Fondun "Azərsu" ASC ilə birgə keçirdiyi müsabiqənin nəticələri açıqlandı - WWW.KIVDF.GOV.AZ
XƏBƏRLƏR01.06.2016

Fondun "Azərsu" ASC ilə birgə keçirdiyi müsabiqənin nəticələri açıqlandı



image

İyunun 1-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və "Azərsu" ASC -nin birgə təşkil etdikləri "Əhalinin içməli su təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.

Mükafatlandırma mərasimi "Azərsu" ASC-nin Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində keçirilib. Tədbirdə "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov, Fondun icraçı direktoru Vüqar Səfərli, habelə ölkənin 30-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə əsaslı yenidənqurmadan çıxmış Kompleksin fəaliyyəti, habelə Ceyranbatan su anbarından əhaliyə verilən suyun təmizlənmə prosesi ilə tanış olublar.

Tədbiri giriş sözü ilə açan "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov qonaqları salamlayaraq son illər əhalinin keyfiyyətli su ilə təminatı sahəsində kompleks tədbirlərin həyata keçirildiyini, bu sahədə müasir infrastruktur və texnologiyaların tətbiq edildiyini diqqətə çatdırıb. Q.Hüseynov 2015-ci ilin oktyabr ayında istifadəyə verilmiş Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin texniki imkanlarına görə dünyada mövcud olan analoji nəhəng qurğularla birgə ilk dördlükdə qərarlaşdığını bildirib. "Azərsu" ASC-nin sədri Samur-Abşeron kanalından qidalanan Ceyranbatan su anbarının, eləcə də sutəmizləyici qurğular kompleksinin Sumqayıt şəhərinin və Abşeron yarımadasının içməli su ilə təchizatında böyük paya malik olduğunu qeyd edib.

Q.Hüseynov daha sonra Fondla birgə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin ölkənin su təsərrüfatının müasirləşdirilməsi və əhalinin içməli suya tələbatının ödənilməsi istiqamətində görülən işlərin ictimaiyyətə dolğun şəkildə çatdırılması baxımından əhəmiyyətini vurğulayıb. Sədr müsabiqənin nəticələri barədə ətraflı danışmaq üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib.

Tədbir iştirakçılarını salamlayan Vüqar Səfərli media nümayəndələrinin iştirakı ilə Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində keçirilən tədbiri jurnalistlərin sözügedən müəssisənin fəaliyyəti, suyun təmizlənməsi prosesi, habelə burada quraşdırılmış müasir qurğularla əyani tanışlığı baxımından yüksək dəyərləndirib. V.Səfərli iyun ayının 5-nin ölkəmizdə "Su təsərrüfatı və meliorasiya işçiləri günü” kimi qeyd olunduğunu diqqətə çatdıraraq "Azərsu" ASC-nin rəhbərliyini və çoxsaylı kollektivini media nümayəndələri adından qarşıdan gələn peşə bayramı münasitilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb.

İcraçı direktor Fondun təşkilatçılığı ilə 2016-cı il martın 31-də KİV rəhbərlərinin "Azərsu" ASC-də görüşünün keçirildiyini, aprel ayının 1-də isə "Əhalinin içməli su təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər" mövzusunda fərdi jurnalist yazıları müsabiqənin elan edildiyini diqqətə çatdırıb. V.Səfərli bildirib ki, müsabiqənin keçirilməsində məqsəd Azərbaycanda su təsərrüfatının inkişafı və infrastrukturun yenidənqurulması sahəsində həyata keçirilən tədbirlərin ictimaiyyətə çatdırılmasında peşəkar jurnalist əməyini stimullaşdırmaq, jurnalistlərin peşəkarlıq səviyyəsini yüksəltmək və sosial vəziyyətlərini yaxşılaşdırmaq olub.

