Fondun Novruz bayramı münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıblar - WWW.KIVDF.GOV.AZ
XƏBƏRLƏR17.03.2016

Fondun Novruz bayramı münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıblar



image

Martın 17-də "Altun Saray" istirahət mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Novruz bayramı münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülmüş media nümayəndələrinin mükafatlandırılmasına və Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə dövlət və hökumət təmsilçiləri, Milli Məclisin deputatları, ölkədə fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri, aparıcı yerli və xarici kütləvi informasiya vasitələrinin rəhbərləri və müsabiqədə qalib olmuş jurnalistlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Fondun icraçı direktoru Vüqar Səfərli qonaqları və media təmsilçilərini salamlayaraq əlamətdar bayramlar ərəfəsinə təsadüf edən belə görüşlərin xoş ənənə halının aldığını bildirib. Ölkə rəhbərliyinin mediaya yüksək diqqət və qayğısından söz açan icraçı direktor bunun nəticəsi kimi Fondun son illərdə mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, kütləvi informasiya vasitələri ilə mərkəzi və yerli icra hakimiyyəti orqanları arasında münasibətlərin genişləndirilməsi, habelə mətbuat və teleradio məkanında ədəbi dilin qorunması məqsədilə həyata keçirdiyi çoxsaylı layihələr barədə məlumat verib.

İcraçı direktor Fondun ötən il gündəlik, günaşırı və həftəlik nəşr olunan 34 qəzetə maliyyə dəstəyi göstərdiyini, həmin qəzetlərdə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında nəzərdə tutulmuş 19 istiqamət üzrə yazıların dərc olunduğunu diqqətə çatdırıb.

Dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin potensialından səmərəli istifadəyə, jurnalistlərin peşəkarlığının artırılması və onların sosial müdafiəsinin gücləndirilməsi məsələlərinə xüsusi diqqət ayrıldığını deyən V.Səfərli Fondun 2015-ci ildə təkbaşına və digər qurumlarla birgə 11 fərdi jurnalist yazıları müsabiqəsi keçirdiyini bildirib: "Bu gün qaliblərinin mükafatlandırılmasına toplaşdığımız müsabiqə yanvarın 28-dən martın 4-dək davam edib. Müsabiqəyə 62 kütləvi informasiya vasisitəsindən 155 yazı təqdim edilib, yazılar 12 ekspert tərəfindən qiymətləndirilib. Yekun nəticələrə əsasən, hər istiqamət üzrə 6 nəfər, ümumilikdə 90 nəfər jurnalist qalib elan edilib. Müsabiqədə hər istiqamət üzrə I yer üçün 500 manat olmaqla 1, II yer üçün 400 manat olmaqla 2, III yer üçün 300 manat olmaqla 3 mükafatın verilməsi nəzərdə tutulub. Müsabiqədə ikinci və üçüncü yerləri tutmuş jurnalistlər martın 16-da Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə mükafatlandırılıblar. Bu gün isə biz müsabiqədə birinci yeri tutmuş 15 nəfər jurnalisti mükafatlandıracağıq".

2016-cı ildə də müxtəlif dövlət qurumları ilə birgə müsabiqələrin keçiriləcəyini diqqətə çatdıran icraçı direktor media nümayəndələrini Fondun Mədəniyyət və Turizm Nazirliyi ilə birgə elan etdiyi və hazırda davam edən müsabiqədə fəal iştiraka çağırıb.

