KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edilib - WWW.KIVDF.GOV.AZ
XƏBƏRLƏR30.06.2015

KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edilib



image

İyunun 30-da Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası açıq elan edərək gündəlikdəki məsələlər barədə məlumat verib:

1. 2015-ci ilin II yarısında KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş müsabiqəyə təqdim olunmuş layihə təkliflərinin müzakirəsi;


2. Cari məsələlər.

Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev iclasın gündəliyindəki birinci məsələ ilə bağlı sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. Fondun icraçı direktoru Vüqar Səfərli elan edilmiş şərtlər çərçivəsində müsabiqəyə 35 qəzetin sənəd təqdim etdiyini diqqətə çatdırıb. İcraçı direktor bildirib ki, ilin birinci yarısında Fondan maliyyə yardımı almış 33 qəzetdən əlavə daha 2 mətbuat orqanı - "Hürriyyət" və "Zaman çempion" qəzetləri də layihə təklifləri təqdim ediblər. Müvafiq araşdırmalardan sonra "Hürriyyət" qəzeti də daxil olmaqla, 34 qəzetin layihə təkliflərinin müsabiqənin şərtlərinə uyğun olduğu müəyyən edilib.

Sonra müsabiqənin şərtlərinə müvafiq olaraq təqdim edilmiş sənədlər Müşahidə Şurasının üzvlərinin diqqətinə təqdim olunub. Müzakirələr zamanı Müşahidə Şurası üzvlərindən - Vüqar Rəhimzadə, Əflatun Amaşov, Bəxtiyar Sadıqov, Müşfiq Ələsgərli, Rəşad Məcid və İntiqam Hümbətov Fondun maliyyə yardımı müsabiqələrinin mətbuatın maddi-texniki bazasının yaxşılaşdırılması və jurnalistlərin sosial vəziyyətlərinin yaxşılaşdırılması baxımından əhəmiyyətini qeyd ediblər.

Müzakirələrin sonunda 34 qəzetin sənədlərinin müsabiqənin şərtlərinə cavab verdiyi nəzərə alınaraq, onlara 2015-ci ilin II yarısında maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib (Maliyyə yardımı ayrılmış qəzetlərin siyahısı aşağıdakı cədvəldə təqdim olunur).

Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor Vüqar Səfərli Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirlər barədə ətraflı məlumat verib.


2015-ci ilin II yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi üzrə müsabiqənin qalibi olan redaksiyaların siyahısı

Qəzetin Adı

Ayrılan məbləğ

1.

"Kaspi” qəzeti

60 000

2.

"Mövqe” qəzeti

60 000

3.

"Yeni Azərbaycan” qəzeti

60 000

4.

"Ədalət” qəzeti

60 000

5.

"525-ci qəzet” qəzeti

60 000

6.

"Səs” qəzeti

60 000

7.

"Bakı-Xəbər” qəzeti

60 000

8.

"Yeni Müsavat” qəzeti

60 000

9.

"Kaspiy"

60 000

10.

"Ekspress” qəzeti

60 000

11.

"Palitra” qəzeti

60 000

12.

"Paralel” qəzeti

40 000

13.

"Həftə İçi” qəzeti

40 000

14.

"Azad Azərbaycan” qəzeti

40 000

15.

"Şərq” qəzeti

40 000

16.

"Xalq Cəbhəsi” qəzeti

40 000

17.

"Futbol+Qol” qəzeti

40 000

18.

"Bizim Yol” qəzeti

40 000

19.

"Olaylar” qəzeti

40 000

20.

"Novoye Vremya” qəzeti

30 000

21.

"Futbol+” qəzeti

30 000

22.

"Üç Nöqtə” qəzeti

30 000

23.

"Azernews” qəzeti

30 000

24.

"Unikal” qəzeti

20 000

25.

"Olimpiya Dünyası”qəzeti

20 000

26.

"Oxu Məni” qəzeti

20 000

27.

"Zaman-Azərbaycan” qəzeti

20 000

28.

"Reytinq” qəzeti

9 000

29.

"Təhsil Problemləri” qəzeti

9 000

30.

"The Business Times” qəzeti

9 000

31.

"Hərbi And” qəzeti

9 000

32.

"Türküstan” qəzeti

9 000

33.

"İqtisadiyyat” qəzeti

9 000

34.

"Hürriyyət" qəzeti

9 000

CƏMİ

34 Redaksiya

1.243.000





Bu yazı 1383 dəfə oxunmuşdur.