Fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanmışdır - WWW.KIVDF.GOV.AZ
XƏBƏRLƏR04.02.2015

Fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanmışdır



image

Fevralın 4-də Qaradağ rayon İcra Hakimiyyətinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş hesabat iclası keçirilmişdir. Hesabat iclası çərsivəsində həmçinin, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə elan etdikləri "Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin yekun nəticələri açıqlanmış, qaliblər mükafatlandırılmışlar.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Fondun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Tağı Tağıyev, rayonun müxtəlif idarə və təşkilatlarının, habelə aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak etmişlər.

Hesabat iclasından əvvəl Qaradağ rayonunun 2014-cü ildəki sosial-iqtisadi uğurlarından bəhs edən videoçarx nümayiş olunmuşdur.

İclasda geniş hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Qaradağ rayonunun sürətli inkişaf yolu keçdiyini, ictimai həyatın bütün sahələrində mühüm uğurlar əldə etdiyini bildirmişdir. Süleyman Mikayılov 2014-cü ilin rayon üçün kifayət qədər uğurlu mərhələ olduğunu, bu dövrdə ölkə başçısının iştirakı ilə Qaradağda ölkə əhəmiyyətli mühüm sənaye müəssisələrinin, sosial-mədəni obyektlərin açılış mərasimlərinin keçirildiyini diqqətə çatdırmışdır.

Ötən il rayon iqtisadiyyatının müxtəlif sahələri üzrə əldə olunan mühüm makroiqtisadi göstəricilərlə yanaşı, 2015-ci ildə qarşıda duran vəzifələrdən də söz açan Süleyman Mikayılov bəzi sahələrdə yol verilmiş nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıqlarını vermişdir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Adiministrasiyasının məsul işçisi Tağı Tağıyev ötən ilin respublikamız üçün kifayət qədər uğurlu olduğunu bildirmiş, habelə Qaradağ rayonunda görülmüş işləri yüksək qiymətləndirmişdir.

Daha sonra icra hakimiyyəti başçısının hesabat məruzəsi ətrafında rayonun müxtəlif idarə və təşkilatlarının rəhbərlərinin çıxışları dinlənilmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət, habelə iclasın qərar layihəsi yekdilliklə qəbul olunmuşdur.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov son illər rayon icra hakimiyyəti ilə jurnalistlər arasında sıx və məhsuldar əlaqələrin qurulduğunu bildirərək keçirilən fərdi jurnalist yazıları müsabiqələrinin əhəmiyyətini qeyd edərək, habelə müsabiqənin yekun nəticələri barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə vermişdir.

Vüqar Səfərli tədbir iştirakçılarını salamlayaraq bildirmişdir ki, hesabat iclasında nümayiş olunan videçarxda və ayrı-ayrı məruzələrdə yer alan makroiqtisadi göstəricilər Qaradağ rayonun son illərdə sürətli inkişaf yolu keçdiyini bir daha təsdiqləyir. İcraçı direktor ölkə başçısının xüsusi diqqət və qayğısı ilə rayonun sürətlə müasirləşdiyini, müxtəlif sahələr üzrə uğurlu nəticələr əldə etdiyini vurğulamışdır.

Çıxışını davam etdirən Vüqar Səfərli 2014-cü ilin yekunlarına əsasən media ilə əməkdaşlığın inkişafında fəal roluna görə Süleyman Mikayılovun Fondun fəxri diplomuna layiq görüldüyünü bildirərək diplomu icra hakimiyyətinin başçısına təqdim etmişdir.

Fondun icraçı direktoru 2014-cü ildəmərkəzi və yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, habelə jurnalistlərin maarifləndirilməsi məqsədilə regionlarda konfransların keçirildiyini də diqqətə çatdırmışdır. Vüqar Səfərli bildirmişdir ki, müxtəlif mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birgə fərdi jurnalist yazıları müsabiqələrinin təşkilində məqsəd kütləvi informasiya vasitələri ilə yerli icra hakimiyyəti orqanları arasında əlaqələrin genişləndirilməsi, jurnalistlərin yaradıcı əməyinin stimullaşdırılması və sosial vəziyyətlərinin yaxşılaşdırılmasıdır.

