Fondun Müşahidə Şurasının iclası keçirilib - WWW.KIVDF.GOV.AZ
XƏBƏRLƏR16.03.2016

Fondun Müşahidə Şurasının iclası keçirilib



image

Martın 15-də Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitə­lərinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növ­bəti iclası ke­çi­ril­­ib. İclası giriş sözü ilə açan Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev gündəlik barədə məlumat verib:

1. Fondun Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrinin müzakirəsi və qaliblərin mükafatlandırılması;

2. Cari məsələlər.

Müşahidə Şurasının sədri gündəlikdə duran birinci məsələ barədə məlumat vermək üçün sözü icraçı direktor Vüqar Səfərliyə verib. İcraçı direktor gündəlikdəki məsələ ilə bağlı geniş məlumat verərək müsabiqənin 2016-cı il yanvarın 28-dən martın 4-dək, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 15 istiqamət üzrə keçirildiyini bildirib. Müsabiqəyə 62 kütləvi informasiya vasitəsindən 155 yazının təqdim edildiyini diqqətə çatdıran Vüqar Səfərli yazıların 12 ekspert tərəfindən qiymətləndirildiyini vurğulayıb.

Sonra müsabiqənin ekspertlərin rəyləri əsasında hazırlanmış yekun nəticələri iclasın müzakirəsinə təqdim edilib. Müşahidə Şurası üzvlərindən - Vüqar Rəhimzadə Əflatun Amaşov, Rəşad Məcid, Müşfiq Ələsgərli və İntiqam Hümbətov Fondun keçirdiyi müsabiqələrin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, yaradıcı əməyini stimullaşdırılması və sosial vəziyyətlərinin yaxşılaşdırılması baxımından əhəmiyyətini qeyd ediblər.

Müzakirələrin yekununda müsabiqənin şərtlərinə uyğun olaraq 15 istiqamətin hər biri üzrə 6 yazı müəllifi qalib elan edilib, ümumilikdə 90 nəfər jurnalistin mükafatlandırılması haqqında qərar qəbul olunub. Müsabiqənin şərtlərinə əsasən, hər istiqamət üzrə I yerin qaliblərinə 500, II yerlər üçün 400, III yerlər üçün 300 manat mükafatın verilməsi nəzərdə tutulub.

İclasda cari məsələlər ətrafında da müzakirələr aparılıb. İcraçı direktor Vüqar Səfərli Fondun yaxın perspektiv üçün fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.