Novruz bayramı münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıblar - WWW.KIVDF.GOV.AZ
XƏBƏRLƏR12.03.2015

Novruz bayramı münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıblar



image

Martın 12-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Novruz bayramı münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülmüş media nümayəndələrinin mükafatlandırılmasına və Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə dövlət və hökumət təmsilçiləri, Milli Məclisin deputatları, ölkədə fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri, aparıcı yerli və xarici kütləvi informasiya vasitələrinin rəhbərləri və müsabiqədə qalib olmuş jurnalistlər iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycan Dövlət İnformasiya Agentliyinin - AZƏRTAC-ın fəaliyyətə başlamasının 95-ci ildönümü ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisələrdən biri kimi dəyərləndirilib. Qeyd edilib ki, əlamətdar yubiley münasibətilə Agentliyin bir qrup əməkdaşının Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə yüksək fəxri adlara layiq görülməsi medianın inkişafına yüksək qayğının əyani təzahürüdür.

Sonra söz Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənova verilib. Çıxışında tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edən Əli Həsənov ölkəmizdə fikir, söz və informasiya azadlıqlarının yüksək səviyyədə təmin olunduğunu, azad mətbuatın fəaliyyəti üçün münbit mühitin formalaşdırıldığını bildirib: "Fərdi jurnalist yazıları müsabiqəsinin keçirilməsi və qalib jurnalistlərin təntənəli mərasimlərdə mükafatlandırılması Azərbaycanda artıq ənənə halı alıb. Azərbaycan dövlətinin mətbuata qayğısı ildən-ilə daha təkmilləşdirilmiş formada davam edir. Bu sahədə qəbul etdiyimiz konsepsiyaya uyğun olaraq KİVDF hər il jurnalistlərin bu ya digər problemlərini öz üzərinə götürərək onların sosial rifah halını daha da yaxşılaşdırmağa çalışır. Biz Fondun təşkil etdiyi tədbirlər vasitəsilə ildə bir neçə dəfə jurnalistlərlə görüş keçiririk".

Əli Həsənov bildirib ki, ictimai müzakirələr məhz qanunların müzakirəsinə mətbuat, siyasi partiya və ictimai təşkilatların nümayəndələrini dəvət etməklə, icra qurumları yanında ictimai qurumlar yaratmaqla və belə tədbirlər təşkil etməklə mümkün olur: "Biz belə tədbirlərdə medianın vəziyyətini, yaradıcılıq və digər sahələrdəki problemlərini, medianın təşəbbüslərini müzakirə edirik. Azərbaycanda azad media mühiti, azad internet var. Hər bir jurnalist senzuraya məruz qalmadan materiallar, məlumatlar toplayır ictimai müzakirəyə çıxarır. Yazısına görə təqib edilən jurnalist yoxdur. Təəssüf ki, müəyyən maraqlardan çıxış edən bəzi beynəlxalq təşkilatlar azad media mühitinin olmaması digər bəhanələrlə müxtəlif beynəlxalq mətbuat orqanlarında çıxış edirlər. Bunlar hamısı uydurmadır. Azərbaycandakı plüralizm mühiti dünyanın heç bir ölkəsindən geri qalmır. Biz bu sahədə tək postsovet yox, aparıcı Qərb ölkələrinin media mühiti ilə yarışmağa hazırıq”.

Əli Həsənovun sözlərinə görə, indiyə qədər Azərbaycanda jurnalistin yazıya görə həbs edilməsi yaxud təqib olunması faktı olmayıb: "Ona görə təəssüflər olsun ki, bəzi beynəlxalq dairələr, beynəlxalq təşkilatlar Azərbaycana birbaşa təsir göstərə bilməyəndə, onu istədikləri istiqamətə yönəldə bilməyəndə, bu bəhanələrlə, o cümlədən azad media mühitinin olmaması, qeyri-hökumət təşkilatlarının təqib olunması s. adlarla Azərbaycan dövlətinin ünvanına ayrı-ayrı beynəlxalq mətbuat orqanlarında, ayrı-ayrı dairələrdə bu tipli tezislərlə çıxış edirlər".

