Fondun Suraxanı RİH-lə birgə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb - WWW.KIVDF.GOV.AZ
XƏBƏRLƏR24.02.2016

Fondun Suraxanı RİH-lə birgə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb



image

Fevralın 23-də Suraxanı rayonunda 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş hesabat iclası keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə elan etdikləri "Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.

Hesabat iclasında Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Fondun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclisin deputatları - Ağacan Abıyev, Sevinc Fətəliyeva, rayonun idarə, müəssisə və təşkilatlarının, habelə 30-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini ehtiramla anıblar. Ümummilli liderin adını daşıyan parkda təşkil olunmuş ağacəkmə kampaniyasında iştirak edən tədbir iştirakçıları daha sonra rayon icra hakimiyyətinin rəsm qalereyasında ötən ilin iqtisadi göstəricilərini əks etdirən stendlərə baxıb, rayonun sənaye müəssisələrinin istehsal etdiyi məhsullarla tanış olublar.

Hesabat iclasında geniş məruzə ilə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti 2015-ci ildə respublikamızın bütün bölgələrinin, o cümlədən Suraxanı rayonunun iqtisadi, sosialvə mədəni sahələrdə dinamik inkişafını təmin edib. Ötən il ölkə başçısının rayona 5 dəfə səfər etdiyini bildirən icra hakimiyyətinin başçısı bu yüksək diqqət və qayğının nəticəsi kimi rayonda abadlıq-quruculuq və yenidənqurma işlərinin geniş vüsət aldığını, vətəndaşları qayğılandıran problemlərin həlli istiqamətində əsaslı tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

İlqar Abbasov məruzəsində "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” ilə qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində həyata keçirilən tədbirlər, sahibkarlığın inkişafının dəstəklənməsi nəticəsində yeni açılan müəssisələr, habelə sosial, iqtisadi, mədəni sahələrdə əldə olunan uğurlar barədə də ətraflı məlumat verib.

Hesabat iclasında ölkə başçısının 2015-ci ildə Suraxanı rayonuna səfərlərindən, yeni açılmış müəssisə və obyektlərin fəaliyyətindən, habelə həyata keçirilmiş infrastruktur layihələrindən bəhs edən film nümayiş olunub.

Sonra hesabat məruzəsi ətrafında geniş müzakirələr aparılıb. Çıxış edən Milli Məclisin deputatları - Ağacan Abıyev, Sevinc Fətəliyeva, habelə ayrı-ayrı idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri 2015-ci ildə əldə olunmuş nailiyyətlərdən və bu il qarşıda duran vəzifələrdən söz açıblar. Suraxanı RİH-in Operativ İdarəetmə Mərkəzinin imkanlarından istifadə edilərək internet vasitəsilə rayonun icra nümayəndəlikləri ilə real vaxt rejimində videobağlantı yaradılıb və sakinləri maraqlandıran suallar cavablandırılıb. Suraxanı RİH-in başçısı rayon sakinlərini qayğılandıran problemlərin həlli ilə bağlı xidmət təşkilatlarının rəhbərlərinə konkret tapşırıqlar verib.

Hesabat iclasında çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev ötən il bütün dünyada qlobal böhranın dərinləşməsinə baxmayaraq, Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi uğurları konkret statistik göstəricilər əsasında diqqətə çatdırıb.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov son illər rayon icra hakimiyyəti ilə jurnalistlər arasında sıx və məhsuldar əlaqələrin qurulduğunu bildirib. Fərdi jurnalist yazıları müsabiqələrinin əhəmiyyətini xüsusilə qeyd edən rayon icra hakimiyyətinin başçısı müsabiqənin yekun nəticələri barədə danışmaq üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib.

İcraçı direktor tədbir iştirakçılarını salamlayaraq 2015-ci ilin ölkəmiz üçün bir sıra əlamətdar hadisələrlə zəngin olduğunu bildirib və bu baxımdan tarixdə ilk dəfə Bakıda keçirilmiş ilk Avropa Oyunlarının əhəmiyyətini xüsusilə qeyd edib. Vüqar Səfərli Avropa Oyunlarının məşəlinin Suraxanı rayonunda yerləşən Atəşgah məbədində alovlandırılmasını hər bir rayon sakini üçün qürur doğuran hadisə kimi qiymətləndirib. Ölkə başçısının xüsusi diqqət və qayğısı nəticəsində rayonun hərtərəfli inkişaf və müasirləşmə yolunda olduğunu deyən icraçı direktor hesabat iclasında səslənən fikirlərdə, habelə nümayiş olunan filmdə bunun bir daha real təsdiqini tapdığını bildirib. İcraçı direktor qazanılmış mühüm nailiyyətlərə görə rayon rəhbərliyini və ictimaiyyətini təbrik edərək onlara gələcək işlərində uğurlar arzulayıb.

