Fondun MOK-la birgə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb - WWW.KIVDF.GOV.AZ
XƏBƏRLƏR24.06.2015

Fondun MOK-la birgə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb



image

İyunun 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Milli Olimpiya Komitəsinin (MOK) birgə elan etdikləri "I Avropa Oyunlarının Bakıda keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

MOK-un inzibati binasında təşkil onunan tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, MOK-un baş katibi, Milli Məclisin deputatı Ağacan Abıyev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, ölkənin 40-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, idman ictimaiyyətinin nümayəndələri, habelə qalib jurnalistlər iştirak ediblər.

"Lider" televiziyasının "Zəfər günləri" telelayihəsi çərçivəsində canlı yayımlanan tədbirdə əvvəlcə Azərbaycan idmançılarının I Avropa Oyunlarında əldə etdikləri nailiyyətlərdən söhbət açılıb. Eyni zamanda, bu oyunların mahiyyətinin ictimaiyyətə dolğun şəkildə çatdırılması baxımından Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Milli Olimpiya Komitəsinin birgə keçirdiyi müsabiqənin müstəsna əhəmiyyəti qeyd olunub.

Daha sonra müsabiqənin nəticələri barədə məlumat vermək üçün söz Fondun icraçı direktoru Vüqar Səfərliyə verilib. İcraçı direktor qonaqları salamlayaraq Azərbaycanın bu günlərdə böyük bayram sevinci yaşadığını, idmançılarımızın qazandıqları parlaq qələbələrin hər bir azərbaycanlı üçün qürurverici olduğunu diqqətə çatdırıb. I Avropa Oyunlarının yüksək səviyyədə təşkil edildiyini xüsusi vurğulayan Vüqar Səfərli bu mötəbər idman tədbirinin yerli və beynəlxalq ictimaiyyətə dolğun şəkildə çatdırılması baxımından kütləvi informasiya vasitələrinin üzərinə mühüm vəzifələrin düşdüyünü vurğulayıb.

İcraçı direktor, həmçinin bildirib ki, Fondun və MOK-un birgə təşkilatçılığı ilə keçirilmiş fərdi jurnalist yazılarının başlıca məqsədi ölkəmiz üçün müstəsna əhəmiyyət kəsb edən I Avropa Oyunlarının əsl mahiyyətinin ölkə ictimaiyyətinə çatdırılması, bununla bağlı jurnalistlərin yaradıcı əməyinin stimullaşdırılması, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması olub.

Vüqar Səfərli 2015-ci il aprelin 8-dən mayın 15-dək davam edən müsabiqəyə 34 kütləvi informasiya vasitəsindən 52 yazının təqdim edildiyini, yazıların 3 ekspert tərəfindən qiymətləndirildiyini diqqətə çatdırıb. İcraçı direktor müsabiqənin yekun nəticələrinə görə 6 nəfərin əsas, 10 nəfərin həvəsləndirici mükafata layiq görüldüyünü, ümumilikdə 16 nəfərin mükafatlandırılması barədə qərar qəbul olunduğunu qeyd edib. Müsabiqənin şərtlərinə əsasən, I yerin qalibinə 700, ikinci yerin qaliblərinə 500, üçüncü yerin qaliblərinə 300 manat, həvəsləndirici yerlər üçün 200 manat məbləğində mükafatın veriləcəyi bildirilib.

