WWW.KIVDF.GOV.AZ
Layihə forması


Layihə forması
http://kivdf.gov.az/images/bg.gif http://kivdf.gov.az/images/xet-kivdf.jpg
Layihə təklifi forması


Fondun qeydləri üçün

Qeydiyyat nömrəsi___________________

Qeydiyyat tarixi "____"__________2015-cü il

Qeydə alan məsul şəxs:

Adı və soyadı________________________

İmzası _____________________________

Layihənin kodu ________________________

İstiqamət______________________________

Mövzu ________________________________

Ekspertin kodu _________________________

Verdiyi qiymət __________________________

Ekspertin imzası ________________________

Layihə təklifi hazırlanarkən aşağıdakı şərtlərə əməl etmək məcburidir:

Layihə təklifi hazırlanmazdan əvvəl Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2009-cu ildə KİV-lərin və jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqəsininqaydaları (və onlara edilmiş dəyişikliklər)ilə diqqətlə tanış olun.

Layihə sadə dildə tərtib olunmalı, həddən artıq elmi ifadələr, ümumi sözlər və mücərrəd anlayışlarla yüklənməməlidir. Görüləcək hər bir iş dəqiq və aydın təsvir olunmalı, əlavə mülahizələrə yol verilməməlidir. Zəruri hallarda statistik məlumatlar daxil edilməlidir. Ardıcıllığariayət olunmalı, maksimum konkretliyə üstünlük verilməlidir. Layihənin məzmununa onu təqdim etmiş qurum və məsul şəxslər haqqında məlumat daxil edilməməlidir. Layihə təklifi (büdcə də daxil olmaqla) Ax4 formatında 7 səhifədən artıq olmamalıdır.

Layihənin adı

Layihənin adı məzmununa uyğun olmalı və aydın şəkildə yazılmalıdır.

Problemin qoyuluşu və təsviri

Layihənin icrası ilə həll etmək istədiyiniz problemi dəqiq göstərin. Həmin problemin həllinin cəmiyyət üçün aktual olduğunu, söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinininkişafına xidmət etdiyini qısa və aydın şəkildə əsaslandırın. Layihənizin bu problemin həllinə müsbət təsir göstərəcəyini inandırıcı təsvir edin.

Layihənin məqsədi

Fondun maliyyə yardımı ilə layihənizin icrası nəticəsində hansı konkret məqsədə nail olmaq istədiyinizi göstərin. Məqsəd ümumi xarakter daşımamalı və müəyyən sahəni əhatə etməlidir. "Layihənin icrası nəticəsində nəyə nail olmaq istəyirsiniz?" sualına cavab verin.

Layihənin vəzifələri

Vəzifələr qarşıya qoyulmuş məqsədlərlə müəyyənləşməli və birbaşa əlaqəli olmalıdır. Hər bir məqsəd bir və ya bir neçə vəzifənin həllini nəzərdə tutmalıdır. Vəzifələr zamanla məhdudlaşmalı, sizin nəyi nə zaman yerinə yetirmək fikrində olduğunuzu əks etdirməlidir.

Görüləcək işlər

Problemin həlli üçün istifadə edəcəyiniz vasitələr layihənizin məqsəd və vəzifələrindən irəli gəlməlidir.Layihənin həyata keçirilməsi üçün planlaşdırılan fəaliyyəti, məqsədə çatmaq yollarını, yəni görüləcək işləri ardıcıllıqla göstərin və onları şərh edin.

Fəaliyyət planı

Bu bölmədə cədvəl şəklində xronoloji ardıcıllıqla layihənin həyata keçirilməsi üçün nəzərdə tutulmuş fəaliyyət, onun icra vaxtı, yeri və icraya məsul şəxsin yalnız vəzifəsi qeyd edilməlidir.

Layihədən faydalananlar

Layihənin ünvanlandığı insanlar haqda məlumat verin. Konkret fərdlər, qruplar, təbəqələr bu layihədən necə faydalanacaq, öz ehtiyaclarını necə təmin edəcəklər?

Gözlənilən nəticələr

Bu bölmədə layihənin həyata keçirilməsi və qarşıya qoyulmuş vəzifələrin icrasından əldə olunacaq konkret nəticələr göstərilməlidir. Nəticələr ölçülə bilən olmalıdır.

Layihənin monitorinqi

Layihənin icrası və gözlənilən nəticələrinin monitorinq mexanizmi haqqında məlumat verin.İctimaiyyət və maraqlı tərəflər layihənin icrası və nəticələri haqqında necə məlumatlandırılacaq?

Layihənin davamlılığı

Layihənin icrası başa çatdıqdan sonra onun davamlılığının təmin olunması istiqamətində görəcəyiniz işləri qeyd edin.

Layihənin qiymətləndirilməsi və hesabatlığı

Layihənin qiymətləndirmə meyarlarını və hesabatlılıq formalarını qeyd edin.

Büdcə

Layihənin icrası üçün Fonddan əldə etmək istədiyiniz məbləği göstərin. Əgər layihənin maliyyələşdirilməsində digər təşkilat da iştirak edirsə, həmin təşkilatın adı, ayırdığı vəsait barədə məlumat verin. Büdcə layihənin məqsədinə, vəzifələrinə və görüləcək işlərə uyğun olmalıdır. Layihənin icra müddətində hər bir bölmənin icrası üçün tələb olunan konkret vəsaiti qeyd edin. Büdcə Microsoft Excel Proqramında tərtib edilmiş ayrıca sənəd şəklində layihəyə əlavə olunmalıdır. Büdcədə hesablamalar dəqiq aparılmalıdır, görüləcək işlər, ödənişlər, xərclər aydın göstərilməlidir.





Bu yazı 22524 dəfə oxunmuşdur.