Fondun Nizami RİH-lə birgə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb - WWW.KIVDF.GOV.AZ
XƏBƏRLƏR10.02.2016

Fondun Nizami RİH-lə birgə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb



image

Fevralın 10-da Nizami Rayon İcra Hakimiyyətinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş hesabat iclası keçirilib. Tədbirdə, həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Nizami Rayon İcra Hakimiyyətinin birgə elan etdikləri "Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Fondun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclisin deputatları - Sədaqət Vəliyeva, Rüfət Quliyev, Rasim Musabəyov, Flora Qasımova, eləcə də rayonun müxtəlif idarə, müəssisə və təşkilatlarının, ölkənin 30-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak ediblər.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tədbiri giriş sözü ilə açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər Nizami rayonunun sürətli inkişaf yolu keçdiyini vurğulayıb. İcra Hakimiyyətinin başçısı 2015-ci ildə rayon iqtisadiyyatının müxtəlif sahələrində əldə olunmuş nailiyyətləri statistik rəqəmlər əsasında diqqətə çatdıraraq, tədbir iştirakşılarını rayonun sosial-iqtisadi, mədəni və humanitar sahələrdəki uğurlarından bəhs edən filmə baxmağa dəvət edib.

Hesabat xarakterli filmdə qlobal böhran şəraitində ötən il rayon iqtisadiyyatının müxtəlif sahələrində əldə olunmuş mühüm uğurlardan, sahibkarlığın inkişafına xidmət edən tədbirlərdən, iri istehsal və emal müəssisələrinin fəaliyyətindən bəhs olunub. Nizami rayonunun abadlıq-quruculuq, eləcə də təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əldə etdiyi nailiyyətlər konkret fakt və görüntülər əsasında tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Hesabat iclasında çıxış edən Milli Məclisin deputatları - Sədaqət Vəliyeva, Flora Qasımova, Rasim Musabəyov qlobal böhran şəraitində müstəqil respublikamızın bütün sahələrdə dinamik inkişaf yolu keçdiyini, qlobal layihələrin icrasının davam etdirildiyini, mühüm sosial layihələrin reallaşdırıldığını diqqətə çatdırıblar. Natiqlər ölkə başçısının antibohran proqramının reallaşdırılması üçün qarşıda duran vəzifələrdən söz açıb, habelə Nizami RİH-in 2015-ci ilin yekunlarına həsr olunmuş hesabatını qənaətbəxş dəyərləndiriblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Adiministrasiyasının məsul işçisi Tağı Tağıyev ötən ilin respublikamız üçün uğurlu olduğunu, müxtəlif sahələrdə mühüm nailiyyətlərin qazanıldığını konkret faktlar əsasında tədbir iştirakçılarının diqqətinə çatdırıb, habelə Nizami rayonunda görülmüş işləri yüksək qiymətləndirib.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov rayonda görülən işlərin, əldə olunmuş uğurların və nöqsanların ictimaiyyətə obyektiv şəkildə çatdırılmasında kütləvi informasiya vasitələrinin rolunu yüksək dəyərləndirib. Fondla birgə təşkil olunan fərdi jurnalist müsabiqələrinin əhəmiyyətini bu baxımdan xüsusilə qeyd edən rayon icra hakimiyyətinin başçısı müsabiqənin yekun nəticələri barədə danışmaq üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib.

İcraçı direktor tədbir iştirakçılarını salamlayaraq bildirib ki, hesabat iclasında nümayiş olunan filmdə əksini tapmış makroiqtisadi göstəricilər Nizami rayonunun ötən il sürətli inkişaf yolu keçdiyini bir daha təsdiqləyir.

Tarixə çevrilmiş 2015-ci ilin Azərbaycan üçün bir sıra hadisələrlə əlamətdar olduğunu deyən Vüqar Səfərli ölkəmizdə ilk Avropa Oyunlarının təşkilini, Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncamlarla milli mətbuatın 140 illik yubiley tədbirlərinin təşkil olunduğunu, 180 nəfər jurnalistin fəxri ad, orden, medal və fəxri diplomlarla təltif edildiyini diqqətə çatdırıb. İcraçı direktor Fondun 2015-ci ildə KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, ölkə jurnalistlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, sosial vəziyyətlərinin yaxşılaşdırılması və digər proritet istiqamətlərdə gerçəkləşdirdiyi layihələr barədə ətraflı məlumat verib.

