Fondun Müşahidə Şurasının növbəti iclası keçirilmişdir - WWW.KIVDF.GOV.AZ
XƏBƏRLƏR01.07.2016

Fondun Müşahidə Şurasının növbəti iclası keçirilmişdir



image

İyunun 30-da Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası açıq elan edərək gündəlikdəki məsələlər barədə məlumat verib:

1. 2016-ci ilin II yarısında KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş müsabiqəyə təqdim olunmuş layihə təkliflərinin müzakirəsi;

2. Cari məsələlər.

Müşahidə Şurasının sədri gündəlikdəki birinci məsələ ilə bağlı sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. V.Səfərli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na müvafiq olaraq 19 istiqamət üzrə keçirilən müsabiqəyə 36 qəzetin sənəd təqdim etdiyini diqqətə çatdırıb. İcraçı direktor ilin birinci yarısında Fonddan maliyyə yardımı almış 33 qəzetdən əlavə, daha 3 mətbuat orqanının - "Zaman Azərbaycan", "Bütöv Azərbaycan" və "Bükmeker" qəzetlərinin də müsabiqəyə layihə təklifləri təqdim etdiklərini bildirib.

V.Səfərli həmçinin qeyd edib ki, Fondun mütəxəssislərinin müvafiq araşdırmaları zamanı "Zaman Azərbaycan", "Bütöv Azərbaycan" və "Bukmeker" qəzetlərinin təqdim etdikləri sənədlərin müsabiqənin şərtlərinə cavab vermədiyi aşkar olunub.

Sonra müsabiqəyə daxil olmuş sənədlər Müşahidə Şurası üzvlərinin diqqətinə təqdim olunub. Müzakirələr zamanı Müşahidə Şurasının sədr müavini Vüqar Rəhimzadə, üzvlərdən - Rəşad Məcid, Bəxtiyar Sadıqov və İntiqam Hümbətov Fondun maliyyə yardımı müsabiqələrinin mətbuatın maddi-texniki bazasının yaxşılaşdırılması və jurnalistlərin sosial vəziyyətlərinin yaxşılaşdırılması baxımından əhəmiyyətini xüsusi qeyd ediblər. Müzakirələr zamanı Şura üzvləri sənədləri müsabiqənin elan edilmiş şərtlərinə və qaydalarına cavab verməyən "Zaman Azərbaycan", "Bütöv Azərbaycan" və "Bükmeker" qəzetlərinə maliyyə yardımının ayrılmasını məqsədəuyğun saymayıblar.

Müzakirələrin sonunda digər 33 qəzetin sənədlərinin müsabiqənin şərtlərinə cavab verdiyi nəzərə alınaraq, onlara 2016-ci ilin II yarısında maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib (Maliyyə yardımı ayrılmış qəzetlərin siyahısı aşağıdakı cədvəldə təqdim olunur).

Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor Vüqar Səfərli Fondun perspektiv fəaliyyət istiqamətləri barədə məlumat verib.


2016-ci ilin II yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi üzrə müsabiqənin qalibi olan redaksiyaların siyahısı

Qəzetin Adı

Ayrılmış məbləğ

1.

"Kaspi” qəzeti

60 000

2.

"Yeni Azərbaycan” qəzeti

60 000

3.

"Səs” qəzeti

60 000

4.

"Mövqe” qəzeti

60 000

5.

"Ədalət” qəzeti

60 000

6.

"525-ci qəzet”

60 000

7.

"Bakı-Xəbər” qəzeti

60 000

8.

"Yeni Müsavat” qəzeti

60 000

9.

"Kaspiy" qəzeti

60 000

10.

"Ekspress” qəzeti

60 000

11.

"Palitra” qəzeti

60 000

12.

"Paralel” qəzeti

40 000

13.

"Həftə içi” qəzeti

40 000

14.

"Azad Azərbaycan” qəzeti

40 000

15.

"Şərq” qəzeti

40 000

16.

"Xalq Cəbhəsi” qəzeti

40 000

17.

"Futbol+Qol” qəzeti

40 000

18.

"Bizim Yol” qəzeti

40 000

19.

"Olaylar” qəzeti

40 000

20.

"Novoye Vremya” qəzeti

30 000

21.

"Futbol+” qəzeti

30 000

22.

"Üç Nöqtə” qəzeti

30 000

23.

"Azernews” qəzeti

30 000

24.

"Unikal” qəzeti

20 000

25.

"Olimpiya Dünyası”qəzeti

20 000

26.

"Oxu məni” qəzeti

20 000

27.

"Reytinq” qəzeti

9 000

28.

"Təhsil Problemləri” qəzeti

9 000

29.

"The Business Times” qəzeti

9 000

30.

"Hərbi And” qəzeti

9 000

31.

"Türküstan” qəzeti

9 000

32.

"İqtisadiyyat” qəzeti

9 000

33.

"Hürriyyət" qəzeti

9000

CƏMİ

33 Redaksiya

1.223.000