2015-ci ilin Azərbaycan jurnalistikası üçün də əlamətdar il olduğunu vurğulayan Vüqar Səfərli ölkə başçısının sərəncamları ilə milli mətbuatın yaranmasının 140 illik yubileyinin təntənəli şəkildə qeyd olunduğunu, 180 nəfər jurnalistin fəxri ad, orden və medallarla təltif edildiyini diqqətə çatdırıb. İcraçı direktor ölkə rəhbərliyinin diqqət və qayğısı ilə ötən il Fondun kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin peşəkarlığının yüksəldilməsi, yaradıcı əməyinin stimullaşdırılması və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətlərində həyata keçirdiyi layihələr barədə də məlumat verib.

Vüqar Səfərli müasir dövrdə informasiyanın hər bir insanın həyatında və ümumən cəmiyyətdə oynadığı mühüm rolu xüsusi diqqətə çəkərək ölkə jurnalistlərini peşə fəaliyyətlərində məsuliyyətli və diqqətli olmağa, yoxlanılmamış, həqiqəti əks etdirməyən məlumatlar yaymaqdan çəkinməyə çağırıb. İcraçı direktor bildirib ki, dünya iqtisadiyyatına mənfi təsir göstərən və Azərbaycandan da yan keçməyən qlobal böhran şəraitində KİV-in qarşısında ictimaiyyəti obyektiv və qərəzsiz informasiya ilə təmin etmək, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu antiböhran tədbirlərinin mahiyyətini insanlara dolğun şəkildə izah etmək kimi vacib vəzifələr dayanır.

Çıxışını davam etdirən Vüqar Səfərli Fondun ötən il kütləvi informasiya vasitələri ilə yerli və mərkəzi icra hakimiyyəti orqanları arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər, habelə fərdi jurnalist yazıları müsabiqələri barədə də ətraflı məlumat verib. İcraçı direktor ötən il Fondun təkbaşına və digər qurumlarla birgə keçirdiyi 11 müsabiqədə 700-dən çox jurnalistin iştirak etdiyini, 450 nəfərə yaxın jurnalistin qalib olduğunu diqqətə çatdırıb.

Vüqar Səfərli Fondun Suraxanı Rayon İcra Hakimiyyəti ilə 2015-ci il noyabrın 24-dən 2016-cı il yanvarın 15-dək keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinə 31 kütləvi informasiya vasitəsindən 54 yazının daxil olduğunu, yazıların 6 ekspert tərəfindən qiymətləndirildiyini diqqətə çatdırıb. Vüqar Səfərli müsabiqənin şərtlərinə görə 6 nəfər jurnalistin əsas, 10 nəfər jurnalistin həvəsləndirici mükafata layiq görüldüyünü, ümumilikdə 16 nəfərin mükafatlandırılması barədə qərarın qəbul olunduğunu bildirib.

Vüqar Səfərli media ilə əməkdaşlığın inkişafında fəal roluna görə Suraxanı rayonunun rəhbərliyinə təşəkkürünü bildirərək bu ənənənin gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu qeyd edib.

Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib (qaliblərin siyahısı aşağıdakı cədvəldə təqdim olunur).

İclasa yekun vuran Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov öz növbəsində jurnalistlərlə səmərəli əməkdaşlığa və birgə müsabiqələrin təşkilinə görə Fondun rəhbərliyinə təşəkkürünü bildirib.

Hesabat iclasının sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.

Yerlər

Müəllifin adı

Müəllifin işlədiyi KİV

Orta bal

1.

I yer

Cəlilova İradə Məhəmmədağa qızı

"Ekspress" qəzetinin müxbiri

21

2.

II yer

Quluyeva Zülfiyyə Telman qızı

"Mövqe.az” saytının müxbiri

20.6

3.

II yer

Bayramov Vaqif
Binyat oğlu

"Xalq qəzeti"nin müxbiri

20.3

4.

III yer

Rəşidova İlhamə
Rafael qızı

"Azadinform" Müstəqil İnformasiya Agentliyinin müxbiri

20

5.

III yer

Abdullayev Mübariz Əhməd oğlu

"Yeni Azərbaycan" qəzetinin müxbiri

20

6.

III yer

İsmayılbəyli Süleyman Nəbi oğlu

"Olaylar" qəzetinin müxbiri

19.6

7.

Həvəsləndirici

Bayramova Zümrüd Aləddin qızı

"Səs" qəzetinin şöbə müdiri

19.3

8.

Həvəsləndirici

Abasov Ceyhun
Abas oğlu

"525-ci qəzet"in müxbiri

19

9.

Həvəsləndirici

Namazov Elçin
Sabir oğlu

ki sahil" qəzetinin bölmə müdiri

19

10.

Həvəsləndirici

Zülfüqarova Hüsniyyə Zülfüqar qızı

"Təhsil problemləri" qəzetinin şöbə müdiri

19

11.

Həvəsləndirici

Xudaşov Vidadi
Xudayar oğlu

"Bakı-Xəbər" qəzetinin müxbiri

18.6

12.

Həvəsləndirici

Əliyev Vüqar
Mükafat oğlu

"Mədəniyyət" qəzetinin redaktoru

18.6

13.

Həvəsləndirici

Hüseynova Pərvanə
Rafiq qızı

"The Business Times" qəzetinin müxbiri

18.6

14.