MOK-un baş katibi, Milli Məclisin deputatı Ağacan Abıyev I Avropa Oyunları ilə bağlı operativ məlumatların hazırlanması və yayılmasında Azərbaycan jurnalistlərinin zəhmətini yüksək dəyərləndirərək KİV nümayəndələrinə təşəkkürünü bildirib. Fondun MOK-la keçirdiyi müsabiqənin əhəmiyyətinə toxunan Acağan Abıyev bunun ilk Avropa Oyunlarına sanballı töhfə olduğunu qeyd edib.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ilk Avropa Oyunlarının ölkəmiz üçün böyük siyasi əhəmiyyətə malik idman hadisəsi olduğunu vurğulamaqla yanaşı, rəsmi Bakının təşkilatçılığının beynəlxalq miqyasda rəğbətlə qarşılandığını vurğulayıb. Müsabiqənin qaliblərini təbrik edən İsmayıl İsmayılov Fondun uğurlu layihələri sayəsində medianın MOK-la əlaqələrinin gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan idmançılarının uğurlu çıxışlarının gənclərin idmana marağının daha da artırılması, idmanın kütləviləşməsi, insanlarda vətənpərvərlik hisslərinin gücləndirilməsi baxımından əhəmiyyətini diqqətə çəkib. Müsabiqənin qalibi olmuş jurnalistləri təbrik edən Əflatun Amaşov onlara yaradıcı fəaliyyətlərində uğurlar arzulayıb.

Çıxışlardan sonra müsabiqənin qaliblərinə diplomlar, pul mükafatları və MOK-un xüsusi hədiyyələri təqdim edilib.


"I Avropa Oyunlarının Bakıda keçirilməsinin

ölkəmiz üçün əhəmiyyəti"

Yerlər

Müəllifin adı

Müəllifin işlədiyi KİV

Orta bal

1.

I YER

Həsənov Vaqif Cəlil oğlu

"Bakı-Xəbər" qəzetinin müxbiri

22

2.

II YER

Ağayev Mirsəid Mirəflan oğlu

"Futbol+qol" qəzetinin müxbiri

20

3.

II YER

Abdullayev Hürrü Hüseynalı oğlu

"Olimpiya dünyası" qəzetinin məsul katibi

20

4.

III YER

Nəcəfov Qəşəm Mirzə oğlu

"Azərbaycan" jurnalı və www.azyb.net saytı

19.3

5.

III YER

Musayeva Zeynəb Əli qızı

"Kaspi" qəzetinin müxbiri

19

6.

III YER

Nəsirli Akif Sovet oğlu

"Paralel" qəzetinin redaktoru

19

7.

Həvəsləndirici

mükafat

Cəfərov Natiq Nəriman oğlu

"Kür" qəzetinin müxbiri

(Yevlax)

18.6

8.

Həvəsləndirici

mükafat

Aslanov Elgün Vidadi oğlu

"Səs" İnformasiya Agentliyinin redaktoru

18.6

9.

Həvəsləndirici

mükafat

Rəhimov Təbriz Kamal oğlu

"Həftə içi" qəzetinin redaktoru

18.3

10.

Həvəsləndirici

mükafat

Sultan Rüfət Nadir oğlu

"Mövqe" qəzetinin müxbiri

18

11.

Həvəsləndirici

mükafat

Qocayev İsmayıl Arif oğlu

"Şərq" qəzetinin müxbiri

17.6

12.

Həvəsləndirici

mükafat

İbrahimov Əli Zülfüqar oğlu

"Xalq Cəbhəsi" qəzetinin müxbiri

17.6

13.

Həvəsləndirici

mükafat

Məmmədli Rövşən Ulduz oğlu

"Ekspress" qəzetinin müxbiri

17.3

14.

Həvəsləndirici

mükafat

Allahyarov Mahir Cəlal oğlu

"Dönüş" qəzetinin baş redaktoru

(Saatlı rayonu)

17.3

15.

Həvəsləndirici

mükafat

Məmmədova Jalə Səxavət qızı

"Lent.az" İA-nin müxbiri

17.3

16.

Həvəsləndirici

mükafat

İbrahimova Vüsalə İlyas qızı

"The Business Times" qəzetinin müxbiri

17

17.

Quliyeva Zəkurə Qüdrət qızı

"Qarabağ" qəzetinin müxbiri

16.6

18.

İsmayılov Rufik Asif oğlu

"Kaspi" qəzetinin müxbiri

16.6

19.

Sarıyeva İradə Murad qızı

"Bakı-Xəbər" qəzetinin müxbiri

16.6

20.