Vüqar Səfərli həmçinin bildirib ki, fərdi jurnalist yazıları müsabiqələrinin təşkilində məqsəd mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə KİV-lər arasında əlaqələrin genişləndirilməsi, görülən işlərin ictimaiyyətə dolğun və obyektiv şəkildə çatdırılması, habelə jurnalistlərin yaradıcı əməyinin stimullaşdırılmasıdır.

Fondun Nizami RİH-lə birgə indiyədək 4-cü dəfə fərdi jurnalist yazıları müsabiqəsi təşkil etdiyini diqqətə çatdıran Vüqar Səfərli 2015-ci il noyabrın 25-dən 2016-cı il yanvarın 21-dək davam etmiş sonuncu müsabiqəyə 27 kütləvi informasiya vasitəsindən 48 yazının təqdim edildiyini bildirib. İcraçı direktor ekspertlərin rəyinə əsasən, müsabiqə üzrə 6 nəfər jurnalistin əsas, 10 nəfər jurnalistin həvəsləndirici mükafata layiq görüldüyünü, ümumilikdə 16 nəfər jurnalistin mükafatlandırılması barədə qərarın qəbul olunduğunu qeyd edib.

V.Səfərli çıxışının sonunda Fondla səmərəli əməkdaşlığına görə Nizami RİH-in rəhbərliyinə minnətdarlığını bildirib, habelə belə tədbirlərin gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu vurğulayıb.

Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib (Müsabiqə qaliblərinin siyahısı aşağıdakı cədvəldə təqdim olunur).

Hesabat iclasının sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.


