WWW.KIVDF.GOV.AZ
Binəqədi RİH və KİVDF

 

                                                                                              

Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin

                                               e l a n I

 

                                                           Müsabiqənin məqsədi

 

           Müsabiqənin məqsədi Binəqədi rayonunun sosial-iqtisadi və ictimai həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq.

 

                                                                   

                                                          Müsabiqənin mövzusu

 

"Binəqədi rayonunun sosial-iqtisadi inkişafı:  real vəziyyət və perspektivlər"

 

                                                     Müsabiqədə iştirak

         Müsabiqə elan olunan günədək ən azı bir il  müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində)  fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

                               Müsabiqəyə təqdim olunan yazılara aid tələblər

             1.  Dərc olunmuş yazıların sərlövhələri təklif olunmuş mövzu ilə eyni olmalıdır.

 

 2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.

 

 3. Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları çalışdıqları mətbuat orqanlarında dərc  

     olunmalıdır.

 

 4. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının   

     tərtib etdiyi "qara siyahı” ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.

 

5.  Aşağıdakı redaksiyaların yazıları müsabiqəyə qəbul edilmir:

 

5.1. Azərbaycan jurnalistlərinin l qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılan;

a) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşən qəzetlər.

b) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"dan çıxarılan qəzetlər (1 il müddətində).

c) Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış qəzetlər (6 ay müddətində)

 

 

 6. Qəzetdə dərc olunmuş yazıda "Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi  müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.

 

Yazıların qəbul qaydaları

            1.  Yazının dərc olunduğu mətbuat orqanı (qəzet)                                                                1 nüsxə

 

2.  Yazının Elektron variantı (Times New Roman (12)  şriftində -CD diskdə)                     1 nüsxə

 

 3.  Yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir)        3 nüsxə

 

4.  Yazıların həcmi:  1 səhifə (A3) olmalıdır  (9-11 min işarə),

Tələb olunan sənədlər

           1.   Əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq edilmiş surəti (möhür və baş redaktorun imzası)

           2.   İştirakçı haqqında məlumat cədvəli (möhür, müəllif və baş redaktorun imzası ilə)

           3.   Şəxsiyyət vəsiqəsinin surəti,

           4.   Şəxsi VÖEN-nin surəti ,

           5.   Şəxsi bank rekvizitləri (şəxsi VÖEN  əsasında açılmış bank hesabı).

Qeyd : İştirakçı haqqında məlumat cədvəlini əldə etmək üçün Fonda müraciət edə bilərsiniz.

Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazı müsabiqəyə       buraxılmır.

Fonda təqdim edilmiş yazılar və sənədlər geri qaytarılmır.

Yazıların qəbulu  03 noyabr  2014-cü il tarixdə başlayır, 19 dekabr 2014-cü il tarixdə başa çatır. 

Yazılar rəsmi iş günləri saat  10:00-dan  16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.

Qiymətləndirmə meyarları:

-  mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;

-  materialın oxucu üçün informasiyalılıq səviyyəsi;

-  yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;

-  jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;

-  ictimai maraqların müdafiəsi.

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması

Müsabiqədə   I -ci  yer üçün  bir nəfər (1 000  AZN)  

                       II -ci  yer üçün  iki nəfər (800  AZN) 

                      III -cü yer üçün  üç nəfər (600  AZN)

yazı qaliblərinin mükafatlandırılması nəzərdə tutulmuşdur. 

 

Bundan əlavə,  10 yazı  müəllifinə (200 AZN) həvəsləndirici mükafatlar veriləcəkdir.

 

 

 

 

Qaliblər, həmçinin Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında  Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.

 

İştirakçı haqqında məlumat cədvəli (müəllif tərəfindən doldurulur):

 

  Yazının adı

 

 

  Müəllifin Adı, soyadı, atasının adı

 

 

  Mətbuatda təxəllüsü (əgər varsa)

 

  İşlədiyi KİV

 

  Vəzifəsi

 

 Yazının dərc olunduğu mətbuat orqanı

 

  Ünvanı və poçt indeksi

 

  - iş telefonu

 

 

  - ev telefonu

 

  - mobil telefonu

 

 - elektron poçt ünvanı

 

 

 

Şəxsin imzası      ________________                            Baş redaktorun imzası     ________________ 

 

M.Y.                                   

                             

 

Sənədlərin təqdim olunma tarixi:   "____"__________ 2014-cü il

                 

 

 

Ünvan                :    Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə.

Əlaqə telefonları:    (012)  537 19 45;  (012) 537 19 41;

Elektron ünvan :    info@kivdf.gov.az, kivdf.info@gmail.com

Sayt                :   www.kivdf.gov.az

 




Bu yazı 7074 dəfə oxunmuşdur.