Ümumdünya Statistika Gününə həsr olunmuş fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb - WWW.KIVDF.GOV.AZ
XƏBƏRLƏR19.10.2015

Ümumdünya Statistika Gününə həsr olunmuş fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb



image

Oktyabrın 19-da Dövlət Statistika Komitəsində 20 oktyabr - Ümümdünya Statistika Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir çərçivəsində, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Dövlət Statistika Komitəsinin birgə elan etdikləri "Daha təkmil statistika - daha yaxşı həyat" mövzusunda müsabiqənin yekun nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.

Tədbirdə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Fondun icraçı direktoru Vüqar Səfərli, komitənin məsul şəxsləri, ölkənin 30-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak ediblər.

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov tədbiri giriş sözü ilə açaraq BMT Baş Assambleyasının müvafiq qətnaməsi ilə 20 oktyabr tarixinin Ümumdünya Statistika Günü elan edilməsini mühüm hadisə kimi dəyərləndirib. Komitə sədri Azərbaycanın "Ümumdünya Statistika Günü”nün qeyd olunmasına xüsusi önəm verdiyini və BMT Baş Assambleyasının qəbul etdiyi qətnaməyə həmmüəllif kimi qoşulduğunu diqqətə çatdırıb. O, sözügedən qətnamənin və BMT Baş Katibi Pan Gi Munun dünya ölkələrinin başçılarına, o cümlədən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciətinin nəzərə alınaraq Ümumdünya Statistika Günü ilə bağlı respublikamızda da silsilə tədbirlərin həyata keçirildiyini vurğulayıb. T.Budaqov ölkə başçısının 17 oktyabr 2015-ci il tarixli sərəncamları ilə ölkə statistikasının inkişafında xidmətlərinə görə bir qrup komitə əməkdaşının fəxri adlara layiq görülmələrini bu sahəyə yüksək diqqət və qayğının əyani təzahürü kimi dəyərləndirib.

T.Budaqov 30 sentyabr 2015-ci il tarixdə Komitədə təsdiq edilmiş Tədbirlər Planına əsasən bir sıra mühüm tədbirlərin reallaşdırıldığını, habelə "Statistika Xəbərləri" adlı elmi-praktiki jurnalın təsis edildiyini diqqətə çatdırıb. Bildirib ki, Ümumdünya Statistika Günü ərəfəsində həyata keçirilmiş mühüm tədbirlərdən biri də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə "Daha təkmil statistika - daha təkmil həyat" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin elan edilməsi olub.

Komitə sədri daha sonra tədbir iştirakçılarını Dövlət Statistika Komitəsinin fəaliyyətindən bəhs edən filmə baxmağa dəvət edib. Hesabat xarakterli filmdə Azərbaycan statistikasının keçdiyi tarixi inkişaf yolundan, ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahəyə diqqət və qayğısından, statistika sahəsində qəbul edilmiş dövlət proqramlarından, fərman və sərəncamlardan, habelə əldə olunan uğurlardan ətraflı bəhs olunub.

Komitənin "Məlumatların yayılması" şöbəsinin müdiri Rafael Süleymanov 2015-ci ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatının müxtəlif sahələrində əldə edilmiş nailiyyətləri əks etdirən geniş məruzə ilə çıxış edib. Sonra media nümayəndələrini maraqlandıran suallar komitənin məsul vəzifəli şəxsləri tərəfindən cavablandırılıb.

Dövlət Statistika Komitəsinin sədri T.Budaqov statistika sahəsində həyata keçirilən islahatların, habelə əldə olunmuş uğurların ictimaiyyətə dolğun şəkildə çatdırılmasında kütləvi informasiya vasitələrinin rolunu da yüksək dəyərləndirib. Fərdi jurnalist yazıları müsabiqələrinin əhəmiyyətini bu baxımdan xüsusilə qeyd edən T.Budaqov keçirilmiş müsabiqənin yekun nəticələri barədə danışmaq üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib.