Həvəsləndirici

Məmmədov Əsəd
Fehruz oğlu

Azərbaycan Dövlət İnformasiya Agentliyinin bölmə müdiri

18.6

15.

Həvəsləndirici

Məmmədli Bəxtiyar Feruz oğlu

"Gündəlik Teleqraf" qəzetinin müxbiri

18.3

16.

Həvəsləndirici

Hümbətova Şəfa
Nazim qızı

"Kaspi" qəzetinin müxbiri

18.3

17.

Cəlilova Günel
İsa qızı

"Bakı-Xəbər" qəzetinin müxbiri

18

18.

İsmayılov Pərviz
Saday oğlu

"Yeni Azərbaycan" qəzetinin müxbiri

18

19.

Səfərova Samirə Məmmədhənifə qızı

"Bakı-Xəbər" qəzetinin baş redaktor müavini

18

20.

Rəhimov Təbriz
Kamal oğlu

"Həftə içi" qəzetinin redaktoru

18

21.

Mustafayev Əziz
Salam oğlu

"Zaman Azərbaycan" qəzetinin müxbiri

18

22.

Vəliyev Fariz
Əhməd oğlu

"Mövqe" qəzetinin şöbə müdiri

18

23.

Məmmədov Namiq Məmməd oğlu

"Ekspress" qəzetinin müxbiri

18

24.

Həsənov Vaqif
Cəlil oğlu

"Bakı-Xəbər" qəzetinin müxbiri

18

25.

Bayramov Mübariz Ramiz oğlu

"Mövqe" qəzetinin müxbiri

18

26.

Sultan Rüfət
Nadir oğlu

"Mövqe" qəzetinin müxbiri

17.6

27.

Sarıyeva İradə
Murad qızı

"Bakı-Xəbər" qəzetinin müxbiri

17.6

28.

Cəfərov Müşfiq
Mirzə oğlu

"Respublika" qəzetinin baş müxbiri

17.6

29.

Hüseynli Alim
Ziyadxan oğlu

"Olaylar" qəzetinin müxbiri

17.3

30.

Kərəmov Ramiz
Ə
li oğlu

"Təhsil Problemləri" qəzetinin müxbiri

17.3

31.

Əliyev Məhərrəm
Ağalar oğlu

ki sahil" qəzetinin müxbiri

17

32.

Kərimova Aynur
Tofiq qızı

"Azernews" qəzetinin müxbiri

16.6

33.

Ağayeva Vəfa Ətraf qızı

"525-ci qəzet"in müxbiri

16.6

34.

Bəşirova Şahnaz
Saleh qızı

"Paralel" qəzetinin şöbə müdiri

16.6

35.

Bayramlı Elçin
Bayram oğlu

"Azadinform" İnformasiya Agentliyinin redaktoru

16.6

36.

İbrahimov Ramid Ələsgər oğlu

"Bizim Yol" qəzetinin müxbiri

16.3

37.

Məmmədov Seymur Fərhad oğlu

"Day.az” İnformasiya portalının baş redaktor müavini

16.3

38.

Hüseynova Səidə Bahadur qızı

"Media və Təhsil İnnovasiyaları" jurnalının redaktoru

16.3

39.

Qəribli Məhəmmədəli Qərib oğlu

"Bakı-Xəbər" qəzetinin müxbiri

16

40.

Xəlilova Tamilə Xəlilovna

"Kaspiy" qəzetinin müxbiri

16

41.

Yusifova Dilşad
Xaqani qızı

"Təhsil Problemləri" qəzetinin müxbiri

16

42.

Məmmədli Rövşən
Ulduz oğlu

"Ekspress" qəzetinin müxbiri

15.6

43.

İsgəndərov Araz
Qurban oğlu

"The Business Times" qəzetinin müxbiri

15.3

44.

Abdullayev Ayyət
Əhməd oğlu

"Şərq" qəzetinin müxbiri

15.3

45.

Abbaszadə Mahir
Tapdıq oğlu

"Paralel" qəzetinin müxbiri

15.3

46.

Cəfərova Aygün
Əzizağa qızı

"Kaspi" qəzetinin müxbiri

15.3

47.

Nəsirli Akif
Sovet oğlu

"Paralel" qəzetinin redaktoru

15

48.

Ədilzadə Ədil Tahir oğlu

dalət" qəzetinin şöbə müdiri

14.6

49.

Rəhimzadə Nail Arif oğlu

ki Sahil" qəzetinin bölmə müdiri

14.6

50.

Miriyev Anar Barat oğlu

"Palitra" qəzetinin müxbiri

14.3

51.

Əliyev Azad
Akif oğlu

"Həftə içi" qəzetinin baş redaktorun I müavini

14.3

52.

Əhmədov Anar
Məsub oğlu

"Olimpiya dünyası" qəzetinin şöbə müdiri

13.6

53.

Quluyev Namiq Abbasqulu oğlu

"Bakı-Xəbər" qəzetinin müxbiri

13.3

54.

İbrahimov Əli
Zülfüqar oğlu

"Xalq Cəbhəsi" qəzetinin müxbiri

13