Daha sonra söz Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Administrasiyanın ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənova verilib. Novruz bayramı münasibətilə qonaqları və mətbuat işçilərini təbrik edən Əli Həsənov Fondun fərdi jurnalist yazıları təşkil etməsini və qaliblərin təntənəli şəkildə mükafatlandırılmasını uğurlu ənənə kimi dəyərləndirib. Əli Həsənov bu müsabiqələrin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və sosial vəziyyətlərinin yaxşılaşdırılması baxımından əhəmiyyətini xüsusi qeyd edib. Azərbaycan Prezidenti İlham Əliyevin xalqımızı Novruz bayramı münasibətilə təbrik etdiyini bildirən Əli Həsənov qeyd edib ki, bu təbrikdə jurnalistlərin də payı var.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi 2016-cı ildə jurnalistlərə şəxsi həyatlarında və peşəkar fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb. Dövlətimizin başçısı İlham Əliyevin və Azərbaycan hökumətinin KİV-in cəmiyyətin həyatındakı rolunun artırılmasını daim diqqət mərkəzində saxladığını bildirən Əli Həsənov bundan sonra da bu sahəyə lazımi dəstəyin göstəriləcəyini qeyd edib.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi bildirib ki, jurnalistlərin cəmiyyətin müsbət harmoniyasının formalaşmasında mühüm xidmətləri var. Azərbaycan Prezidenti İlham Əliyevin vətəndaşlarımızın rifahının daha da yaxşılaşdırılmasını hər zaman diqqət mərkəzində saxladığını deyən Əli Həsənov bildirib ki, bu siyasətin də əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli liderin jurnalistlərə böyük önəm verdiyini bildirən Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi vurğulayıb ki, dahi şəxsiyyət jurnalistikanın inkişafı ilə bağlı mühüm qərarlar qəbul edib.

Sonra Fondun Novruz bayramı münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıblar (Qaliblərin siyahısı aşağıdakı cədvəldə təqdim olunur).

Mükafatlandırma mərasimindən sonra çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bu cür müsabiqənin keçirilməsini yüksək qiymətləndirib. Qeyd edib ki, belə tədbirlər jurnalistlərə yazılarını cəmiyyətə təqdim etmək baxımından da əhəmiyyətlidir. Azərbaycan jurnalistikasının cəmiyyətimizin həyatında mühüm rol oynadığını vurğulayan Əflatun Amaşov bildirib ki, milli mətbuatımız postneft dövrünü yaşayan ölkəmizdə aparılan islahatların cəmiyyətə dolğun və obyektiv şəkildə çatdırılmasında yaxından iştirak etməlidirlər.

Tədbirə yekun vuran Fondun icraçı direktoru rəsmi hissənin yekunlaşdığını bildirərək tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.

Sonra tədbir bədii hissə ilə davam etdirilib.




I İSTİQAMƏT

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

Yerlər

Müəllifin adı

Müəllifin işlədiyi KİV

və vəzifəsi

Yekun bal

1.

I

Əliyev Seymur Telman oğlu

"Hürriyyət" qəzetinin müxbiri

40,6

2.

II

Quliyev Namiq Abbasqulu oğlu

"Bakı-Xəbər" qəzetinin müxbiri

33,3

3.

II

Abdullayev Məsayim Hacıxan oğlu

"Xalq qəzeti"nin müxbiri

32,6

4.

III

Əhmədov İltifat Məhərrəm oğlu

"Lənkəran" qəzetinin redaktoru

(Lənkəran)

31,3

5.

III

Məmmədov Cabir Rza oğlu

"Səs" İnformasiya Agentliyinin müxbiri

30,6

6.

III

Qasımlı Orxan
İlyas oğlu

"Qərb İnformasiyası" qəzetinin şöbə müdiri (Şəmkir)

30,6

7.

İsmayılov Pərviz Saday oğlu

"Yeni Azərbaycan" qəzetinin müxbiri

30

8.

Abbaszadə Mahir Tapdıq oğlu

"Paralel" qəzetinin müxbiri

30

9.

Sultan Rüfət Nadir oğlu

"Mövqe" qəzetinin müxbiri

29,3


II İSTİQAMƏT

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması

Yerlər

Müəllifin adı

Müəllifin işlədiyi KİV

və vəzifəsi

Yekun bal

1.

I

Nərimanlı Asif Cəlal oğlu

"Publika.az" xəbər portalının müxbiri

38,6

2.

II

Əfəndiyev Pünhan Şövkət oğlu

"Üç nöqtə" qəzetinin redaktoru

34,6

3.

II

Rzayeva Məlahət Əli qızı

"Şərq" qəzetinin müxbiri

34

4.