Fondun icraçı direktoru Vüqar Səfərli çıxışında tədbir iştirakçılarını salamlayaraq Ümumdünya Statistika Günü münasibətilə komitənin rəhbərliyini və kollektivini, o cümlədən ölkə başçısının müvafiq sərəncamları ilə təltif edilmiş əməkdaşlarını təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. İcraçı direktor bildirib ki, tədbirdə nümayiş olunan film qısa zaman ərzində statistika orqanlarının fəaliyyətində əsaslı dönüşün yarandığını və qurumda ciddi islahatların həyata keçirildiyini göstərir.

Çıxışını davam etdirən Vüqar Səfərli Fondun fəaliyyət göstərdiyi müddətdə mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, jurnalistlərin peşəkarlığının və sosial rifahının yüksəldilməsi, yaradıcı əməyinin stimullaşdırılması məqsədilə keçirdiyi çoxşaxəli tədbirlərdən söz açıb.

İcraçı direktor bildirib ki, Fondun sentyabrın 23-dən oktyabrın 14-dək Dövlət Statistika Komitəsi ilə birgə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin məqsədi 20 oktyabr Ümümdünya Statistika Günü ilə əlaqədar Azərbaycan statistikasının tarixi, bugünü və gələcək inkişaf perspektivləri, habelə sosial-iqtisadi siyasətin formalaşdırılmasında rolu ilə bağlı məlumatların ictimaiyyətə dolğun şəkildə çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq olub.

Vüqar Səfərli müsabiqəyə 23 kütləvi informasiya vasitəsindən 35 yazının təqdim edildiyini, yazıların 3 ekspert tərəfindən qiymətləndirildiyini diqqətə çatdırıb. Fondun icraçı direktoru müsabiqənin yekunlarına görə 6 nəfər jurnalistin əsas, 10 nəfər jurnalistin həvəsləndirici mükafata layiq görüldüyünü, ümumilikdə 16 nəfər jurnalistin mükafatlandırıldığını bildirib.

Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib (Müsabiqə qaliblərinin siyahısı ayrıca cədvəldə təqdim olunur).

Fondun icraçı direktoru qalibləri təbrik edərək media ilə sıx və məhsuldar əməkdaşlığına görə Dövlət Statistika Komitəsinin rəhbərliyinə təşəkkürünü bildirib, belə müsabiqələrin gələcəkdə də təşkil olunacağına ümidvar olduğunu vurğulayıb.

Tədbirə yekun vuran Dövlət Statistika Komitəsinin sədri T.Budaqov qısa müddətdə fərdi jurnalist yazıları müsabiqəsini uğurla təşkil etmiş Fondun rəhbərliyinə minnətdarlığını bildirib. Komitə sədri rəhbərlik etdiyi qurumun media ilə qarşılıqlı faydalı əməkdaşlığının genişləndirilməsi üçün bundan sonra da bütün zəruri tədbirləri həyata keçirəcəyini bildirib.


Yerlər

Müəllifin adı

Müəllifin

işlədiyi KİV

və vəzifəsi

Orta bal

1.

I YER

Quluyeva Zülfiyyə Telman qızı

"Mövqe.az" saytının müxbiri

23

2.

II YER

Qələndərov Nurlan Vəli oğlu

"Yeni Azərbaycan” qəzetinin müxbiri

22.6

3.

II YER

Xəlilova Tamilə Xəlilovna

"Kaspiy” qəzetinin müxbiri

22.6

4.

III YER

Məmmədov Seymur Fərhad oğlu

"Day.az” İnformasiya Agentliyinin baş redaktor müavini

22.3

5.

III YER

Səfərova Samirə Məmmədhənifə qızı

"Bakı-Xəbər" qəzetinin baş redaktor müavini

22

6.

III YER

Zülfüqarova Hüsniyyə Zülfüqar qızı

"Təhsil problemləri” qəzetinin şöbə müdiri

21.6

7.

