Fondun Gəncə Şəhər İcra Hakimiyyəti ilə birgə keçirdiyi müsabiqənin nəticələri açıqlandı - WWW.KIVDF.GOV.AZ
XƏBƏRLƏR15.07.2016

Fondun Gəncə Şəhər İcra Hakimiyyəti ilə birgə keçirdiyi müsabiqənin nəticələri açıqlandı



image

İyulun 15-də Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi” mövzusunda konfrans keçirilib. Konfransda, həmçinin Fondun Gəncə Şəhər İcra Hakimiyyəti ilə birgə keçirdiyi "Gəncə şəhərinin sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda müsabiqənin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər ictimaiyyətinin nümayəndələri, yerli nəşrlərin, habelə ­Bakıda fəaliyyət göstərən 30-dək qəzetin baş redaktorları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ehtiramla yad edərək önünə gül dəstələri qoyublar.

Heydər Əliyev Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev mətbuat nümayəndələrini Azərbaycan Milli Mətbuatının yaranmasının 141-ci ildönümü münasibəti ilə təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb. Elmar Vəliyev ümummilli lider Heydər Əliyevin hakimiyyətinin ilk illərindən başlayaraq ölkədə kütləvi informasiya vasitələrinin inkişafı və mətbuat azadlığının təmin olunması istiqamətində gördüyü mühüm işlərdən danışıb, bu siyasətin hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Şəhər icra hakimiyyətinin başçısı bildirib ki, ölkəmizdə mətbuat işçilərinə göstərilən hərtərəfli diqqət və qayğıdan Gəncədə fəaliyyət göstərən media nümayəndələri də faydalanırlar: "Son illərdə istifadəyə verilən müasir Mətbuat Evi də şəhərdə kütləvi informasiya vasitələri nümayəndələrinə göstərilən diqqətin nəticəsidir. Hazırda Gəncə şəhərində "Novosti Qyandja” və "Gəncənin səsi” qəzetləri nəşr olunur, mərkəzi qəzetlərin, televiziya və radio kanallarının, informasiya agentliklərinin müxbir məntəqələri fəaliyyət göstərir".

Son illər ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı ilə şəhərdə böyük abadlıq-quruculuq və yenidənqurma işlərinin həyata keçirildiyini, qlobal layihələrin uğurla reallaşdırıldığını deyən Elmar Vəliyev Gəncənin dünya miqyasında tanındığını, burada müxtəlif beynəlxalq tədbirlərin keçirildiyini diqqətə çatdırıb. İcra hakimiyyətinin başçısı Azərbaycanın böyük və qədim şəhərlərindən olan Gəncənin UNESCO tərəfindən "Dünya Kitab Paytaxtı" elan edilməsini də əlamətdar hadisə kimi dəyərləndirib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev aktual mövzuya həsr edilmiş tədbirin Gəncə şəhərində keçirilməsinin bir neçə mühüm məqamla əlamətdar olduğunu qeyd edib. V.Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin medianın inkişafına, jurnalistlərə diqqət və qayğısından söhbət açaraq bildirib ki, hər il milli mətbuatın ildönümü ərəfəsində ölkədə azad mətbuatın inkişafında göstərdikləri xidmətlərinə görə çoxlu sayda media nümayəndəsi dövlət tərəfindən müxtəlif fəxri adlara layiq görülür, onların sosial rifahının və mənzil şəraitlərinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini həmçinin bildirib ki, Azərbaycanda azad medianın və bu sahədə qanunvericilik bazasının yaradılması, həmçinin bir sıra təşkilati işlərin həyata keçirilməsi ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri olub. Azərbaycan mətbuatının keçdiyi zəngin inkişaf yoluna nəzər salan Vüqar Əliyev qeyd edib ki, ölkədə demokratik cəmiyyətin formalaşdırılmasında görülən işlərin mühüm istiqamətlərindən birini də söz və mətbuat, ifadə azadlığı, müstəqil media, həmçinin jurnalistlər üçün sərbəst fəaliyyət sferasının formalaşdırılması təşkil edir. Məhz ölkədə müstəqil mətbuatın mövcud olması üçün ümummilli lider Heydər Əliyev tərəfindən 1993-2003-cü illərdə bir sıra mühüm addımlar atılıb, senzura ləğv edilib, liberal qanunvericilik formalaşdırılıb. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasında söz və mətbuat azadlığının təsbit edilməsi, 1998-ci ildə mətbuat üzərindən senzuranın ləğv olunması, 1999-cu ildə kütləvi informasiya vasitələri haqqında qanunun qəbulu, 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğv edilməsi Azərbaycan mətbuatının tarixinə ən parlaq səhifələr kimi daxil olub.

