V.M.SƏFƏRLİNİN AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNİN İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDUNUN İCRAÇI DİREKTORU TƏYİN EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 aprel tarixli 75 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu haqqında Nizamnamə"nin 6.21-ci bəndinə uyğun olaraq qərara alıram:
Səfərli Vüqar Müzəffər oğlu Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 may 2009-cu il.
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNİN İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDUNUN MÜŞAHİDƏ ŞURASI ÜZVLƏRİNİN TƏYİN EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 aprel tarixli 75 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu haqqında Nizamnamə"nin 6.3-cü bəndinə uyğun olaraq qərara alıram:
Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvləri təyin edilsinlər:
|
dövlət orqanlarından:
|
|
|
Əliyev Vüqar Saydam oğlu |
-Azərbaycan Respublikası PrezidentiAdministrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri |
|
Qurbanov Faiq Mirəsədulla oğlu |
-Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətləəlaqələr idarəsinin rəisi |
|
Əliyeva Zöhrə Qulamhüseyn qızı |
-Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mətbuat xidmətinin aparıcı məsləhətçisi |
|
kütləvi informasiya vasitələrindən: |
|
|
Məcidov Rəşad Müseyib oğlu |
-"525-ci qəzet"in baş redaktoru |
|
Rəhimzadə Vüqar Gəncəli oğlu |
-"İki Sahil" qəzetinin baş redaktoru |
|
Sadıqov Bəxtiyar Yusif oğlu |
-"Azərbaycan" qəzetinin baş redaktoru |
|
jurnalist təşkilatlarından: |
|
|
Amaşov Əflatun Əhməd oğlu |
-Azərbaycan Mətbuat Şurasının sədri |
|
Ələsgərli Müşfiq Məşi oğlu |
-Jurnalistlərin Həmkarlar İttifaqının sədri |
|
Mirzəyev Umud Rəhim oğlu |
-Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri. |
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 may 2009-cu il.