III

Cəfərov Müşfiq Mirzə oğlu

"Respublika" qəzetinin müxbiri

32

5.

III

Qədimov Cavanşir Yusif oğlu

"Azad Azərbaycan" qəzetinin şöbə müdiri

31,3

6.

III

Əliyev İlham Yaylaqalı oğlu

"Səs" qəzetinin şöbə müdiri

31,3

7.

Mehtiyeva Səkinə Nizaməddin qızı

"Paralel" qəzetinin müxbiri

30

8.

Cürənov Ramiz Mikayıl oğlu

Azəri-Press Agentliyinin müxbiri

30

9.

Rəhimov Qalib Arif oğlu

"Polis" qəzetinin baş redaktoru

29,3


III İSTİQAMƏT

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında

həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın

ədalətli mövqeyinin müdafiə edilməsi

Yerlər

Müəllifin adı

Müəllifin işlədiyi KİV

və vəzifəsi

Yekun bal

1.

I

Paşa Elşad
Əlhüseyn oğlu

"Yeni Müsavat" qəzetinin müxbiri

39,3

2.

II

Əliyev Vüqar
Mükafat oğlu

"Mədəniyyət" qəzetinin redaktoru

36

3.

II

İsmayılova Tünzalə Eldar qızı

"Səs" qəzetinin müxbiri

34

4.

III

Tağıyeva Fənarə
Həsən qızı

"Təhsil problemləri" qəzetinin müxbiri

32

5.

III

Hüseynli Alim
Ziyadxan oğlu

"Olaylar" qəzetinin müxbiri

31,3

6.

III

Əmircanov Paşa
Çoban oğlu

"Xalq qəzeti"nin əməkdaşı

31,3

7.

Abasov Ceyhun
Abas oğlu

"525-ci qəzet"in müxbiri

30

8.

Məmmədov Namiq Məmməd oğlu

"Ekspress" qəzetinin müxbiri

30

9.

Namazov Elçin
Sabir oğlu

"İki sahil" qəzetinin bölmə müdiri

28


IV İSTİQAMƏT

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Yerlər

Müəllifin adı

Müəllifin işlədiyi KİV

və vəzifəsi

Yekun bal

1.

I

Əliyev Azad Akif oğlu

"Həftə içi" qəzetinin baş redaktorunun 1-ci müavini

37,3

2.

II

Temnikov Roman Vasilyeviç

"Kaspiy" qəzetinin şöbə müdiri

34,6

3.

II

Quliyev Mirbağır Baloğlan oğlu

"Xalq qəzeti"nin əməkdaşı

34

4.

III

Bağırlı Böyükxan Yadulla oğlu

"Yeni Gün" qəzetinin baş redaktoru

33,3

5.

III

Nəbili Emin Ağahüseyn oğlu

"Üç nöqtə" qəzetinin müxbiri

32

6.

III

Bayramov Nardar Məmməd oğlu

"Yeni Azərbaycan" qəzetinin müxbiri

31,3

7.

Əliyev Məhərrəm Ağalar oğlu

"İki sahil" qəzetinin müxbiri

28,6

8.

Səfərova Samirə Məmmədhənifə qızı

"Bakı-Xəbər" qəzetinin baş redaktor müavini

28,6

9.

İsgəndərov Hüseyn Şahbaz oğlu

"Unikal" qəzetinin radaktoru

27,3


V İSTİQAMƏT

Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya

ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata

keçirilən tədbirlərin işıqlandırılması

Yerlər

Müəllifin adı

Müəllifin işlədiyi KİV

və vəzifəsi

Yekun bal

1.

I

Bayramova Şəymən Elxan qızı

"Şərq" qəzetinin müxbiri

39,3

2.

II

Baxşəliyev Rəşad Fizuli oğlu

"Azərbaycan" qəzetinin müxbiri

38

3.

II

Cəfərova Səriyyə Müslüm qızı

"Bizim Yol" qəzetinin müxbiri

38

4.

III

İbrahimov İbrahim Bəxtiyar oğlu

"Zaqatala" qəzetinin redaktoru

(Zaqatala)

37,3

5.