Yerlər

Müəllifin adı

Müəllifin işlədiyi KİV

və vəzifəsi

Orta bal

1

I yer

Əliyev Məğrur Möhtərəm oğlu

"Kaspi" qəzetinin baş redaktorunun I müavini

21.3

2

II yer

Məmmədov Seymur Fərhad oğlu

"Day.az İnformasiya portalının baş redaktor müavini

21

3

II yer

Cəlilova Günel İsa qızı

"Bakı-Xəbər" qəzetinin müxbiri

20.6

4

III yer

Sultan Rüfət Nadir oğlu

"Mövqe" qəzetinin müxbiri

20.3

5

III yer

Abdullayev Ayyət Əhməd oğlu

"Şərq" qəzetinin müxbiri

20

6

III yer

Quliyeva Samirə Hüseyn qızı

"525-ci qəzet"nin müxbiri

20

7

Həvəsləndirici

Yusifova Dilşad Xaqani qızı

"Təhsil Problemləri" qəzetinin müxbiri

19.6

8

Həvəsləndirici

İsrafilov Orxan Vahid oğlu

"İki sahil" qəzetinin bölmə müdiri

19.6

9

Həvəsləndirici

İbrahimov Əli Zülfüqar oğlu

"Xalq Cəbhəsi" qəzetinin müxbiri

19.3

10

Həvəsləndirici

Temnikov Roman Vasilyeviç

"Kaspiy" qəzetinin müxbiri

19.3

11

Həvəsləndirici

Canbaxışlı Nahid Baxşəli oğlu

Vətəninfo.az İnformasiya Agentliyinin baş redaktoru

19

12

Həvəsləndirici

İsmayılbəyli Süleyman Nəbi oğlu

"Olaylar" qəzetinin müxbiri

18.6

13

Həvəsləndirici

Xankişiyeva İlhamə Əbülfət qızı

"Gündəlik Teleqraf" qəzetinin müxbiri

18.6

14

Həvəsləndirici

Miriyev Anar Barat oğlu

"Palitra" qəzetinin müxbiri

18.3


15

Həvəsləndirici

Məmmədli Rövşən Ulduz oğlu

"Ekspress" qəzetinin müxbiri

18.3

16

Həvəsləndirici

Qələndərov Nurlan Vəli oglu

"Yeni Azərbaycan" qəzetinin müxbiri

18

17

Sarıyeva İradə Murad qızı

"Bakı-Xəbər" qəzetinin müxbiri

17.6

18

Abbaslı Adəm Famil oğlu

"Azadinform" İnformasiya Agentliyinin müxbiri

17.6

19

Zülfüqarova Hüsniyyə Zülfüqar qızı

"Təhsil Problemləri" qəzetinin şöbə müdiri

17.6

20

Şahverdiyev Cavid Nadir oğlu

"Xalq Cəbhəsi" qəzetinin müxbiri

17.6

21

Qəribli Məhəmmədəli Qərib oğlu

"Bakı-Xəbər" qəzetinin müxbiri

17.6

22

Əfəndiyev Pünhan Şövkət oğlu

"Üç nöqtə" qəzetinin redaktoru

17.6

23

Bayramov Mübariz Ramiz oğlu

"Mövqe" qəzetinin müxbiri

17.6

24

Mustafayev Əziz Salam oğlu

"Zaman-Azərbaycan" qəzetinin müxbiri

17.6

25

Əliyev Azad Akif oğlu

"Həftə içi" qəzetinin baş redaktor müavini

17.6

26

Cəfərov Zahid İlham oğlu

"Yeni Azərbaycan" qəzetinin redaktoru

17.3

27

Hüseynova Pərvanə Rafiq qızı

"The Business Times"qəzetinin müxbiri

17.3

28

Səfərova Samirə Məmmədhənifə qızı

"Bakı-Xəbər" qəzetinin baş redaktor müavini

17.3

29

Kərəmov Ramiz Əli oğlu

"Təhsil Problemləri" qəzetinin müxbiri

17.3

30

Quliyev Namiq Abbasqulu oğlu

"Bakı-Xəbər" qəzetinin müxbiri

17

31

Həsənov Vaqif Cəlil oğlu

"Bakı-Xəbər" qəzetinin müxbiri

17

32

Bağırov Rəşad Bağır oğlu

"İki sahil" qəzetinin baş redaktor müavini

17

33

Abdullayev Hürrü Hüseynalı oğlu

"Olimpiya dünyası" qəzetinin müxbiri

17

34

Vəliyev Fariz Əhməd oğlu

"Mövqe" qəzetinin şöbə müdiri

17

35

Hüseynli Alim Ziyadxan oğlu

"Olaylar" qəzetinin müxbiri

17

36

Əmirov Ömər Məhyəddin oğlu

"Publika.az” xəbər portalının müxbiri

17

37

Şükürov Cavid Qədir oğlu

"525-ci qəzet"in müxbiri

16.6

38

Cəfərov Müşfiq Mirzə oğlu

"Respublika" qəzetinin müxbiri

16.3

39

Məmmədov Namiq Məmməd oğlu

"Ekspress" qəzetinin müxbiri

16.3

40

Abbaszadə Mahir Tapdıq oğlu

"Paralel" qəzetinin müxbiri

16.3

41

Xudaşov Vidadi Xudayar oğlu

"Bakı-Xəbər" qəzetinin müxbiri

16

42

Bəşirova Şahnaz Saleh qızı

"Paralel" qəzetinin şöbə müdiri

16

43

İbrahimov Ramid Ələsgər oğlu

"Bizim Yol" qəzetinin müxbiri

16

44

Əliyev Məhərrəm Ağalar oğlu

"İki sahil" qəzetinin müxbiri

15.6

45

Quliyev Mirbağır Baloğlan oğlu

"Xalq" qəzetinin müxbiri

15.6

46

Rəhimov Təbriz Kamal oğlu

"Həftə içi" qəzetinin redaktoru

15.3

47

Nəsirli Akif Sovet oğlu

"Paralel" qəzetinin baş redaktor müavini

15.3

48

İbrahimova Vüsalə İlyas qızı

"The Business Times"qəzetinin müxbiri

14.3























Bu yazı 635 dəfə oxunmuşdur.