Vüqar Əliyev həmçinin xatırladıb ki, mətbuatın cəmiyyətin həyatındakı rolunu yüksək dəyərləndirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci ildə imzaladığı müvafiq sərəncamla Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyası təsdiq edilib. Həmin Konsepsiyadan irəli gələn vəzifələrin gerçəkləşdirilməsi üçün 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Ötən 7 ildə Fond ölkə qəzetlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin peşəkarlığının artırılması və sosial vəziyyətlərinin yaxşılaşdırılması sahəsində mühüm layihələr həyata keçirib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini həmçinin vurğulayıb ki, qloballaşan dünyada ölkəmizin ümumi maraqlarına xidmət göstərən milli informasiya məkanının yaradılması və yad təsirlərdən qorunması istər dövlətin, istərsə də peşəkar media nümayəndələrinin üzərinə böyük məsuliyyət qoyur.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli tədbirdə iştirak edən media təmsilçilərini və Gəncə şəhər ictimaiyyətinin nümayəndələrini salamlayaraq son illər şəhərin simasının əsaslı şəkildə dəyişdiyini, burada mühüm sosial-infrastruktur layihələrinin uğurla reallaşdırıldığını bildirib. Vüqar Səfərli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə Gəncə şəhərinin ildən-ilə müasirləşdiyini, ictimai həyatın müxtəlif sahələrində mühüm uğurlara imza atdığını, qlobal beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini xüsusi vurğulayıb. Vüqar Səfərli ölkə rəhbərliyi tərəfindən müəyyənləşdirilmiş mühüm vəzifələrin uğurla həyata keçirilməsində, şəhərin müasirləşməsində və inkişafında Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin xidmətlərini xüsusi qeyd edib.

İcraçı direktor ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı ilə ölkədə kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinin təmini, habelə fikir, söz və məlumat azadlıqlarının yüksək səviyyədə təminatı sahəsində ardıcıl tədbirlərin həyata keçirildiyini xatırladıb. O, həmçinin qeyd edib ki, Fondun əsas fəaliyyət istiqamətlərindən biri də mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsidir. V.Səfərli bu məqsədlə Fondun Bakıda və respublikanın regionlarında yerli icra hakimiyyəti orqanları ilə birgə çoxsaylı tədbirlər təşkil etdiyini xatırladıb.

İcraçı direktor Gəncədə keçirilən konfransın da kütləvi informasiya vasitələri ilə şəhərin müvafiq icra strukturları arasında əməkdaşlığın genişləndirilməsi, habelə region jurnalistlərinin maarifləndirilməsi və onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi baxımından əhəmiyyətli olacağını bildirib.

V.Səfərli həmçinin qeyd edib ki, Fond jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, yaradıcı əməyinin stimullaşdırılması və sosial vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə 2015-ci ildə 11, 2016-cı ildə isə 5 fərdi jurnalist yazıları müsabiqələri keçirib. İcraçı direktor bildirib ki, Fondun Gəncə Şəhər İcra Hakimiyyəti ilə birgə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin məqsədi ictimaiyyətin son illər şəhərdə görülmüş işlər, habelə perspektivdə reallaşdırılacaq layihələr barədə dolğun şəkildə məlumatlandırılması olub. İyunun 3-dən iyulun 8-dək davam edən müsabiqəyə 30 kütləvi informasiya vasitəsindən 44 yazı daxil olub, yazılar 3 ekspert tərəfindən qiymətləndirilib: "Müsabiqənin elanında göstərilmiş şərtlərə əsasən, 6 nəfər jurnalistə əsas, 10 nəfərə isə həvəsləndirici mükafatların verilməsi qərara alınmışdı. Lakin müsabiqəyə təqdim olunan yazıların çoxluğu, habelə jurnalistlərin zəhməti nəzərə alınaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə əldə olunmuş razılığa əsasən, həvəsləndirici yerlərin sayı daha 6 ədəd artırıldı”.