Çıxışını yekunlaşdıran Əli Həsənov AzərTAC-ın 95 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə agentliyin fəxri adlara layiq görülmüş əməkdaşlarına mükafatları təqdim edib.

Daha sonra müsabiqənini yekun nəticələri barədə məlumat vermək üçün söz Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə verilib. İcraçı direktor media nümayəndələrini Novruz bayramı münasibətilə təbrik edib, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayıb.

Fondun respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələri daim diqqət mərkəzində saxladığını deyən Vüqar Səfərli KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsinə xidmət edən çoxsaylı layihələr həyata keçirdiyini vurğulayıb. V.Səfərli mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə KİV arasında əlaqələrin genişləndirilməsi məqsədilə həyata keçirilən digər layihələr barədə də məlumat verib.

İcraçı direktor dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin potensialından səmərəli istifadə edilməsi, jurnalistlərin peşəkarlığının artırılması və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Fond tərəfindən müntəzəm olaraq fərdi jurnalist yazıları müsabiqələrinin keçirildiyini vurğulayıb.

İcraçı direktor ənənəvi olaraq Novruz bayramı münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinə 54 kütləvi informasiya vasitəsindən 120 yazının təqdim edildiyini, Fondun Müşahidə Şurasının qərarı ilə 84 nəfər jurnalistin qalib elan olunduğunu diqqətə çatdırıb: "Müsabiqədə hər istiqamət üzrə I yer üçün 500 manat olmaqla 1, II yer üçün 400 manat olmaqla 2, III yer üçün 300 manat olmaqla 3 mükafatın verilməsi nəzərdə tutulub. Müsabiqədə ikinci və üçüncü yerləri tutmuş jurnalistlər martın 11-də Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə mükafatlandırıldılar. Bu gün isə biz müsabiqədə birinci yeri tutmuş 15 nəfər jurnalisti mükafatlandıracağıq".

Sonra FondunNovruz bayramı münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıblar (Qaliblərin siyahısı aşağıdakı cədvəldə təqdim olunur).

Tədbirə yekun vuran Fondun icraçı direktoru Vüqar Səfərli rəsmi hissənin yekunlaşdığını bildirərək tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra tədbir bədii hissə ilə davam etdirilib.


I İSTİQAMƏT

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

Yerlər

Müəllifin adı

Müəllifin işlədiyi KİV

və vəzifəsi

Orta bal

1.

I YER

Vasilyeva Viktoriya Viktorovna

"Kaspiy" qəzetinin müxbiri

41.3

2.

II YER

Abdullayev Məsayim Hacıxan oğlu

"Xalq qəzeti”nin əməkdaşı

38

3.

II YER

Qasımov İlyas Xurşud oğlu

"Şəmkir” qəzetinin redaktoru

(Şəmkir şəhəri)

36.6

4.

III YER

Həsənov Vaqif Cəlil oğlu

"Bakı-Xəbər” qəzetinin redaktoru

34

5.

III YER

Rəhimov Qalib Arif oğlu

"Polis” qəzetinin baş redaktoru

32

6.

III YER

Babayev Ağaddin Abdulla oğlu

"APA" İnformasiya Agentliyinin bölgə müxbiri

31.3

7.

Bayramov Mübariz Ramiz oğlu

"Mövqe” qəzetinin müxbiri

28

8.

Məmmədli Vəfa Ətraf qızı

"525-ci qəzet”in müxbiri

24.6


II İSTİQAMƏT

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması

Yerlər

Müəllifin adı

Müəllifin işlədiyi KİV

və vəzifəsi

Orta bal

1.

I YER

Kazakova Lalə Musa qızı

"Kaspi" qəzetinin müxbiri

42

2.

II YER

Hüseynova Səidə Bahadur qızı

"Media və Təhsil İnnovasiyaları" jurnalının redaktoru

38.6

3.

II YER

Bağırlı Böyükxan Yadulla oğlu

"Yeni Gün" qəzetinin baş redaktoru

(Cəlilabad rayonu)

38

4.