İcraçı direktor Fondun Qaradağ Rayon İcra Hakimiyyəti ilə birgə noyabrın 25-dən dekabrın 25-dək keçirdiyi müsabiqəyə 26 redaksiyadan 50 yazının daxil olduğunu diqqətə çatdırmışdır. Vüqar Səfərli bildirmişdir ki, müsabiqə üzrə ümumilikdə 25 nəfərin mükafatlandırılması barədə qərar çıxarılmışdır.

Fondun 2014-cü ildə respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş vermiş hadisələri diqqət mərkəzində saxladığını deyən icraçı direktor KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsinə xidmət edən çoxsaylı layihələrin həyata keçirildiyini bildirmişdir. Vüqar Səfərlidövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin potensialından səmərəli istifadə edilməsi, jurnalistlərin peşəkarlığının artırılması və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ötən il Fond tərəfindən keçirilmiş fərdi jurnalist müsabiqələri barədə məlumat vermişdir.

Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilmişdir. Hesabat iclasına yekun vuran Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov KİV-lərlə qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsinə və birgə müsabiqələrin təşkilinə görə Fondun rəhbərliyinə təşəkkürünü bildirmişdir.


"Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər”

Yerlər

Müəllifin adı

Müəllifin işlədiyi KİV

və vəzifəsi

Yekun bal

1.

I YER

Hümbətov Aqşin Şahin oğlu

"Yeni Azərbaycan" qəzetinin şöbə redaktoru

21

2.

II YER

Bayramov Rasim Məzahir oğlu

"Mövqe" qəzetinin baş redaktoru

20

3.

II YER

Kazakova Lalə Musa qızı

"Kaspi" qəzetinin müxbiri

19.6

4.

III YER

Namazov Elçin Sabir oğlu

"İki sahil" qəzetinin bölmə müdiri

19.3

5.

III YER

Həsənov İsgəndər Aqil oğlu

"525-ci qəzet"in redaktoru

19.3

6.

III YER

Məmmədov Əsəd Fehruz oğlu

"Azərbaycan Dövlət Teleqraf Agentliyi" nin müxbiri

19

7.

Fəxri Fərman

Rüstəmov İlqar Gülağa oğlu

"Xalq qəzeti"nin məsul katibi

18.6

8.

Fəxri Fərman

Hüseynova Rəfiqə Kamal qızı

"Səs" qəzetinin şöbə müdiri

18.6

9.

Həvəsləndirici

mükafat

Ağayev İlkin Ağahüseyn oğlu

"Palitra" qəzetinin şöbə müdiri

18.3

10.

Həvəsləndirici

mükafat

Ədilzadə Ədil Tahir oğlu

"Ədalət" qəzetinin müxbiri

18.3

11.

Həvəsləndirici

mükafat

Əliyev Vüqar Mükafat oğlu

"Mədəniyyət" qəzetinin redaktoru

18.3

12.

Həvəsləndirici

mükafat

Salahov Elxan İsa oğlu

"Həftə içi" qəzetinin redaktoru

18.3

13.

Həvəsləndirici

mükafat

Səfərova Samirə Məmmədhənifə qızı

"Bakı-Xəbər" qəzetinin baş redaktor müavini

18.3

14.

Həvəsləndirici

mükafat

Mehralıyeva Lalə Hüseyn qızı

"Səda" informasiya agentliyinin müxbiri

18.3

15.

Həvəsləndirici

mükafat

Cabbarov Xəlil Əliabas oğlu

"Respublika" qəzetinin redaksiya müdiri

18

16.

Həvəsləndirici

mükafat

Əliyeva Fidan Məzahir qızı

"Azadinforum" müstəqil informasiya agentliyinin müxbiri

18

17.

Həvəsləndirici

mükafat

Muradova Nərmin Eldar qızı

"Gündəlik Teleqraf" qəzetinin müxbiri

18

18.

Həvəsləndirici

mükafat

Hüseynova Səidə Bahadur qızı

"Media və Təhsil İnnovasiyaları" jurnalının redaktoru

18

19.