III

Xəlilov Ruslan Qaçay oğlu

"Teleqraf.com" agentliyinin redaktoru

36

6.

III

Salahov Elxan İsa oğlu

"İki sahil" qəzetinin müxbiri

36

7.

Quliyeva Samirə Hüseyn qızı

"525-ci qəzet"nin müxbiri

33,6

8.

Zülfüqarova Hüsniyyə Zülfüqar qızı

"Təhsil Problemləri" qəzetinin şöbə müdiri

32,6


VI İSTİQAMƏT

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin,

elm və mədəniyyətinin təbliği

Yerlər

Müəllifin adı

Müəllifin işlədiyi KİV

və vəzifəsi

Yekun bal

1.

I

Məhərrəmova Təranə
Sərdar qızı

"Kaspi" qəzetinin müxbiri

42

2.

II

İmaməliyev Elçin Qalib oğlu

"Xalq Cəbhəsi" qəzetinin müxbiri

41,3

3.

II

Yusifova Dilşad Xaqani qızı

"Təhsil Problemləri" qəzetinin müxbiri

40,6

4.

III

Abdullayev Anar Bayram oğlu

"Şərq" qəzetinin redaktoru

40

5.

III

Maxsudova Lalə Ziyad qızı

"Qobustan" qəzetinin baş redaktoru

39,3

6.

III

Zeynalov Araz Məhər oğlu

"Gün.Az" İnformasiya Agentliyinin müxbiri

39,3

7.

Cavadov Nərman
Əhməd oğlu

"Respublika" qəzetinin şöbə müdiri

38,6

8.

Əliyev Anar Əliheybət oğlu

"Xalq qəzeti"nin əməkdaşı

38,6

9.

Ağayeva Vəfa Ətraf qızı

"525-ci qəzet"nin müxbiri

38

10.

Cəlilova Günel İsa qızı

"Bakı-Xəbər" qəzetinin müxbiri

37,3

11.

Məmmədli Rövşən Ulduz oğlu

"Ekspress" qəzetinin müxbiri

37,3

12.

Quliyev Rüstəm Aydın oğlu

"Hərbi And" qəzetinin müxbiri

36

13.

Mehtiyeva Rahilə İbrahim qızı

"4-cü Hakimiyyət" qəzetinin baş redaktoru

35,3

14.

Cəfərov Zahid İlham oğlu

"Yeni Azərbaycan" qəzetinin məsul redaktoru

34,6


VII İSTİQAMƏT

Azərbaycançılıq ideyasının təbliği

Yerlər

Müəllifin adı

Müəllifin işlədiyi KİV

və vəzifəsi

Yekun bal

1.

I

Abdullayev Hürrü Hüseynalı oğlu

"Olimpiya dünyası" qəzetinin məsul katibi

36

2.

II

Bağırova Aytən Şöhrəddin qızı

"Modern.az" xəbər portalının müxbiri

35,3

3.

II

Abbasov Tahir Heydər oğlu

"Mədəniyyət" qəzetinin müxbiri

34

4.

III

Mustafayev Əziz Salam oğlu

"Zaman-Azərbaycan" qəzetinin müxbiri

32

5.

III

İsgəndərov Araz Qurban oğlu

"The Business Times" qəzetinin müxbiri

31,3

6.

III

Qələndərov Nurlan Vəli oğlu

"Yeni Azərbaycan" qəzetinin müxbiri

31,3

7.

Bəşirova Şahnaz Saleh qızı

"Paralel" qəzetinin sosial-siyasət şöbəsinin müdiri

30,6

8.

Qocayev İsmayıl Arif oğlu

"Şərq" qəzetinin müxbiri

30

9.

Şahməmmədov Taleh Engilis oğlu

"İki sahil" qəzetinin müxbiri

29,3


VIII İSTİQAMƏT

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

Yerlər

Müəllifin adı

Müəllifin işlədiyi KİV

və vəzifəsi

Yekun bal

1.

I

Həsənov İsgəndər Aqil oğlu

"525-ci qəzet"in redaktoru

39,3

2.