III YER

Cəfərov Allahverdi Aydın oğlu

"Zaman-Azərbaycan" qəzetinin müxbiri

36

5.

III YER

Həsənov Fətulla Şirməmməd oğlu

"Səs”qəzetinin baş redaktorunun müavini

33.3


III İSTİQAMƏT

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Yerlər

Müəllifin adı

Müəllifin işlədiyi KİV

və vəzifəsi

Orta bal

1.

I YER

Rzayev Zahid Asəf oğlu

"İki sahil" qəzetinin bölmə müdiri

42

2.

II YER

Qaçayev İttifaq Məmmədcan oğlu

"Xalq qəzeti"nin əməkdaşı

39.3

3.

II YER

Paşa Elşad Əlhüseyn oğlu

"Yeni Müsavat" qəzetinin müxbiri

37.3

4.

III YER

Qafarov Əfqan Məhəmməd oğlu

"Modern.az" xəbər agentliyinin redaktoru

36.6

5.

III YER

Abdullayeva Elnurə İsaxan qızı

"Hərbi-and" qəzetinin müxbiri

36.6

6.

III YER

Maxsudova Lalə Ziyad qızı

"Qobustan" qəzetinin baş redaktoru

(Qobustan rayonu)

35.3

7

Cəfərov Müşfiq Mirzə oğlu

"Respublika" qəzetinin redaksiya müdiri

35

8.

İsmayılov Rufik

"Kaspi" qəzetinin müxbiri

32

9.

Şükürov Cavid Qədir oğlu

"525-ci qəzet"in müxbiri

28.6

10.

Məlikov Rüstəm Sadıq oğlu

"Qələbə” qəzetinin baş redaktoru

(Salyan rayonu)

28

11.

Aslan Aqil İsmayıl oğlu

"Ekspress" qəzetinin müxbiri

27.3


IV İSTİQAMƏT

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Yerlər

Müəllifin adı

Müəllifin işlədiyi KİV

və vəzifəsi

Orta bal

1.

I YER

Abasov Ceyhun Abas oğlu

"525-ci qəzet”in müxbiri

40

2.

II YER

Əliyev Vüqar Mükafat oğlu

"Mədəniyyət" qəzetinin redaktoru

39.3

3.

II YER

Cəfərov Zahid İlham oğlu

"Yeni Azərbaycan" qəzetinin məsul redaktoru

38

4.

III YER

Quliyev Namiq Abbasqulu oğlu

"Bakı-Xəbər" qəzetinin müxbiri

36

5.

III YER

Əfəndiyev Pünhan Şövkət oğlu

"Üç nöqtə” qəzetinin müxbiri

35.3

6.

III YER

Temnikov Roman Vasilyeviç

"Kaspiy" qəzetinin müxbiri

34

7.

Rəsulov Qvami Məhəbbət oğlu

"Zaman-Azərbaycan” qəzetinin müxbiri

32


V İSTİQAMƏT

Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

Yerlər

Müəllifin adı

Müəllifin işlədiyi KİV

və vəzifəsi

Orta bal

1.

I YER

Məmmədova İntizarə Xanbaba qızı

"Səs" qəzetinin müxbiri

39.3

2.

II YER

Kazımov Xalid Vahid oğlu

"Üç nöqtə" qəzetinin müxbiri

36

3.

II YER

Salahov Elxan İsa oğlu

"Həftə içi" qəzetinin redaktoru

33

4.

III YER

Əliyev Telman Fətulla oğlu

"Xalq qəzeti”nin əməkdaşı

31.3


VI İSTİQAMƏT

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Yerlər

Müəllifin adı

Müəllifin işlədiyi KİV

və vəzifəsi

Orta bal

1.

I YER

Yusifova Dilşad Xaqani qızı

"Təhsil problemləri” qəzetinin müxbiri

37.3

2.

II YER

Zeynalov Araz Məhər oğlu

"Gün.az" İnformasiya Agentliyinin müxbiri

36.6

3.

