000 AZN

27.

"Üç nöqtə” qəzeti

30.000 AZN




Bu yazı 3905 dəfə oxunmuşdur.