II

Cəfərov Natiq Nəriman oğlu

"Kür" qəzetinin müxbiri

(Yevlax)

37,3

3.

II

İsrafilov Orxan Vahid oğlu

"İki Sahil" qəzetinin bölmə müdiri

36

4.

III

Əliyeva Fərəh Sabir qızı

"Cbc.az" saytının müxbiri

35,3

5.

III

Ağayev İlkin Ağahüseyn oğlu

"Palitra" qəzetinin şöbə müdiri

34,6

6.

III

Xudaşov Vidadi Xudayar oğlu

"Bakı-Xəbər" qəzetinin müxbiri

34

7.

Abdullayev Ayyət Əhməd oğlu

"Şərq" qəzetinin müxbiri

32,6

8.

Əhmədov Anar Məsub oğlu

"Olimpiya dünyası" qəzetinin şöbə müdiri

32

9.

Cəfərova Aygün Əzizağa qızı

"Kaspi" qəzetinin müxbiri

31,3


IX İSTİQAMƏT

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

Yerlər

Müəllifin adı

Müəllifin işlədiyi KİV

və vəzifəsi

Yekun bal

1.

I

Vəliyev Fariz Əhməd oğlu

"Mövqe" qəzetinin şöbə müdiri

38

2.

II

Hüseynzadə Fuad Abı oğlu

"Palitra" qəzetinin müxbiri

36

3.

II

Abbaslı Tahir Tapdıq oğlu

"Paralel" qəzetinin müxbiri

34,6

4.

III

Aslan Aqil İsmayıl oğlu

"Ekspress" qəzetinin müxbiri

34

5.

III

Əhədov Ehtibar Əliağa oğlu

"Aşkarlıq" qəzetinin baş redaktoru

(Lənkəran)

32,6

6.

III

İşikov Mavlud Murat oğlu

"Türküstan" qəzetinin müxbiri

31,3

7.

Salah Şəfayət Fərrux oğlu

"Kaspiy" qəzetinin müxbiri

30,6

8.

Cavadzadə Nərgiz Ehlam qızı

"Gündəlik Teleqraf" qəzetinin müxbiri

30

9.

İbrahimov Əli Zülfüqar oğlu

"Xalq Cəbhəsi" qəzetinin müxbiri

29,3

10.

Əkbərov Cavid Xudaverdi oğlu

"İki Sahil" qəzetinin müxbiri

28

11.

Bayramova Zümrüd Aləddin qızı

"Səs" qəzetinin şöbə müdiri

28


X İSTİQAMƏT

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

Yerlər

Müəllifin adı

Müəllifin işlədiyi KİV

və vəzifəsi

Yekun bal

1.

I

Həsənov Nəriman Rüstəm oğlu

Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri

38,6

2.

II

Kərimova Aynur Tofiq qızı

"Azernews" qəzetinin müxbiri

38

3.

II

Abdullayev Mübariz Əhməd oğlu

"Yeni Azərbaycan" qəzetinin müxbiri

37,3

4.

III

Allahyarov Mahir Cəlal oğlu

"Dönüş" qəzetinin baş redaktoru

(Saatlı)

36,6

5.

III

Hüseynova Səidə Bahadur qızı

"Media və Təhsil İnnovasiyaları" jurnalının redaktoru

36

6.

III

Bağırova Svetlana Bilal qızı

"Yeni Tərtər" qəzetinin baş redaktorunun müavini (Tərtər)

35,3

7.

Qaçayev İttifaq Məmmədcan oğlu

"Xalq qəzeti"nin əməkdaşı

34,6

8.

Əsədova Leyla Cahangir qızı

"Olimpiya dünyası" qəzetinin müxbiri

32,6

9.

Şahverdiyev Cavid Nadir oğlu

"Xalq Cəbhəsi" qəzetinin müxbiri

32,6

10.

Canbaxışlı Nahid Baxşəli oğlu

Vətəninfo.az İ.A-nin baş redaktoru

31,3

11.

Cəfərov Allahverdi Aydın oğlu

"Zaman-Azərbaycan" qəzetinin redaktor müavini

30,6

12.