II YER

Əliyev Məğrur Möhtərəm oğlu

"Kaspi" qəzetinin baş redaktor müavini

35.3

4.

III YER

Məmmədova Aynurə Kamil qızı

"Ekspress" qəzetinin müxbiri

32

5.

III YER

Həsənov İsgəndər Aqil oğlu

"525-ci qəzet” in redaktoru

31.6

6.

III YER

Səfərova Samirə Məmmədhənifə qızı

"Bakı-Xəbər” qəzetinin baş redaktor müavini

30.3

7.

Abbaslı Adəm Famil oğlu

"Azadinform" Müstəqil İnformasiya Agentliyinin müxbiri

29

8.

Nəbili Emin Ağahüseyn oğlu

"Üç nöqtə" qəzetinin müxbiri

28.6


VII İSTİQAMƏT

Azərbaycançılıq ideyasının təbliği

Yerlər

Müəllifin adı

Müəllifin işlədiyi KİV

və vəzifəsi

Orta bal

1.

I YER

Əhmədov Namiq Qədim oğlu

"Xalq" qəzetinin əməkdaşı

39.3

2.

II YER

Abbaszadə Mahir Tapdıq oğlu

"Paralel" qəzetinin müxbiri

35.3

3.

II YER

İsgəndərov Hüseyn Şahbaz oğlu

"Unikal" qəzetinin redaktoru

32

4.

III YER

Mustafayev

Əziz Salam oğlu

"Zaman-Azərbaycan” qəzetinin müxbiri

31.3


VIII İSTİQAMƏT

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

Yerlər

Müəllifin adı

Müəllifin işlədiyi KİV

və vəzifəsi

Orta bal

1.

I YER

Sultan Rüfət Nadir oğlu

"Mövqe" qəzetinin müxbiri

38.6

2.

II YER

Məmmədov Elxan Qadir oğlu

"Azərbaycan" qəzetinin bölgə müxbiri

36.6

3.

II YER

Məmmədova Xəyalə Rəis qızı

"Kaspi" qəzetinin müxbiri

36

4.

III YER

Nəsirli Akif Sovet oğlu

"Paralel” qəzetinin redaktoru

35.3

5.

III YER

Hüseynli Alim Ziyadxan oğlu

"Olaylar” qəzetinin müxbiri

35

6.

III YER

Əliyev Məhərrəm Ağalar oğlu

"İki sahil" qəzetinin müxbiri

34.6

7.

Xəlilova Tamila Xəlilovna

"Kaspiy" qəzetinin müxbiri

32.6


IX İSTİQAMƏT

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

Yerlər

Müəllifin adı

Müəllifin işlədiyi KİV

və vəzifəsi

Orta bal

1.

I YER

Məmmədov Əsəd Fehruz oğlu

Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri (AzərTAC)

41.3

2.

II YER

İbrahimov Əli Zülfüqar oğlu

"Xalq Cəbhəsi" qəzetinin müxbiri

39

3.

II YER

Süleymanov Qurban Süleyman oğlu

"İqtisadiyyat və həyat" jurnalinın şöbə redaktoru

36.3

4.

III YER

Abbaslı Tahir Tapdıq oğlu

"Paralel" qəzetinin şöbə müdiri

35

5.

III YER

Vəliyev Fariz Əhməd oğlu

"Mövqe” qəzetinin şöbə müdiri

32


X İSTİQAMƏT

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

Yerlər

Müəllifin adı

Müəllifin işlədiyi KİV

və vəzifəsi

Orta bal

1.

I YER

Qəribli Məhəmmədəli Qərib oğlu

"Bakı-Xəbər” qəzetinin müxbiri

40

2.

II YER

Abdullayev Ayyət Əhməd oğlu

"Şərq" qəzetinin müxbiri

39.3

3.

II YER

Mehdiyev Müşviq Yavər oğlu

"Azernews" qəzetinin baş redaktor müavini

38.6

4.

III YER

Abdullayev Azər Ağadadaş oğlu

"Astara” qəzetinin baş redaktoru

(Astara rayonu)

38

5.