Həvəsləndirici

Ağayev İlkin Ağahüseyn oğlu

"Palitra” qəzetinin şöbə müdiri

21.3

8.

Həvəsləndirici

Abbaslı Adəm Famil oğlu

"Azadinform” İnformasiya agentliyinin müxbiri

21.3

9.

Həvəsləndirici

Namazov Elçin Sabir oğlu

"İki sahil” qəzetinin bölmə müdiri

21

10.

Həvəsləndirici

Kərimova Aynur Tofiq qızı

"Azernews” qəzetinin müxbiri

21

11.

Həvəsləndirici

Cəfərov Natiq Nəriman oğlu

"Kür” qəzetinin müxbiri (Yevlax)

20.6

12.

Həvəsləndirici

Həsənov İsgəndər Aqil oğlu

"525-ci qəzet”in redaktoru

20.6

13.

Həvəsləndirici

Ədilzadə Ədil Tahir oğlu

"Ədalət” qəzetinin şöbə müdiri

20.3

14.

Həvəsləndirici

Cəfərov Müşfiq Mirzə oğlu

"Respublika” qəzetinin şöbə müdiri

20.3

15.

Həvəsləndirici

Hüseynova Pərvanə Rafiq qızı

"The Business Times” qəzetinin müxbiri

20

16.

Həvəsləndirici

Əhmədov Anar Məsub oğlu

"Olimpiya dünyası” qəzetinin şöbə müdiri

19.6

17.

Nəsirli Akif Sovet oğlu

"Paralel” qəzeti

19.3

18.

Sarıyeva İradə Murad qızı

"Bakı-Xəbər" qəzetinin müxbiri

19

19.

İbrahimov İbrahim Bəxtiyar oğlu

"Zaqatala” qəzetinin redaktoru

18.6

20.

Eminli Bəhlul Nuru oğlu

"İqtisadiyyat və həyat” jurnalının baş redaktoru

18.3

21.

Mustafayev Əziz Salam oğlu

"Zaman-Azərbaycan” qəzetinin müxbiri

18

22.

Həsənov Vaqif Cəlil oğlu

"Bakı-Xəbər" qəzetinin redaktoru

17.6

23.

Xudaşov Vidadi Xudayar oğlu

"Bakı-Xəbər” qəzetinin müxbiri

17.3

24.

Vəliyev Fariz Əhməd oğlu

"Mövqe” qəzetinin şöbə müdiri

17

25.

İsmayılov Nadir Nəbi oğlu

"Yeni Azərbaycan” qəzetinin şöbə redaktoru

16.6

26.

Cəlilova Günel İsa qızı

"Bakı-Xəbər” qəzetinin müxbiri

16.3

27.

Qəribli Məhəmmədəli Qərib oğlu

"Bakı-Xəbər” qəzetinin müxbiri

16

28.

Quliyev Namiq Abbasqulu oğlu

"Bakı-Xəbər” qəzetinin müxbiri

16

29.

Həsənov Əlisəfa Ağaxan oğlu

"Respublika” qəzetinin bölgə müxbiri

15.6

30.

Bayramov Mübariz Ramiz oğlu

"Mövqe” qəzetinin müxbiri

15.3

31.

Isgəndərov Araz Qurban oğlu

"The Business Times” qəzetinin müxbiri

15

32.

Sultan Rüfət Nadir oğlu

Mövqe” qəzetinin müxbiri

14.3

33.

Cəfərova Səriyyə Müslüm qızı

"Bizim Yol” qəzetinin müxbiri

14

34.

Rəhimov Təbriz Kamal oğlu

"Həftə-içi” qəzetinin redaktoru

14

35.

Bağırova Svetlana Bilal qızı

"Yeni Tərtər” qəzetinin baş redaktorunun müavini

13.6























Bu yazı 713 dəfə oxunmuşdur.