Hacıyeva Minarə İsa qızı

"Səs" İnformasiya Agentliyinin şöbə müdiri

30

13.

Yusifov Ramiz Ənvər oğlu

"Respublika" qəzetinin müxbiri

30

14.

Həsənov Vaqif Cəlil oğlu

"Bakı-Xəbər" qəzetinin müxbiri

28,6

XI İSTİQAMƏT

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

Yerlər

Müəllifin adı

Müəllifin işlədiyi KİV

və vəzifəsi

Yekun bal

1.

I

Cəlilova İradə Məhəmmədağa qızı

"Ekspress" qəzetinin müxbiri

42,6

2.

II

İsbəndərov Amid Əyyub oğlu

"Unikal" qəzetinin müxbiri

38,6

3.

II

Şükürov Cavid Qədir oğlu

"525-ci qəzet"in müxbiri

38

4.

III

Quluyeva Zülfiyyə Telman qızı

"Mövqe.az" saytının müxbiri

36,6

5.

III

İbadov Suvar İnayət oğlu

Azərbaycan Dövlət İnformasiya Agentliyinin redaksiya müdiri

36

6.

III

Qasımov İlyas
Xurşud oğlu

"Şəmkir" qəzetinin redaktoru

(Şəmkir)

34,6

7.

Yusubov Yusif
Hacı oğlu

"Şərq" qəzetinin baş redaktorun 1-ci müavini

34

8.

Musayeva Zeynəb Əli qızı

"Kaspi" qəzetinin müxbiri

33,3

9.

Qəribli Məhəmmədəli Qərib oğlu

"Bakı-Xəbər" qəzetinin müxbiri

32

10.

Nurullayeva Nəzirə Rafiq qızı

"The Business Times" qəzetinin baş redaktoru

32

11.

Musayev Sərxan Tofiq oğlu

"Futbol+" qəzetinin müxbiri

32

12.

Hümmətov Aqşin Şahin oğlu

"Yeni Azərbaycan" qəzetinin şöbə redaktoru

30

13.

Bağırov Rəşad Bağır oğlu

"İki sahil" qəzetinin baş redaktorun müavini

28,6


XII İSTİQAMƏT

Ekologiya və ətraf mühitin mühafizəsi

Yerlər

Müəllifin adı

Müəllifin işlədiyi KİV

və vəzifəsi

Yekun bal

1.

I

Nəsirli Akif
Sovet oğlu

"Paralel" qəzetinin baş redaktor müavini

38,6

2.

II

Babayev Ağaddin Abdulla oğlu

APA İnformasiya Agentliyinin bölgə müxbiri

35,3

3.

II

Rəhimzadə Nail Arif oğlu

"İki sahil" qəzetinin bölmə müdiri

34

4.

III

Abdullayeva Nigar Nizami qızı

"Palitra" qəzetinin müxbiri

33,3

5.

III

Vasilyeva Viktoriya Viktorovna

"Kaspiy" qəzetinin müxbiri

31,3

6.

III

Məlikov Rüstəm Sadıq oğlu

"Qələbə" qəzetinin baş redaktoru (Salyan)

30,6

7.

Rəsulov Qvami Məhəbbət oğlu

"Zaman-Azərbaycan" qəzetinin müxbiri

30

8.

Salahov Mətləbəli Bayraməli oğlu

"Səs" qəzetinin məsul katibi

30

9.

Mehtiyeva Məhbubə Avtandil qızı

"Türküstan" qəzetinin müxbiri

29,3

10.

İsmayılbəyli Süleyman Nəbi oğlu

"Olaylar" qəzetinin müxbiri

29,3


XIII İSTİQAMƏT

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

Yerlər

Müəllifin adı

Müəllifin işlədiyi KİV

və vəzifəsi

Yekun bal

1.

I

Zeynalov Mahir Həmzə oğlu

"Xalq Cəbhəsi" qəzetinin redaktoru

41,3

2.

II

Məmmədli Səxavət Musa oğlu

"Həftə içi" qəzetinin müxbiri

40,6

3.