III YER

Nərimanlı Asif Cəlal oğlu

"Publika.az" xəbər portalının müxbiri

36.6

6.

III YER

Cəfərli Elman Niyazil oğlu

"Olaylar" İnformasiya Agentliyinin baş redaktor müavini

36

7.

Əhmədov Xanoğlan Əlüseyn oğlu

"Ekspress" qəzetinin müxbiri

35.6

8.

Bayramova Nəzakət Ələddin qızı

"Səs" qəzetinin müxbiri

35.3

9.

Şahverdiyev Cavid Nadir oğlu

"Xalq cəbhəsi” qəzetinin müxbiri

35

10.

Məmmədov Elşad Ziyafəddin oğlu

"Yeni Müsavat" qəzetinin redaktoru

34.6

11.

Abdullayev Mübariz Əhməd oğlu

"Yeni Azərbaycan" qəzetinin müxbiri

34

12.

Rəhimov Təbriz Kamal oğlu

"Həftə içi" qəzetinin redaktoru

32.6


XI İSTİQAMƏT

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

Yerlər

Müəllifin adı

Müəllifin işlədiyi KİV

və vəzifəsi

Orta bal

1.

I YER

Abdullayeva Nigar Nizami qızı

"Palitra" qəzetinin müxbiri

41.3

2.

II YER

Rzayev Nizam Abdulbağı oğlu

"Lent.az” informasiya agentliyinin müxbiri

39

3.

II YER

Cəfərov Natiq Nəriman oğlu

"Kür” qəzetinin müxbiri

(Yevlax şəhəri)

38.6

4.

III YER

Rzayeva Məlahət Əli qızı

Şərq” qəzetinin müxbiri

36.6

5.

III YER

Mehdiyeva Elmira Mehdi qızı

"Zaqatala" qəzetinin redaktoru

(Zaqatala)

36.3

6.

III YER

Bağırova Svetlana Bilal qızı

"Yeni Tərtərqəzetinin baş redaktor müavini

(Tərtər şəhəri)

36

7.

Hüseynova Pərvanə Rafiq qızı

"The Business Times"

qəzetinin müxbiri

35.3

8.

Bəşirova Şahnaz Saleh qızı

"Paralel" qəzetinin müxbiri

32.6

9.

Cəfərova Aygün Əzizağa qızı

"Kaspi" qəzetinin müxbiri

32


XII İSTİQAMƏT

Ekologiya və ətraf mühitin mühafizəsi

Yerlər

Müəllifin adı

Müəllifin işlədiyi KİV

və vəzifəsi

Orta bal

1.

I YER

Əfəndiyeva Xavər Mustafa qızı

"Şəlalə" qəzetinin redaktor müavini

(Qax rayonu)

39

2.

II YER

Abbasov Tahir Heydər oğlu

"Mədəniyyət" qəzetinin müxbiri

38.3

3.

II YER

Namazov Elçin Sabir oğlu

"İki sahil" qəzetinin bölmə müdiri

36.6

4.

III YER

Hadıyev Elnur Mədətəli oğlu

"Azərbaycan" qəzetinin müxbiri

36

5.

III YER

İsmayılov Nicat İntiqam oğlu

"Zaman-Azərbaycan” qəzetinin müxbiri

34

6.

III YER

Cəlilova Günel İsa qızı

"Bakı-Xəbər" qəzetinin müxbiri

32.6

7.

Əmənullayev İsaq Abış oğlu

"Xalq qəzeti”nin əməkdaşı

28


XIII İSTİQAMƏT

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

Yerlər

Müəllifin adı

Müəllifin işlədiyi KİV

və vəzifəsi

Orta bal

1.

I YER

Mənsimov Elgün Ziyəddin oğlu

"Azərbaycan” qəzetinin müxbiri

40

2.

II YER

Cəfərov Vasif Məmməd oğlu

"Ekspress” qəzetinin müxbiri

39.6

3.

II YER

Məmmədov Seymur Fərhad oğlu

"Day.az" informasiya portalının baş redaktor müavini

39.3

4.