Çıxışını davam etdirən Vüqar Səfərli media və icra hakimiyyəti orqanları arasında əməkdaşlığın inkişafında fəal roluna görə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin Fondun xüsusi diplomuna layiq görüldüyünü bildirib. Daha sonra icraçı direktor diplomu Elmar Vəliyevə təqdim edib.

Sonra çıxış edən Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov milli mətbuatın 140 illiyi münasibətilə ölkə jurnalistlərini təbrik edib, müstəqil Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısından danışıb. Ə.Amaşov ötən illər ərzində Həsən bəy Zərdabi ideyalarını yaşadan və "Əkinçi” ənənələri ilə qidalanan Azərbaycan mətbuatının uzun və şərəfli bir yol keçərək hazırkı inkişaf səviyyəsinə yüksəldiyini vurğulayıb. Mətbuat Şurasının sədri respublikamızda mətbuatın sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələrinə geniş imkanların yaradıldığını vurğulayıb. O, həmçinin Gəncədəki dinamik inkişafın son illərdə mətbuatda geniş əks olunduğunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev, "Xalq qəzeti"nin bölgə müxbiri Hamlet Qasımov, "Kür" qəzetinin baş redaktoru Əminə Əhmədova region mətbuatının bugünkü durumundan, son dövrlərdə bu sahədəki inkişafdan, jurnalistlərə göstərilən dövlət qayğısından söz açıblar.

Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib (Qaliblərin siyahısı aşağıdakı cədvəldə təqdim olunur).

Tədbiri yekunlaşdıran Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev xüsusi diploma layiq görüldüyünə, habelə birgə konfransın və müsabiqənin təşkilinə görə Fondun rəhbərliyinə təşəkkürünü ifadə edib. İcra hakimiyyətinin başçısı media ilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə xidmət edən belə tədbirlərin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.








































"Gəncə şəhərinin sosial-iqtisadi inkişafı:
real vəziyyət və perspektivlər"

Yerlər

Müəllifin adı

Müəllifin işlədiyi KİV

Bal

1.

I yer

Əhmədova Əminə Yusif qızı

"Kür" qəzetinin baş redaktoru

21

2.

II yer

Məmmədov Seymur Fərhad oğlu

"Day.az" İnformasiya Agentliyinin baş redaktor müavini

20,6

3.

II yer

İsmayılov Rufik Afis oğlu

"Kaspi" qəzetinin müxbiri

20,3

4.

III yer

Sultan Rüfət Nadir oğlu

"Mövqe" qəzetinin müxbiri

19,6

5.

III yer

Aslan Aqil İsmayıl oğlu

"Ekspress" qəzetinin müxbiri

19,3

6.

III yer

Qasımov Hamlet Zeynal oğlu

"Xalq" qəzetinin müxbiri

19

7.

Həvəsləndirici

Rəsulova İlhamə Loğman qızı

"Ölkə.az" İnformasiya Agentliyinin redaktoru

18,3

8.

Həvəsləndirici

Rəhimov Təbriz Kamal oğlu

"Həftə içi" qəzetinin redaktoru

18,3

9.

Həvəsləndirici

Sadıqova Rəfiqə Yusif qızı

"Gəncənin səsi" qəzetinin baş redaktoru

18

10.

Həvəsləndirici

Hümmətov Aqşin Şahin oğlu

"Yeni Azərbaycan" qəzetinin şöbə redaktoru

17,6

11.

Həvəsləndirici

Tağıyeva Süsən Bəşir qızı

"Yeni Gəncə" qəzetinin baş redaktoru

17,6

12.

Həvəsləndirici

Abbaslı Tahir Tapdıq oğlu

"Paralel" qəzetinin müxbiri

17,6

13.

Həvəsləndirici

Ələkbərova Lalə İmamverdi qızı

"Mədəniyyət" qəzetinin müxbiri

17,6

14.