Abdullayev Ayyət Əhməd oğlu

"Şərq" qəzetinin müxbiri

16.3

21.

Bayramova Şəymən Elxan qızı

"Şərq" qəzetinin müxbiri

16.3

22.

Abasov Ceyhun Abas oğlu

"525-ci qəzet"in müxbiri

16.3

23.

Bayramov Mübariz Ramiz oğlu

"Mövqe" qəzetinin müxbiri

16.3

24.

Vəliyev Fariz Əhməd oğlu

"Mövqe" qəzetinin müxbiri

16

25.

Hüseynli Alim Ziyadxan oğlu

"Həftə içi" qəzetinin redaktoru

16

26.

Əliyeva Fidan Məzahir qızı

"Azadinform" Müstəqil İnformasiya Agentliyinin müxbiri

15.6

27.

Hakıyeva Səadət Zifi

qızı

"Olimpiya dünyası" qəzetinin şöbəmüdiri

15.6

28.

Əhmədov Anar Məsub oğlu

"Olimpiya dünyası" qəzetinin şöbə müdiri

15.6

29.

Şahməm­mədov Murad Məmmədşah oğlu

"Oxu məni" qəzetinin müxbiri

15.3

30.

Quliyev Namiq Abbasqulu oğlu

"Bakı-Xəbər" qəzetinin müxbiri

15.3

31.

Səfərova Samirə Məmmədhə­nifə qızı

"Bakı-Xəbər" qəzetinin baş redaktor müavini

15.3

32.

Həsənov İsgəndər Aqil oğlu

"525-ci qəzet"in redaktoru

15

33.

Bayramov Nardar Məmməd oğlu

"Yeni Azərbaycan" qəzetinin müxbiri

14.6

34.

Qələndərov Nurlan Vəli oğlu

"Yeni Azərbaycan" qəzetinin müxbiri

14.6

35.

Abbasov Tahir Heydər oğlu

"Mədəniyyət" qəzetinin müxbiri

14.3

36

İsmayılbəyli Süleyman Nəbi oğlu

"Olaylar" qəzetinin müxbiri

14.3

37

Cavadzadə Nərgiz Ehlam qızı

"Gündəlik Teleqraf" qəzetinin müxbiri

14.3

38

Cəfərov Vasif Məmməd oğlu

"Ekspress" qəzetinin müxbiri

14.3

39

Abbaslı Tahir Tapdıq oğlu

"Paralel" qəzetinin şöbə müdiri

14

40

Abbaszadə Mahir Tapdıq oğlu

"Paralel" qəzetinin müxbiri

14

41

Məmmədova Sevinc Hafis qızı

"İki Sahil" qəzetinin müxbiri

13.6

42

Cəfərov İbrahim Elçin oğlu

Futbolxeber.az saytının baş redaktoru

13.6

43

Yusifov Ramiz Ənvər oğlu

"Respublika" qəzetinin müxbiri

13.6

44

Süleymanov Qurban Süleyman oğlu

"İqtisadiyyat və həyat" jurnalının şöbə redaktoru

13.3

45

Sultanova Aysel Yaşar qızı

"Olimpə doğru" jurnalının icraçı direktorunun müavini

13.3

46

Musayev Sərxan Tofiq oğlu

"Futbol+" qəzetinin müxbiri

13.3

47

Hüseynzadə Fuad Abı oğlu

"Palitra" qəzetinin müxbiri

13

48

Ədilzadə Ədil Tahir oğlu

"Ədalət" qəzetinin şöbə müdiri

13

49

Bayramlı Elçin Bayram oğlu

Sada İnformasiya Agentliyinin müxbiri

13

50

Rəhimov Qalib Arif oğlu

"Polis" qəzetinin baş redaktoru

12.6

51

Əliyev Azad Akif oğlu

"Həftə içi" qəzetinin müxbiri

12

52

Hüseynova Pərvanə Rafiq qızı

"The Business Times" qəzetinin müxbiri

12





















Bu yazı 1699 dəfə oxunmuşdur.