III YER

Əhmədov İltifat Məhərrəm oğlu

"Lənkəran” qəzetinin baş redaktoru

(Lənkəran şəhəri)

38

5.

III YER

Məmmədov Çingiz Xalid oğlu

"Şabran” qəzetinin baş redaktoru

(Şabran şəhəri)

36.6

6.

III YER

Allahyarov Mahir Cəlal oğlu

"Dönüş" qəzetinin baş redaktoru

(Saatlı rayonu)

34.3

7.

Bayramov Nardar Məmməd oğlu

"Yeni Azərbaycan" qəzetinin müxbiri

32

8.

Ağayev İlkin Ağahüseyn oğlu

"Palitra" qəzetinin şöbə müdiri

30.6

9.

Bayramov Vaqif Binyat oğlu

"Xalq qəzeti"nin əməkdaşı

30

10.

Quliyev Ramiz

Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri (AzərTAC)

29.3

11.

İsrafilov Orxan Vahid oğlu

"İki sahil" qəzetinin bölmə müdiri

28.6

12.

Nəsibova Xanım Hopal qızı

"Kür” qəzetinin müxbiri

(Yevlax şəhəri)

28.3

13

Dadaşova Gülqız Nəbi qızı

"Azernews" qəzetinin baş redaktorunun müavini

27.6


XIV İSTİQAMƏT

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Yerlər

Müəllifin adı

Müəllifin işlədiyi KİV

və vəzifəsi

Orta bal

1.

I YER

Əliyeva Fidan Məzahir qızı

"Azadinform" Müstəqil İnformasiya Agentliyinin müxbiri

38.3

2.

II YER

Tağıyev İlqar Vaqif oğlu

"525-ci qəzet"in şöbə müdiri

37.3

3.

II YER

Ağayev Mirsəid Mirəflan oğlu

"Futbol+qol” qəzetinin müxbiri

36.6

4.

III YER

Cəfərov Elçin Niyazi oğlu

"Azərbaycan" qəzetinin müxbiri

36

5.

III YER

Miriyev Anar Barat oğlu

"Palitra" qəzetinin müxbiri

35.3

6.

III YER

İsmayılov Pərviz Saday oğlu

"Yeni Azərbaycan" qəzetinin müxbiri

35

7.

Sarıyeva İradə

Murad qızı

"Bakı-xəbər" qəzetinin müxbiri

34

8.

Həsənov Vasif Ağaəhməd oğlu

"Publika.az" xəbər portalının müxbiri

32


XV İSTİQAMƏT

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

Yerlər

Müəllifin adı

Müəllifin işlədiyi KİV

və vəzifəsi

Orta bal

1.

I YER

Qələndərov Nurlan Vəli oğlu

"Yeni Azərbaycan" qəzetinin müxbiri

38.6

2.

II YER

Xəlilov Ruslan Qaçay oğlu

"Teleqraf.com" İnformasiya Agentliyinin müxbiri

38

3.

II YER

İbadov Suvar İnayət oğlu

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAC)

redaksiya müdiri

37.3

4.

III YER

Bayramova Şəymən Elxan qızı

"Şərq”qəzetinin müxbiri

36

5.

III YER

Əliyev Yusif Həsənəli oğlu

"Azərbaycan müəllimi" qəzetinin şöbə redaktoru

35.3

6.

III YER

Nurullayeva Nəzirə Rafiq qızı

"The Business Times" qəzetinin baş redaktoru

35

7.

Hüseynzadə Fuad Abı oğlu

"Palitra"qəzetinin müxbiri

33

8.

Əhmədov Yusup Seyid oğlu

"Paralel” qəzetinin baş redaktorunun I müavini

32

9

Əliyev Azad Akif oğlu

"Həftə içi" qəzetinin müxbiri

32

10.

Hümbətova Şəfa Nazim qızı

"Kaspi" qəzetinin müxbiri

30

11.

Xudaşov Vidadi Xudayar oğlu

"Bakı-Xəbər” qəzetinin müxbiri

29.3

12.

İsmayılbəyli Süleyman Nəbi oğlu

"Olaylar” qəzetinin müxbiri

28