II

Cəfərov Vasif Məmməd oğlu

"Ekspress" qəzetinin müxbiri

38,6

4.

III

Bayramov Mübariz Ramiz oğlu

"Mövqe" qəzetinin müxbiri

33,3

5.

III

Cəfərov Namiq Arif oğlu

"Novoye Vremya" qəzetinin müxbiri

32,6

6.

III

Məmmədov Seymur Fərhad oğlu

"Day.Az" İnformasiya Agentliyinin baş redaktor müavini

31,3

7.

Əmirov Ömər Məhyəddin oğlu

"Publika.az" xəbər portalının müxbiri

30,6

8.

Məmmədova Mətanət Qüdrət qızı

"Mingəçevir" qəzetinin məsul katibi

(Mingəçevir)

29,3

9.

Muradov Elməddin Nadir oğlu

"Üç nöqtə" qəzetinin redaktoru

28

10.

Piriyev Ceyhun Muzahim oğlu

"İki sahil" qəzetinin müxbiri

27,3


XIV İSTİQAMƏT

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Yerlər

Müəllifin adı

Müəllifin işlədiyi KİV

və vəzifəsi

Yekun bal

1.

I

Məmmədova Sevinc
Hafis qızı

"İki Sahil" qəzetinin müxbiri

40

2.

II

Tağıyev İlqar
Vaqif oğlu

"Het-trik news" qəzetinin baş redaktoru

39,3

3.

II

Xankişiyeva İlhamə Əbülfət qızı

"Gündəlik Teleqraf" qəzetinin müxbiri

37,3

4.

III

İsmayılova İlahə İbad qızı

"Mingəçevir" qəzetinin müxbiri

(Mingəçevir)

36,6

5.

III

Abbasov Murtuza Sudeyib oğlu

"Paralel" qəzetinin baş redaktor müavini

36

6.

III

Hakıyeva Səadət Zifi qızı

"Olimpiya dünyası" qəzetinin şöbə müdiri

34

7.

Hümbətova Şəfa Nazim qızı

"Kaspi" qəzetinin müxbiri

33,3

8.

Sarıyeva İradə Murad qızı

"Bakı-Xəbər" qəzetinin müxbiri

32,6


XV İSTİQAMƏT

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və

vətənpərvərlik hisslərinin tərbiyəsi

Yerlər

Müəllifin adı

Müəllifin işlədiyi KİV

və vəzifəsi

Yekun bal

1.

I

İsmayılov Nadir Nəbi oğlu

"Yeni Azərbaycan" qəzetinin şöbə redaktoru

39,3

2.

II

Nurəliyeva Pərvin Ələmdar qızı

"525-ci qəzet"in xüsusi müxbiri

36,6

3.

II

Məmmədova Xəyalə Rəis qızı

"Kaspi" qəzetinin müxbiri

36

4.

III

Şirinova Arzu Xasay qızı

"Xalq Cəbhəsi" qəzetinin redaktoru

35,3

5.

III

Məmmədova Aynurə Kamil qızı

"Ekspress" qəzetinin müxbiri

35,3

6.

III

Mehdiyeva Ramilə Qardaşxan qızı

"Hərbi And" qəzetinin müxbiri

34

7.

Kərəmov Ramiz Əli oğlu

"Təhsil Problemləri" qəzetinin müxbiri

33,3

8.

Rəhimov Təbriz Kamal oğlu

"Həftə içi" qəzetinin redaktoru

33,3

9.

Miriyev Anar Barat oğlu

"Palitra" qəzetinin müxbiri

32,6

10.

İsmayılov Nicat İntiqam oğlu

"Zaman-Azərbaycan"

qəzetinin müxbiri

32,6

11.

İbrahimov Ramid Ələsgər oğlu

"Bizim Yol" qəzetinin müxbiri

31,3

12.

Nəsibova Xanım Hopal qızı

"Kür" qəzetinin müxbiri

(Yevlax)

30

13.

İsayev Məmməd Xəlil oğlu

"AZƏRTAC" İ.A.-nin bölmə müdiri

30