Həvəsləndirici

mükafat

Kazımov Xalid Vahid oğlu

"Üç nöqtə" qəzetinin müxbiri

17.6

20.

Həvəsləndirici

mükafat

Əliyeva Fərəh Sabir qızı

"Bakupost.az" internet qəzetinin müxbiri

17.6

21.

Həvəsləndirici

mükafat

Zülfüqarova Hüsniyyə Zülfüqar qızı

"Təhsil problemləri" qəzetinin şöbə müdiri

17.6

22.

Həvəsləndirici

mükafat

Hüseynova Pərvanə Rafiq qızı

"The Business Times" qəzetinin müxbiri

17.6

23.

Həvəsləndirici

mükafat

Məmmədov Seymur Fərhad oğlu

"Day.Az" informasiya portalının baş redaktor müavini

17.6

24.

Həvəsləndirici

mükafat

Nərimanlı Asif Cəlal oğlu

"Publika.az" xəbər portalının müxbiri

17.3

25.

Həvəsləndirici

mükafat

Abbaszadə Mahir Tapdıq oğlu

"Paralel" qəzetinin müxbiri

17.3

26.

Bayramov Mübariz Ramiz oğlu

"Mövqe" qəzetinin müxbiri

17

27.

Sultan Rüfət Nadir oğlu

"Mövqe" qəzetinin müxbiri

17

28.

İsmayılov Pərviz Saday oğlu

"Yeni Azərbaycan" qəzetinin müxbiri

17

29.

Əliyev Azad Akif oğlu

"Həftə içi" qəzetinin müxbiri

17

30.

Abbaslı Tahir Tapdıq oğlu

"Paralel" qəzetinin şöbə müdiri

17

31.

Bəşirova Şahnaz Saleh qızı

"Paralel" qəzetinin müxbiri

17

32.

Sarıyeva İradə Murad qızı

"Bakı-Xəbər" qəzetinin müxbiri

17

33.

Abdullayeva Nigar Nizami qızı

"Palitra" qəzetinin müxbiri

17

34.

Yusifova Dilşad Xaqani qızı

"Təhsil problemləri" qəzetinin müxbiri

17

35.

Hüseynli Alim Ziyadxan oğlu

"Olaylar" qəzetinin müxbiri

16.6

36.

Quliyev Namiq Abbasqulu oğlu

"Bakı-Xəbər" qəzetinin müxbiri

16.6

37.

Nəsirli Akif Sovet oğlu

"Paralel" qəzetinin redaktoru

16.6

38.

Vəliyev Fariz Əhməd oğlu

"Mövqe" qəzetinin şöbə müdiri

16.6

39.

Mehtiyev Zaur Əsgər oğlu

"Olimpiya dünyası" qəzetinin müxbiri

16.6

40.

Əliyev Məhərrəm Ağalar oğlu

"İki sahil" qəzetinin müxbiri

16.6

41.

Rzayev Zahid Asəf oğlu

"İki sahil" qəzetinin bölmə müdiri

16.6

42.

İsrafilov Orxan Vahid oğlu

"İki sahil" qəzetinin bölmə müdiri

16.6

43.

Rəhimov Təbriz Kamal oğlu

"Həftə içi" qəzetinin redaktoru

16.3

44.

Həsənov Vaqif Cəlil oğlu

"Bakı-Xəbər" qəzetinin redaktoru

16.3

45.

Əfəndiyev Pünhan Şövkət oğlu

"Üç nöqtə" qəzetinin baş redaktor müavini

16.3

46.

Qəribli Məmmədəli Qərib oğlu

"Bakı-Xəbər" qəzetinin müxbiri

16.3

47.

Əhmədov Yusup Seyid oğlu

"Paralel" qəzetinin baş redaktorunun I müavini

16

48.

İsgəndərov Hüseyn Şahbaz oğlu

"Unikal" qəzetinin redaktoru

16

49.

Tağıbəyli Vüsal Vaqif oğlu

"Həftə içi" qəzetinin müxbiri

15.6

50.

Cəlilova Günel İsa qızı

"Bakı-Xəbər" qəzetinin müxbiri

15.3