İcraçı direktor - WWW.KIVDF.GOV.AZ
İcraçı direktor
Səfərli Vüqar Müzəffər oğlu

Səfərli Vüqar Müzəffər oğlu 1958-ci il martın 19-da Ordubad rayonunun Tivi kəndində ziyalı ailəsində anadan olub.

1965-ci ildə Ordubad rayonunun Tivi kənd orta məktəbinin 1-ci sinfinə gedib və 1975-ci ildə həmin məktəbin 10-cu sinfini bitirib.

1975-ci ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub və 1981-ci ildə həmin fakültəni bitirib.

1977-ci ilin iyul ayından sentyabr ayınadək Culfa Üzümçülük Sovxozunda fəhlə işləyib

1977-ci ilin sentyabr ayında Bakı poçtamptının Qəzet-Jurnal Ekspedisiyası sexinə çeşidləyici vəzifəsinə işə qəbul olub. 1980-cı ildə həmin sexdə elektrik mexaniki vəzifəsinə keçirilib.

1981-ci ildə Bakı poçtamptının "Oneqa" elektron maşınlarının təmir qrupuna mühəndis vəzifəsinə keçirilib.

1985-ci ildə Moskva Rabitə İnstitutuna daxil olub, 1990-cı ildə həmin institutu bitirib.

06.02.2006 - 27.06.2006-cı il tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kurslarını bitirib.

1989-cu ilin fevral ayında Bakı Poçt Rabitəsi İstehsalat Birliyinin "İstismar" şöbəsinə 2-ci dərəcəli mühəndis vəzifəsinə keçirilib. 1990-cı ilin iyun aynıda yeni yaradılmış "Müştərilərlə iş qrupu"na 1-ci dərəcəli mühəndis (qrupun rəhbəri) vəzifəsinə keçirilib.

1991-ci ilin mart ayında Qəzet Jurnal Ekspedisiyası İdarəsinə rəis vəzifəsinə təiyn olunub.

1996-cı ilin noyabr ayından "Azərmətbuatyayımı" İstehsalat Birliyinin sədri təyin olunub.

Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 20.07.2007-ci il tarixli 221 saylı sərəncamına əsasən "Azərmətbuatyayımı" İstehsalat Birliyinin "Azərmətbuatyayımı" Açıq Səhmdar Cəmiyyətə çevrilməsi ilə əlaqədar olaraq Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 22.08.2007-ci il tarixli MK-60 saylı əmrinə əsasən səhmdarların I ümumi yığıncağı çağırılanadək Cəmiyyətin idarə heyətinin sədri vəzifəsinin icrası həvalə edilib.

2003-cü ildə Rabitənin 85 illiyi münasibəti ilə "Rabitə ustası", 2005-ci ildə isə Azərbaycan Respublikası Prezindentinin sərəncamı ilə "Əməkdar mədəniyyət işçisi" fəxri adlarına layiq görülüb.

1993-cü ilin fevral ayından Yeni Azərbaycan Partiyasının üzvü, hazırda YAP Nərimanov rayon təşkilatı sədrinin müavinidir.

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvüdür.

Evlidir, iki övladı var.




Bu yazı 10844 dəfə oxunmuşdur.