25.08.2009AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNİN İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDUNUN MÜŞAHİDƏ ŞURASI ÜZVLƏRİNİN TƏYİN EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 aprel tarixli 75 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu haqqında Nizamnamə"nin 6.3-cü bəndinə uyğun olaraq qərara alıram:
 Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvləri təyin edilsinlər:

dövlət orqanlarından:

 

 

Əliyev Vüqar Saydam oğlu

-Azərbaycan Respublikası

PrezidentiAdministrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri

Qurbanov Faiq Mirəsədulla oğlu

-Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətləəlaqələr idarəsinin rəisi

Əliyeva Zöhrə Qulamhüseyn qızı

-Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mətbuat xidmətinin aparıcı məsləhətçisi

kütləvi informasiya vasitələrindən:

Məcidov Rəşad Müseyib oğlu

-"525-ci qəzet"in baş redaktoru

Rəhimzadə Vüqar Gəncəli oğlu

-"İki Sahil" qəzetinin baş redaktoru

Sadıqov Bəxtiyar Yusif oğlu

-"Azərbaycan" qəzetinin baş redaktoru

jurnalist təşkilatlarından:

Amaşov Əflatun Əhməd oğlu

-Azərbaycan Mətbuat Şurasının sədri

Ələsgərli Müşfiq Məşi oğlu

-Jurnalistlərin Həmkarlar İttifaqının sədri

Mirzəyev Umud Rəhim oğlu

-Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri.

Bunları hər bir azərbaycanlı bilməlidir

Azərbaycan Respublikasinin dövlət himni
Ümummilli Lider
Qarabağ
Milli bayramlar
20 yanvar
Əlamətdar günlər