Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə ELANI - WWW.KIVDF.GOV.AZ
XƏBƏRLƏR09.06.2016

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə ELANI



image

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2016-cı ilin II yarısı üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edir.

"Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na müvafiq olaraq Fondun Müşahidə Şurasının rəyi əsasında aşağıdakı istiqamətlər üzrə KİV layihələrinin maliyyələşdirilməsi qərara alınmışdır:

İstiqamətin adı

1.

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

2.

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

3.

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması

4.

İctimai və dövlət maraqlarının müdafiəsi

5.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

6.

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

7.

Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

8.

Azərbaycanın dövlətçilik tarixinin, milli adətnənələrinin, elm və mədəniyyətinin təbliği

9.

Azərbaycançılıq ideyasının təbliği

10.

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

11.

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

12.

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

13.

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

14.

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

15.

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

16.

Ekologiya və ətraf mühitin mühafizəsi

17.

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

18.

Elm və təhsilin inkişaf etdirilməsi

19.

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

Müsabiqədə aşağıdakı KİV-lər iştirak edə bilərlər:

- müsabiqə elan olunan günədək son 3 ildə müntəzəm nəşr olunan, dövriliyi həftədə 1 dəfədən və tirajı 2500 nüsxədən az olmayan, hər buraxılışından ən azı 1000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan qəzetlər.

Aşağıdakı KİV-lərin müsabiqədə iştirakına icazə verilmir:

- Azərbaycan Jurnalistlərinin I Qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılanlar;

- Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşən qəzetlər

- Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"dan çıxarılan qəzetlər

(1 il müddətində)

- Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış qəzetlər

(6 ay müddətində)

- barələrində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olanlar;

- əsasən reklam və erotik xarakterli materiallar dərc edənlər;

- təsisçisi dini qurumlar və dini icmalar olanlar;

- xarici dövlətlərin hüquqi və fiziki şəxsləri tərəfindən təsis edilən, nizamnamə kapitalında xarici dövlətlərin hüquqi şəxslərinin və ya vətəndaşlarının payı olanlar;

- xüsusi məqsədlər üçün buraxılan, pulsuz və aşağı qiymətlərlə çap məhsulu yayanlar;

- təsisçiləri dövlət orqanları olanlar;

Maliyyə yardımının şərtləri:

- layihə təklifi müsabiqə istiqamətlərindən birinə uyğun olmalıdır;

- ərizə forması, layihə və ona əlavə olunmuş sənədlər müsabiqə qaydalarına və tələblərinə cavab verməlidir.

Hər layihə üçün maksimum məbləğ 60 000 (altımış min) manat müəyyən edilmişdir.

Hər KİV bir layihə təqdim edə bilər.

Sənədlər 2016-cı il iyun ayının 10-dan 24-dək, rəsmi iş günləri saat 10:00-dan 16:00-dək Fondun ofisində qəbul olunur.

Sənədlər Fonda şəxsən təqdim edilməlidir.

Ərizə yalnız Fondun təsdiq etdiyi formada, müvafiq əlavələrlə, Azərbaycan dilində çap olunmuş elektron variantda, (CD diskdə, Times New Roman 12 şriftində) təqdim edilməli və Fondda qeydiyyatdan keçməlidir.

Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:

Tələb olunan sənədlər

Forması

1.

Layihə təklifi və fəaliyyət planı

Kompüterdə yığılmış çap formasında 3 nüsxədə

Elektron formada, Times New Roman şriftində, diskdə

2.

Layihənin büdcəsi (Fondun təqdim etdiyi formada)

Kompüterdə yığılmış çap formasında 3 nüsxədə

Elektron formada, Microsoft Excel Proqramında, diskdə

3.

KİV-in müvafiq dövlət orqanında uçota götürülməsini təsdiq edən sənəd

Surəti

4.

VÖEN

Surəti

5.

KİV-in borcunun olmadığını təsdiq edən sənəd

Bankdan arayış

6.

Layihənin icrasına cəlb ediləcək əsas əməkdaşların, məsul şəxslərin tərcümeyi-halı (CV) və işinin təsviri

Kompüterdə yığılmış çap və elektron formasında

7.

KİV-in son 6 ayda satış və abunə yayımı haqda yayım orqanından sənəd

Fondun tələb etdiyi formada. Kompüterdə yığılmış çap formasında (imzalanmış və möhürlənmiş)

Müsabiqə ilə bağlı əlavə məlumatı www.kivdf.gov.az saytından və Fondun ofisindən

əldə edə bilərsiniz.

Ünvan: Bakı şəhəri, Mətbuat pr., 529-cu məhəllə

Azərbaycan Mətbuat Evi, 3-cü mərtəbə

Telefon: 537 19 45; 537 19 41

info@kivdf.gov.az, kivdf.info@gmail.com

Layihə təklifləri ilə bağlı nəticələr haqqında izahat verilmir, müsabiqəyə təqdim olunmuş sənəd və materiallar geri qaytarılmır.




Bu yazı 2725 dəfə oxunmuşdur.