WWW.KIVDF.GOV.AZ
Üzvlər
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNİN İNKİŞAFINA
DÖVLƏT DƏSTƏYİ FONDUNUN MÜŞAHİDƏ ŞURASI ÜZVLƏRİ

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 aprel tarixli 75 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu haqqında Nizamnamə"nin 6.3-cü bəndinə uyğun olaraq qərara alıram:

Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvləri təyin edilsinlər:

 

dövlət orqanlarından


Əliyev Vüqar Saydam oğlu

-Azərbaycan RespublikasıPrezidentiAdministrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri

Qurbanov Faiq Mirəsədulla oğlu

-Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətləəlaqələr idarəsinin rəisi

Hümbətov İntiqam Rəsul oğlu

-Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Analitik təhlil və proqram təminatı şöbəsinin baş məsləhətçisi


kütləvi informasiya vasitələrindən:


Məcidov Rəşad Müseyib oğlu
Rəhimzadə Vüqar Gəncəli oğlu

-"525-ci qəzet"in baş redaktoru
"İki sahil" qəzetinin baş redaktoru

Sadıqov Bəxtiyar Yusif oğlu

-"Azərbaycan" qəzetinin baş redaktoru


jurnalist təşkilatlarından:


Amaşov Əflatun Əhməd oğlu

-Azərbaycan Mətbuat Şurasının sədri

Ələsgərli Müşfiq Məşi oğlu
Mirzəyev Umud Rəhim oğlu

-Jurnalistlərin Həmkarlar İttifaqının sədri
-Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri


2. "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 may tarixli 291 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 372) ləğv edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 iyun 2013-cü il





Bu yazı 9477 dəfə oxunmuşdur.