Həvəsləndirici

Nurəliyeva Pərvin Ələmdar qızı

"525-ci qəzet"in müxbiri

17,6

15.

Həvəsləndirici

Xankişiyeva İlhamə Əbülfət qızı

"Teleqraf.com"İnformasiya Agentliyinin müxbiri

17,3

16.

Həvəsləndirici

Hüseynli Alim Ziyadxan oğlu

"Olaylar" İnformasiya Agentliyinin müxbiri

17,3

17.

Həvəsləndirici

Abdullayev Ayyət Əhməd oğlu

"Şərq" qəzetinin müxbiri

17,3

18.

Həvəsləndirici

İbrahimov Əli Zülfüqar oğlu

"Xalq Cəbhəsi" qəzetinin müxbiri

17,3

19.

Həvəsləndirici

Sarıyeva İradə Murad qızı

"Bakı-Xəbər" qəzetinin müxbiri

17

20.

Həvəsləndirici

Salahov Elxan İsa oğlu

"İki sahil" qəzetinin müxbiri

17

21.

Həvəsləndirici

Canbaxışlı Nahid Baxşəli oğlu

"Vətəninfo.az" İnformasiya Agentliyinin baş redaktoru

17

22.

Həvəsləndirici

Aslanov Mübariz Zakir oğlu

"APA" İnformasiya Agentliyinin müxbiri

17

23.

Xudaşov Vidadi Xudayar oğlu

"Bakı-Xəbər" qəzetinin müxbiri

16,3

24.

Zülfüqarova Hüsniyyə
Zülfüqar qızı

"Təhsil Problemləri" qəzetinin şöbə müdiri

16,3

25.

Şahverdiyev Cavid Nadir oğlu

"Xalq Cəbhəsi" qəzetinin müxbiri

16,3

26.

İsmayılbəyli Süleyman
Nəbi oğlu

"Olaylar" qəzetinin müxbiri

16,3

27.

Mustafayev Əziz Salam oğlu

"Zaman-Azərbaycan" qəzetinin müxbiri

16

28.

Bayramov Mübariz Ramiz oğlu

"Mövqe" qəzetinin müxbiri

16

29.

Vəliyev Fariz Əhməd oğlu

"Mövqe" qəzetinin şöbə müdiri

16

30.

Cəlilova Günel İsa qızı

"Bakı-Xəbər" qəzetinin müxbiri

15,6

31.

İsmayılov Nadir Nəbi oğlu

"Yeni Azərbaycan" qəzetinin şöbə redaktoru

15,6

32.

Yusifova Dilşad Xaqani qızı

"Təhsil Problemləri" qəzetinin müxbiri

15,6

33.

İsgəndərov Araz Qurban oğlu

"The Business Times" qəzetinin müxbiri

15,6

34.

Nurullayeva Nəzirə Rafiq qızı

"The Business Times" qəzetinin baş redaktoru

15,6

35.

Məmmədli Rövşən Ulduz oğlu

"Ekspress" qəzetinin müxbir

15,6

36.

Şahməmmədov Murad Məmmədşah oğlu

"Oxu məni" qəzetinin müxbiri

15,3

37.

Nəsirli Akif Sovet oğlu

"Paralel" qəzetinin baş redaktor müavini

15,3

38.

İsmayılov Pərviz Saday oğlu

"Yeni Azərbaycan" qəzetinin müxbiri

15

39.

Ədilzadə Ədil Tahir oğlu

"Ədalət" qəzetinin şöbə müdiri

15

40.

Xəlilov Zabit Cəmşid oğlu

"Respublika" qəzetinin müxbiri

15

41.

Abdullayeva Nigar Nizami qızı

"Palitra" qəzetinin müxbiri

14,6

42.

Nəbili Emin Ağahüseyn oğlu

"Üç nöqtə" qəzetinin müxbiri

14

43.

Həsənov İsgəndər Aqil oğlu

"525-ci qəzeti"in redaktoru

12,3

44.

Əliyev Azad Akif oğlu

"Həftə içi" qəzetinin redaktoru

12,3





Bu yazı 3840 dəfə oxunmuşdur.