İcraçı direktor aprelin 1-dən may ayının 20-dək keçirilən müsabiqəyə 51 fərdi jurnalist tərəfindən yazının təqdim olunduğunu bildirib: "Yazılar Fondun 3 nəfər eksperti, o cümlədən "Azərsu" ASC-ni təmsil edən ekspert tərəfindən qiymətləndirilib: Müsabiqənin elanında göstərilmiş şərtlərə əsasən, 6 nəfər jurnalistə əsas, 10 nəfərə isə həvəsləndirici mükafatların verilməsi qərara alınmışdı. Lakin müsabiqəyə təqdim olunan yazıların çoxluğu, habelə jurnalistlərin zəhməti nəzərə alınaraq, "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynovla əldə olunmuş razılığa əsasən, həvəsləndirici yerlərin sayı daha 5 ədəd qaldırıldı. Eyni zamanda, nisbətən az bal toplamış 19 nəfərin 100 manat məbləğində mükafatlandırılması qərara alındı".

Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib (Qaliblərin siyahısı aşağıdakı cədvəldə təqdim olunur).

Sonda qalibləri təbrik edən icraçı direktor V.Səfərli eyni zamanda media ilə səmərəli əməkdaşlığa görə "Azərsu" ASC-nin rəhbərliyinə təşəkkürünü bildirib.

Tədbiri yekunlaşdıran "Azərsu" ASC-nin sədri Q.Hüseynov qurumun media ilə əlaqələrinin inkişafına verdiyi töhfəyə görə Fondun rəhbərliyinə, eləcə də müsabiqədə iştirak edən jurnalistlərə təşəkkürünü bildirərək belə müştərək layihələrin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.





Yerlər

Müəllifin adı

Müəllifin işlədiyi KİV

Orta bal

1.

I yer

Quluyeva Zülfiyyə Telman qızı

"Mövqe.az" saytının müxbiri

21,3

2.

II yer

Quliyev Mirbağır Baloğlan oğlu

"Xalq qəzeti"nin müxbiri

20,6

3.

II yer

Bağırov Rəşad Bağır oğlu

"İki sahil” qəzetinin baş redaktor müavini

20,6

4.

III yer

Cəfərova Aygün Əzizağa qızı

"Kaspi" qəzetinin müxbiri

20

5.

III yer

İsmayılov Nadir Nəbi oğlu

"Yeni Azərbaycan" qəzetinin şöbə redaktoru

20

6.

III yer

Quliyev Namiq Abbasqulu oğlu

"Bakı-Xəbər" qəzetinin müxbiri

19,3

7.

Həvəsləndirici

Bağırova Nurəngiz Adil qızı

"Respublika" qəzetinin müxbiri

18,6

8.

Həvəsləndirici

Xəlilova Tamilə Xəlilovna

"Kaspiy" qəzetinin müxbiri

18,6

9.

Həvəsləndirici

Məmmədli Səxavət Musa oğlu

"Həftə içi" qəzetinin bölgə müxbiri

18,6

10.

Həvəsləndirici

Məmmədov Seymur Fərhad oğlu

"Day.az" İnformasiya Agentliyinin baş redaktor müavini

18,6

11.

Həvəsləndirici

Salahov Mətləbəli Bayraməli oğlu

"Səs" qəzetinin müxbiri

18

12.

Həvəsləndirici

Əliyev Vüqar Mükafat oğlu

"Mədəniyyət" qəzetinin redaktoru

18

13.

Həvəsləndirici

Hüseynzadə Fuad Abı oğlu

"Palitra" qəzetinin müxbiri

18

14.

Həvəsləndirici

Əhmədov Anar Məsub oğlu

"Olimpiya dünyası" qəzetinin şöbə müdiri

18

15.

Həvəsləndirici

Bayramov Mübariz Ramiz oğlu

"Mövqe" qəzetinin müxbiri

18

16.

Həvəsləndirici

Şahverdiyev Cavid Nadir oğlu

" Xalq Cəbhəsi " qəzetinin müxbiri

17,6

17.

Həvəsləndirici

Nəsirov Rauf Yədulla oğlu

"Bakinskiy raboçi" qəzetinin şöbə müdiri

17,6

18.

Həvəsləndirici

Məmmədov Namiq Məmməd oğlu

"Ekspress" qəzetinin müxbiri

17,6

19.

