WWW.KIVDF.GOV.AZ
3 iyun 2013 - cü il

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 aprel tarixli 75 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu haqqında Nizamnamə”nin 6.3-cü bəndinə uyğun olaraq qərara alıram:

1. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvləri təyin edilsinlər:

dövlət orqanlarından:

Əliyev Vüqar Saydam oğlu - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri

Qurbanov Faiq Mirəsədulla oğlu - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi

Hümbətov İntiqam Rəsul oğlu - Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Analitik təhlil və proqram təminatı şöbəsinin baş məsləhətçisi

kütləvi informasiya vasitələrindən:

Məcidov Rəşad Müseyib oğlu - "525-ci qəzet”in baş redaktoru

Rəhimzadə Vüqar Gəncəli oğlu - "İki Sahil” qəzetinin baş redaktoru

Sadıqov Bəxtiyar Yusif oğlu -"Azərbaycan” qəzetinin baş redaktoru

jurnalist təşkilatlarından:

Amaşov Əflatun Əhməd oğlu -Azərbaycan Mətbuat Şurasının sədri

Ələsgərli Müşfiq Məşi oğlu -Jurnalistlərin Həmkarlar İttifaqının sədri

Mirzəyev Umud Rəhim oğlu -Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri.

2. "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 may tarixli 291 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 372) ləğv edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 iyun 2013-cü il





Bu yazı 6671 dəfə oxunmuşdur.