Həvəsləndirici

İsmayılbəyli Süleyman Nəbi oğlu

"Olaylar" qəzetinin müxbiri

17,3

20.

Həvəsləndirici

Nəsibova Xanım Hopal qızı

"Kür" qəzetinin müxbiri

17,3

21.

Həvəsləndirici

Xankişiyeva İlhamə Əbülfət qızı

"Teleqraf.com" saytının müxbiri

17,3

22.

Həsənov İsgəndər Aqil oğlu

"525-ci qəzet"nin redaktoru

17

23.

Məmmədova Mətanət Qüdrət qızı

"Mingəçevir" qəzetinin müxbiri

17

24.

Əliyev Seymur Telman oğlu

"Hürriyyət" qəzetinin müxbiri

17

25.

Əyyubov Ceyhun Rasim oğlu

"Səs İnformasiya Agentliyi"nin şöbə müdiri

17

26.

Zülfüqarova Hüsniyyə Zülfüqar qızı

"Təhsil Problemləri" qəzetinin şöbə müdiri

17

27.

Rəhimov Təbriz Kamal oğlu

"Həftə içi" qəzetinin redaktoru

17

28.

Əhədov Ehtibar Əliağa oğlu

"Aşkarlıq" qəzetinin baş redaktoru

16,6

29.

Səfərova Samirə Məmmədhənifə qızı

"Bakı-Xəbər" qəzetinin baş redaktor müavini

16,6

30.

Vəliyev Fariz Əhməd oğlu

"Mövqe" qəzetinin şöbə müdiri

16,6

31.

Sultan Rüfət Nadir oğlu

"Mövqe" qəzetinin müxbiri

16,6

32.

Məmmədova Aynurə Kamil qızı

"Ekspress" qəzetinin müxbiri

16,6

33.

İbrahimov Əli Zülfüqar oğlu

"Xalq Cəbhəsi" qəzetinin müxbiri

16,3

34.

Əliyev Məhərrəm Ağalar oğlu

"İki Sahil" qəzetinin müxbiri

16,3

35.

Abdullayev Məsayim Hacıxan oğlu

"Xalq qəzeti"nin müxbiri

16,3

36.

Namazov Elçin Sabir oğlu

"İki Sahil" qəzetinin bölmə müdiri

16,3

37.

Məmmədova Xəyalə Rəis qızı

"Kaspi" qəzetinin müxbiri

16,3

38.

Abdullayev Ayyət Əhməd oğlu

"Şərq" qəzetinin müxbiri

16,3

39.

Həsənov Əlisəfa Aqaxan oğlu

"Respublika" qəzetinin bölgə müxbiri

16,3

40.

İsgəndərov Araz Qurban oğlu

"The Business Times" qəzetinin müxbiri

16

41.

Mehtiyeva Məhbubə Avtandil qızı

"Türküstan" qəzetinin müxbiri

15,6

42.

Abdullayev Mübariz Əhməd oğlu

"Yeni Azərbaycan" qəzetinin müxbiri

15,6

43.

Sarıyeva İradə Murad qızı

"Bakı-Xəbər" qəzetinin müxbiri

15,6

44.

Cəlilova Günel İsa qızı

"Bakı-Xəbər" qəzetinin müxbiri

15

45.

İsmayılova İlahə İbad qızı

"Mingəçevir" qəzetinin müxbiri

15

46.

Vəkilova Fərqanə Allahverdi qızı

"Bizim xəbər" saytının redaktoru

14,6

47.

Quliyeva Zəkurə Qüdrət qızı

"Qarabağ" qəzetinin müxbiri

14,6

48.

Xudaşov Vidadi Xudayar oğlu

"Bakı-Xəbər" qəzetinin müxbiri

14

49.

Hakıyeva Səadət Zifi qızı

"Olimpiya dünyası" qəzetinin şöbə müdiri

14

50.

Mustafayeva Ləman Mustafa qızı

"Lent.az" xəbər agentliyi

13,3

51.

İsrafilov Orxan Vahid oğlu

"İki Sahil" qəzetinin bölmə müdiri

13,3